Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-441/2022 16.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Məmmədli Zəhra Orxan qızının 31 avqust 2020-ci il tarixdə Bərdə şəhərində doğulması fak-tının və atası Məmmədov Orxan Şakir oğlu, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Məm-mədov Orxan Şakir oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından 31 --avqust 2020-ci il tarixdə bir övladı anadan olmuşdur, hazırda övladına doğum haqqında şəha-dətnamə almaq istəyir. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X11 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində izahat verən X5 göstərdi ki, Ərizəçi anasıdır, qızı X1 ilə evlənib, birgə nikahlarından 31 avqust 2020-ci il tarixdə Zəhra adlı bir uşaqları anadan olmuşdur. Lakin uşağa doğum haqqında şəhadətnamə almayıblar, indi isə müraciət etsələr də Maraqlı şəxsndə məhkəməyə müraciət etmək bil-dirilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən, X10 göstərdi ki, Ərizəçi ilə birgə nikahlarından 31 avbqust 2020-ci ildə Zəhra adlı bir qızları anadan olub. Lakin uşağa bu vaxta kimi doğum haqqında şəhadətnamə almayıblar. Zəhranın atası özüdür, qızı Zəhranın doğum faktının müəyyən edilməsini, atasının onun qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən, X4 gös-tərdi ki,Ərizəçi əmisi arvadıdır. Nuranə onun qaynı Xəyyamın qızıdır. Nuranə Orxanla rəsmi nikah qeydiyyatından keçərək evlənmiş, bir qızları anadan olmuşdur. Məhkmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, Ərizəçi qardaşı Xəyyamın qızıdır. Qardaşı qızı X10 ilə nikahlarını qeyd etdirməklə evlənibdir, bir qızları anadan olub, lakin doğum haqqında şəh-dətnamə almayıblar. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiaallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Xəyyam qızı 22 avqust 1999-cu ildə doğulmuşdur. İş materiallarında olan seriya AZE 17727579 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X21 oğlu 09 iyun 1992-ci ildə Bərdə rayonu Alaçadırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Alaçadırlı kəndində qeydiyyatdadır. İş materiallarında olan seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəy-yən olunur ki, X5 01 yanvar 1978-ci ildə doğulmuşdur. İş materiallarında olan seriya AZE 13191233 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 02 yanvar 1961-ci ildə Bərdə şəhərində doğ-ulmuş, Bərdə rayonu, Lək kəndində qeydiyyatdadır. İş materiallarında olan seriya AZE 14895131 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Mamedova Səlimə Salman qızı 26 yanvar 1964-cü ildə doğulmuş, Bərdə şəhəri, Nüşabə küçəsi ev 2 ünvaanında qeydiyyatdadır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ 375497 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə X8 29 dekabr 2019-cu ildə nikahlarını qeyd etdirməklə evlənmiş, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Mərkəzi X9 şəxsi tərəfindən verilmiş 20 noyabr 2021-ci il tarixli, 5072 nömrəli arayışdan müəyyən olunur ki, X17 qızı 31 avqust 2020-ci il tarixdə Bərdə rayon Doğum evinə 39-40 həftəlik hamiləlik diaqnozu ilə daxil olmuşdur, həmin tarixdə cinsi qız olan diri qız uşağı olmuşdur. İş materiallarında olan X22 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli, 05Q/76-1040/40 nömrəli məktubdan müəyyən olunur ki,Ərizəçi uşağının doğumunun qeydə alınması üçün müraciət etmiş, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi 31 avqust 2020-ci il tarixdə Bərdə şəhərində bir qız uşağının olması, atası X10, anası Ərizəçi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamələrin alıması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 31 avqust 2020-ci il tarixdə Bərdə şəhərində bir qız uşağının olması, atası X10, anası Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-441/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-441/2022
16.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver