Məhkəmə qərarları › İş №2(021)-442/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-442/2022

22.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-442/2022 22.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Ərizəçi Maraqlı şəxs X1 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 17 noyabır 2021-ci il tarixdə Bərdə rayon Qaraqoyunlu kəndində anadan olmuş X2 doğum, atası X6, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X6 ilə 20 sentyabr 2020-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Onların birgə nikah dövründən 1 (bir) övladları anadan olmuşdur. Lakin baş qarışıqlığından 17 noyabr 2021-ci il tarixdə Bərdə rayon Qaraqoyunlu kəndində anadan olmuş X4 doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda övladlarına doğum haqqında şəhadətnamə almaq istiyirlər. Onlar övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orda onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs X6 göstərmişdir ki, 20 sentyabr 2020-ci ildə ərizəçi ilə evlənmiş, birgə yaşadıqları müddətdə 17 noyabr 2021-ci ildə qız uşaqları doğulmuşdur. Həmin vaxt bilməyərəkdən uşağa doğum haqqında şəhadətnamə almamışlar. Ərizəçi ilə birgə nikahlarından 17 noyabr 2021-ci ildə anadan olmuş qız uşağının atası olmasını təsdiq edir. Ərizənin təmin olunmasına etirazı yoxdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X5, X7 və X8 Ərizəçi və X3 2020ci ildə ailə qurduqlarını, onların birgə nikahlarından 17 noyabr 2021-ci il tarixdə qız uşaqlarının doğulduğunu, başa düşmədiklərindən 17 noyabr 2021-ci il tarixdə anadan olmuş qız uşaqlarına doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qı̇ smən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 20 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İİ 397248 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 və Ərizəçi 20 sentyabr 2020-ci ildə 678 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X6 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 17.11.2021-ci il təvəllüdlü Məmişzadə .... Fərid qızı İlkin Səhiyyə Xidmətinin Ailə Sağlamlıq Mərkəzində həkim pediatr tərəfindən qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinə olundu və praktiki sağlam olması təsdiq olunmuşdur. İş materiallarında olan “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 3264 saylı 04 dekabr 2021-ci il tarixli tibbi arayışından müəyyən olunur ki, Ərizəçi 17.11.2021-ci il tarixdə anadan olmuş qız uşağı Məmişzadə .... Fərid qızı hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edilmişdir. İş materiallarında olan Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05Q/76-1111/40 nömrəli 05 dekabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi 17 noyabr 2021-ci ildə qız övladı anadan olmuşdur. Ərizəçi ərizəsində 17 noyabr 2021-ci ildə anadan olmuş qızının adının Narın olduğunu qeyd etsə də “Bərdə rayon Mərkəzi Xəstəxanası” X14 məktubdan və tibbi arayışından müəyyən olunur ki, 17 noyabr 2021-ci ildə anadan olmuş uşağın adı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi 17 noyabr 2021-ci ildə Bərdə rayonunda anadan olmuş qız uşağının anadan olması, atasının X6, anasının Ərizəçi olması faktı ərizəçinin, maraqlı şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə qismən təmin edilməli, Ərizəçi 17 noyabr 2021-ci ildə Bərdə rayonunda qız uşağı doğması, atasının X6, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə qismən təmin edilisin. Ərizəçi 17 noyabr 2021-ci ildə Bərdə rayonunda qız uşağı doğması, atasının X6, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar