Məhkəmə qərarları › İş №2(021)-44/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-44/2025

05.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-44/2025 05.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20nin Cavabdeh qarşı “meşə fondu torpağından istifadəsinə qadağa qoyulması, zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: zəbt, torpaq X22 Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20nin Cavabdeh qarşı “meşə fondu torpağından istifadəsinə qadağa qoyulması, zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E T D İ: İ. Mülki işin mahiyyəti: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Laçın Rayon Lolabağırlı kənd sakini hal-hazırda Bərdə rayon Şirvanlı kəndində yaşayan vətəndaş Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 X7 meşəbəyliyində özbaşına tutduğu (zəbt etdiyi) meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Bərdə regional X8 təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xаhiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20nin iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə X14 Mərkəzi Bük meşəbəyliyinin 2 sayı meşə dolayı, 25.-ci kvartalında xx.xx.20222-ci il tarixdə qəfləti yoxlama apararkən müəyyən etdi ki, Laçın rayonu Lolabağırlı kənd sakini, hal-hazırda Bərdə rayon Şirvanlı kəndində yaşayan Cavabdeh özünün 180 baş xırda buynuzlu qoyun-quzunu qanunsuz olaraq Bərdə RMTMnin Bük meşəbəyliyinin ərazisində otarması, həmin ərazidə qanunsuz yaşayış evi və bir neçə tövlə tikməsi faktı aşkarlanmışdır. Aşkar edilmiş qanun pozuntuları barədə xx.xx.2022-ci il tarixdə 001359 saylı akt tərtib edilmiş, adıçəkilən sahənin könüllü boşaldılması barədə Cavabdeh ünvanına xx.xx.2022-ci il tarixli 27/13/99-044 saylı məktubun göndərilməsinə baxmayaraq, X27 aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbi ilə bərabər eyni zamanda 2816 manat ziyanın tutularaq Mərkəzinə hesabına ödənilməsi haqqında qətnamə çıxarılmasını xаhiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20nin nümayəndəsi X16 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Nümayəndə1 nümayəndəsi bildirdi ki, 13-saylı Bərdə X14 Mərkəzi və onun vəzifəli şəxsləri qanunsuz və əsasız iddia qaldıraraq iddia edirlər ki, Bük Meşəbəyliyinin 2-saylı meşə dolayı, 25-ci kvartalında xx.xx.2022-ci il tarixdə guya qəlvəti yoxlama apararkən müəyyən edilib ki, onun tərəfindən guya 180 baş xırda buynuzlu qoyun-quzunu qanunsuz olaraq Bərdə RMTM-nin Bük Meşəbəyliyinin ərazisində otarılmış və həmin ərazidə qanunsuz yaşayış evi və bir tövlə tikməsi faktı aşkarlanıb. Aşkar edilmiş guya qanun pozuntusu ilə bağlı xx.xx.2022-ci il tarixdə 001359-saylı Akt tərtib edilmiş adı çəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2022ci il tarixli 27/13/99-044 saylı məktub göndərilmişdir. X27 aid torpaq iddiaçının verdiyi 08 sentyabr 2022-ci il tarixli bildirişdən də göründüyü kimi o və digərləri Dövlət orqanları tərəfindən 1993-cü il tarixindən X15 80 nəfər ailələrlə birlikdə həmin ərazilərdə məskunlaşdırılıblar, hal-hazırdada orada yaşamalarına baxmayaraq qəsdən bilərəkdən onun yaşayış yerini Bərdə rayon Şirvanlı kənd sakini kimi göstəriblər və göstərirlər. O və digərləri 1993-1994-cü illərdən məcburi köçkün kimi məskunlaşdırılmaları barədə 13-saylı Bərdə RMTM-nin bildirişi onu göstərir ki, o, ailə üzvləri ilə birlikdə digər qaçqın və məcburi köçkünlər kimi həmin ərazidə müəyyən icra hakimiyyəti orqanları tərəfindən həmin ərazilərdə 1993-cü ildən məskunlaşdırılıb. 13-saylı Bərdə RMTM-nin vəzifəli şəxsləri və bunların barələrində açılan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli tarixli xüsusi qərardaddanda göründüyü kimi bu şəxslərin törətdikləri ağır cinayət əməlləri barədə xüsusi qərardad qəbul edilib Baş Prokurorluğa verilib, istintaqı davam etdirilir. Eynilə bu şəxslər onlardan 14.000 manat pul alıb X1ra ev tikdirtdirərək evə rəsmi sənədlər verəcəklərini vəd verərək dələduzluqla 14.000 manat pulunu ələ keçirib mənimsəmişdirlər. 13-saylı Bərdə RMTM-nin vəzifəli şəxsləri onlardan əlavə 8000 manat pul tələb etsələr də sonradan tələb etdikləri 8000 manat pulları verməmişdirlər. X9 25-ci kvartalında olan 0.38 ha torpaq sahəsində qardaşı Məhəmmədin evi var, ailəsi ilə yaşayır. Bundan başqa ərazidə 2 tövlə də var. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Bərdə Regional X20 tərəfindən tərtib olunmuş №001114 saylı xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Bərdə X14 Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bük Meşə sahəsinin 24 kvartalında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı Laçın rayon Lolabağırlı kənd sakini Cavabdeh qeyri-qanuni gecə vaxtı şumladığı 7 hektar şuma xx.xx.2021-ci il tarixdə gecə saatlarında arpa səpdiyi, özünə məxsus 400 baş xırdabuynuzlu mal-qaranı meşə sahəsində saxlaması faktı aşkarlanmışdır. Cavabdeh həmin aktı imza etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli Bildirişdən görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələtin inkşafı Xidmətinin Bərdə Regional X20 tərəfindən Cavabdeh Bük meşəbəyinin 2 dolayısında yaşayan Cavabdeh, ona məxsus mal-qaranın meşə ərazisindən çıxarması üçün xəbərdarlıq edilmişdir. xx.xx.2022-cİ il tarixdə aparılmış yoxlamanın hesablama Cədvəlindən görünür ki, Bük meşəbəyliyində qanunsuz olaraq mal-qaranın otarılması nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 1276 manat kimi hesablanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin inkşafı Xidmətinin xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, Bərdə X14 Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bük meşəbəyliyinin 2 sayı meşə dolayının 25 kvartalında qəfləti yoxlama aparılarkən Laçın rayon Lolabağırlı kənd sakini Cavabdeh onun haqqında tərtib edilmiş aktı imzalamaqdan imtina etmişdir. Bərdə Regional X20 tərəfindən tərtib olunmuş №001359 saylı xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, Bərdə X14 Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bük meşəbəyliyinin 2 sayı meşə dolayının 25 kvartalında qəfləti yoxlama aparılmışdır. Yoxlama zamanı Laçın rayon Lolabağırlı kənd sakini Cavabdeh özünə məxsus 180 baş xırda buynuzlu qoyunquzusunun qanunsuz olaraq Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisində otarması, həmin ərazidə qanunsuz yaşayıv evi və bir neçə tövlə tikməsi faktı aşkarlanmışdır. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 287 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Laçın rayonundan məcburi köçkün Cavabdeh müvəqqəti qeydiyyatda Bərdə rayonu Şirvanlı kəndində olmasına baxmayaraq, heyvandarlıqla məşğul olduğu üçün 1993-cü ildən ailəsi ilə birlikdə Kür çayının sahilində "Büh" meşəsində yaşayır. Laçın rayon İcra Hakimiyyəti Başçısının Qarabəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 5-64/34-3-2-8/2023 saylı Arayışdan görünür ki, Laçın rayon Qarabəyli kənd İƏD-si üzrə nümayəndəliyin Lolabağırlı kənd sakini Cavabdeh məcburi köçkün kimi Bərdə rayonu Şirvanlı kəndində müvəqqəti qeydiyyatdadır. Cavabdeh ailə üzvləri ilə birlikdə kənd təsərrüfatı ilə məşğul olaraq malqara və qoyun saxlayırlar. Onlar təsərrüfatlarında olan mal-qaranı saxlamaq üçun 1993-cü ildən Kür çayı sahilindəki meşə massivində məskunlaşmışlar. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-34/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından görünür ki: -Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli e-2-2(115)-34/2024 saylı qətnaməsi ilə iddiaçı X17 cavabdehlər 13 saylı Bərdə Regional X8 və X6 qarşı «pul» tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X25 X7 meşəbəyliyinin Bərdə rayonu Şirvanlı kənd sakini X17 ilə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X25 Təsərrüfatı Mərkəzinin direktoru Qalib Həsənovun 07 iyul 2022-ci il tarixli 60 saylı əmrinin ləğv edilməsi, 400 manat mediasiya xərci cavabdeh Bərdə X14 Mərkəzindən tutularaq, iddiaçı X11 ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, 150 manat ekspertiza xərci iddiaçı X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir; -Məhkəmənin həmin tarixli xüsusi qərardadı ilə 13 saylı Bərdə X14 Mərkəzinin vəzifəli şəxslərinin əməllərində cinayət əlamətlərinin mümkünlüyü barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsi qərara alınmışdır; -İddiaçının nümayəndəsi Nümayəndə1 qətnamədə və qərardadda yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13-saylı Bərdə RMTM-nin keçmiş direktoru X3 xx.xx.2022-ci il tarixli 40 nömrəli "Müqavilənin ləğv edilməsinə dair" əmri məhkəmə tərəfindən buraxılmış yalnışlıqla xx.xx.2022-ci il tarixli "60" nömrəli əmr kimi qətnamə və qərardadda qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli e-2- 2(115)-34/2024 saylı xx.xx.2022-ci il tarixli, 60 nömrəli əmr texniki olaraq səhv yazıldığından, qətnamə və qərardadda buraxılmış yanlışlıqların və səhvlərin əlavə qərardad qəbul edərək, həmin əmrə "xx.xx.2022-ci il tarixli, 40 nömrəli əmr" kimi qərardadla məhkəmə tərəfindən düzəliş edilməsi barədə xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli e-2-2(115)-34/2024 saylı qətnaməsində və xüsusi qərardadında yol verilmiş yanlışlıq aradan qaldırılaraq, Bərdə X14 Mərkəzinin direktoru Qalib Həsənovun 07 iyul 2022-ci il tarixli əmrinin nömrəsi "60" əvəzinə "40" kimi oxunması qərar alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki: Bərdə Rayon Məhkəməsinin 2(021)-569/2023 saylı, 10 fevral 2023-cü il tarixli mülki işi üzrə Bərdə Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(021)-569/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçı və cavabdehin iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS melumat bazası ilə müqaisə edilmişdir.

1. İddiaçı tərəfindən iddia edilən va naturada göstərilən torpaq sahəsi. TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aid X30 torpağıdır.

2. Mübahisəli torpaq sahəsinin koodinatları rəyə əlavə olunmuş sxematik planda oz əksini tapmışdır.

3. İddiaçı tərəfindən iddia edilən və naturada göstərilən 0.38 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə iclas zalında şahid qismində iştirak edən X12 bildirmişdi ki, Cavabdeh onun atasıdır. Onlar Laçın rayonundan məcburi köçkün düşüb, Bərdə rayon Meşə ərazisində mübahisəli ərazidə məskunlaşmışlar, atası arıçılıq təsərrüfatı ilə məşğul olur. Onlardan başqa da həmin ərazidə 80 nəfər yaşayır. Atasnın ev tikdirməsi ilə bağlı onu deyə bilər ki, ev tikilməsi ilə bağlı meşə idarəsinin işçiləri olan Gülşad və Qabil adlı şəxslər icazə vermişlər, sonra isə buna görə atasından 14000 manat pul istəmişdirlər, lakin verməmişdirlər. Daha sonra 8000 manat istəmişdirlər, atası həmin pulu vermədiyi üçün atasına qarşı məhkəmədə bu iddianı qaldırmışlar. Məhkəmə iclas zalında şahid X17 bildirdi ki, iş üzrə cavabdeh Məmiyev Məhəmməd Şirin oğlu əmisidir. O, 1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşməklə Bərdə rayon ərazisində məskunlaşmışdır. Heç bir ərazini zəbt etməmiş ərazidə əkin biçinlə məşğul olmamışdır. Evin tikintisi üçün meşə idarəsinin işçiləri əmisindən 8000 manat pul istəmişlər, vermədikdə isə saxta sənədlər, aktlar tərtib etməyə başlamışdırlar. Məhkəmə iclas zalında şahid X21 bildirdi ki, Məhəmmədi 1993-cü ildən tanıyır. Onlardan başqa 40 ailə də həmin ərazidə yaşayır. Onların uşaqları da Şirvanlı kəndində yaşayır. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 13 saylı X14 Mərkəzinin əməkdaşları tərəfindən Bərdə X14 Mərkəzi Bük meşəbəyliyinin 2 sayı meşə dolayı, 25-ci kvartalında xx.xx.20222-ci il tarixdə qəfləti yoxlama apararkən müəyyən etmişdir ki, Laçın rayonu Lolabağırlı kənd sakini Cavabdeh 180 baş xırda buynuzlu qoyun-quzunu qanunsuz olaraq Bərdə RMTM-nin Bük meşəbəyliyinin ərazisində otarması, həmin ərazidə qanunsuz yaşayış evi və bir neçə tövlə tikməsi faktı aşkarlanmışdır. Aşkar edilmiş qanun pozuntular barədə xx.xx.2022-ci il tarixdə 001359 saylı akt tərtib edilmiş, adıçəkilən sahənin könüllü boşaldılması barədə Cavabdeh ünvanına xx.xx.2022-ci il tarixli 27/13/99-044 saylı məktubun göndərilməsinə baxmayaraq, X27 aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Həmçinin müəyyən olunmuşdu ki, Cavabdeh Laçın rayonunda məcburi köçkün olaraq Bərdə rayon Şirvanlı kəndində məskunlaşmış, Bük meşəbəyliyini isə kənd təsərüffatı üçün istifadə edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsindən çıxarılma hissəsində mütəxəssis rəyinə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, iddiaçı tərəfindən iddia edilən va naturada göstərilən torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Dövlət mülkiyyətinə aid X30 torpağıdır. İddiaçı tərəfindən iddia edilən və naturada göstərilən 0.38 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı madəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətində olan torpaqlara daxildir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 31-ci madəsinə əsasən Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir. Həmin Məcəllənin 34-cü madəsinə əsasən Torpaqların mühafizəsi onlardan səmərəli istifadə edilməsi, daha qiymətli torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən əsassız çıxarılmasına yol verilməməsi, onların zərərli təbii və antropogen təsirlərdən qorunması, habelə torpaqların münbitliyinin, meşə fondunun bərpası və artırılması məqsədilə həyata keçirilən hüquqi, təşkilati, iqtisadi və digər tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 38-ci madəsinə əsasən Torpaq fondunun istifadəsi və mühafizəsi sahəsində dövlət torpaq fonduna vurulan zərərin, kənd təsərrüfatı və meşə təsərrüfatı istehsalı itkilərinin torpaq qanunvericiliyinin pozulmasına görə cərimələrin və maliyyə sanksiyalarının ödənilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə müraciət edilməsi, iddialar qaldırılması vəzifəsini həyata keçirir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə torpaq sahələrinin istifadəyə ayrılması qaydasına dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 aprel 2000-ci il tarixli qərarına əsasən məcburi köçkünlərə müvəqqəti istifadəyə torpaq sahələrinin ayrılması üçün onlar məskunlaşdıqları rayon (şəhər) icra hakimiyyətlərinə ərizə ilə müraciət edirlər. Ərizədə ayrılacaq torpaq sahəsinin yeri, növü, həcmi və istifadə məqsədi göstərilməlidir. Yerli icra hakimiyyətləri 7 gün müddətində həmin ərizəni tələb edilən sahənin ayrılmasının mümkünlüyünə baxılması və müvafiq yerquruluşu sənədlərinin hazırlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölməsinə göndərirlər. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən məcburi köçkünlərə məskunlaşdıqları rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaları üçün dövlət proqramına uyğun olaraq dövlət və bələdiyyə torpaq fondu hesabına müvəqqəti olaraq torpaq sahələri ayrılır, onlara güzəştli kreditlər verilir, texniki və digər yardımlar göstərilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Torpaq sahələrinin istifadəyə ayrılması, kreditlərin verilməsi və yardımların göstərilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Həmin Məcəllənin 425.1.-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3-ci maddəsinə əsasən, hüquqdan sui-istifadə aiddir: şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının Yaşıllıqların mühafizəsi haqqında Qanununun 19.1-ci maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən Yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərinin hüquqları aşağıdakılardır: 19.2.1. yaşıllıqların mühafizəsi sahəsində tədbirlərin yerinə yetirilməsini, bu Qanunun tələblərinə əməl olunmasını, bitkilərə aqrotexniki qulluq edilməsi və fitosanitar tədbirlərin aparılması vəziyyətini yoxlamaq, yaşıllıqların bərpasına nəzarəti həyata keçirmək; 19.2.2. yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək; 19.2.3. yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək; 19.2.4. yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin pozulması nəticəsində vurulmuş ziyanın həcmini müəyyən etmək (müəyyən edilməsində iştirak etmək). Həmin Qanunun 19.3-cü maddəsinə əsasən Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında Qanununun 79-cu maddəsinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə (əmlakına) zərər vurmuş hüququ və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan tələbi hissəsində təmin oluna bilməz. Belə ki, iddiaçı məhkəməyə cavabdeh tərəfindən təbiətə 2816 manat dəyərində maddi zərər yerirməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Hazırki halda Cavabdeh təbiətə maddi zərər yerirməsi sübuta yetmir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə Regional X20nin Cavabdeh qarşı “meşə fondu torpağından istifadəsinə qadağa qoyulması, zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi və maddi ziyan” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh Bük meşəbəyliyinin özbaşına tutduğu (zəbt etdiyi) 0.38 hektar meşə fondu torpağından çıxarılsın, həmin torpaq sahəsindən onun istifadəsinə qadağa qoyulsun, ərazi cavabdehin hesabına boşaldılaraq 13 saylı Regional X8 təhvil verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar