Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-439/2022 01.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 02 oktyabr 2012-ci ildə X6, 15 oktyabr 2015-ci ildə X7, 31 oktyabr 2016-cı ildə X8 anadan olmuş olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 06 noyabr 2019-cu ildə Bərdə Asan Xidmət mərkəzi Qeydiyyat şöbəsində nikahları 1292 nömrə ilə qeydə alınaraq X18 ilə evlənmişdir. Bu nigahdan onların 3 övladları olmuş, ancaq maddi rifah halları çox acınaqla olduğundan övladları doğum evində yox evdə anadan olmuşdur. X1 05 oktyabr 2012-ci ildə anadan olmuşdur, X12 15 oktyabr 2015-ci ildə, X10 31 oktyabr 2016-cı ildə Bərdə rayon Sətdar Xan küçəsində yaşadıqları ünvanda anadan olmuşdur.Bununla bağlı, Bərdə rayonu Qeydiyyat şöbəsinə müraciət etsələrdə uşaqlarının doğum haqqında olan şəhadətnamələrinin verilməsindən imtina edilmişdir, övladlarının doğum faktının müəyyən olunması məqsədə uyğundur. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X2 izahatında ki, Ərizəçi qızının bibisidir. Aysun və X18 evləniblər, üç uşaqları var. Lakin doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X13 izahatında ki, ərzəçi Ərizəçi xalasıdır. Bacısı qızı Ariflə rəsmi nikah qeydiyyatından keçməklə evlənib, üç uşaqları var, lakin uşaqlar hamısı evdə doğulduğu üçün doğum haqqında şəhadətnmə almayıblar. Məhkəmənin hazırlıq iclasında iclasında şahid qismində dindirilmiş X18 izahatında ki, Ərizəçi ilə rəsmi evlənibdir, nikahları X25 Xidmət Mərkəzində qeyd edilib. Lakin rəsmi nikahları olsa da birgə nikahdan olan üç uşaqları evdə doğulduğundan onlara doğum haqqında şəhadətnamə almayıblar. İndi isə doğum haqqında şəhadətnamə almaq üçün müraciət etsələr də, məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X14 xx xxxxxxxx 1999-cu ildə doğulmuşdur. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 14 iyun 1992-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 16184058 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 20 fe vral 1981-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA1157834 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 12 yanvar 1990-cı ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 361947 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X18 ilə, X4 06 noyabr 2019-cu il tarixdə 1292 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materillarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 5236 nömrəli, 06 sentyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi qızı Bərdə şəhəri, Səttərxan küçəsində yaşayır. İş materiallarında olan 112 nömrəli, 07 iyul 2021-ci il tarixli uşağın tibbi kartasından müəyyən olunur ki, uşaq həkim müayinəsindən keçirilmişdir, sağlamdır, heç bir patalogiya aşkar olunmamışdır. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X9 şəxsi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli 542 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi qızının deməsinə görə X18 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 31 oktyabr 2016-cı il təvəllüdlü Əliyeva---------Rasim oğlu Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürülüb, həkim pediatr tərəfindən müayinə oluunub, praktik sağlam olması təsdiq olunub. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X9 şəxsi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli 541 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi qızının deməsinə görə X18 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 05 oktyab 2012-ci il təvəllüdlü Əliyeva---------Rasim qızı Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürülüb, həkim pediatr tərəfindən müayinə oluunub, praktik sağlam olması təsdiq olunub. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X9 şəxsi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli 540 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi qızının deməsinə görə X18 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 15 oktyabr 2015-ci il təvəllüdlü Əliyeva---------Rasim oğlu Bərdə İSX-nın Ailə Sağlamlıq Mərkəzində həkim Pediatr tərəfindən qeydiyyata götürülüb, həkim pediatr tərəfindən müayinə oluunub, praktik sağlam olması təsdiq olunub. İş materiallarında olan Bərdə şəhər İnzaibti Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, X3 şəhəri, Səttərxan küçəsində yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 06 sentyabr 2021-ci il tarixli 591-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, ona doğum faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi üç övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi Bərdə şəhərində 02 oktyabr 2012-ci ildə qızı, 15 oktyabr 2015-ci ildə oğlu, 31 oktyabr 2016-cı ildə oğlu doğulması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-439/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-439/2022
01.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver