Məhkəmə qərarları › İş №2(021)-443/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-443/2023

16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-443/2023 16.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X6 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “ miras əmlakı qəbul etməsi faktının müəyyən edilməsinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X8 məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” ərizəsinin xahiş edirəm hissəsində qeyd edilmiş miras qalmış əmlakın VAZ-2*063 markalı, **-BJ-*** nömrəli minik maşını kimi başa düşülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Qazaxlar kəndində yaşayır. X5 *0.*0.202*-ci ildə vəfat etmişdir. Ərinin ölümündən sonra vaxtında Dövlət notariat kontoruna müraciət etməmiş, vərəsəlik şəhadətnaməsi almamışdır. Bu səbəbdən problemlərlə üzləşmişdir. Belə ki, ərinin adına VAZ-2*063 markalı, **-BJ-*** dövlət nömrə nişanlı minik avtomaşını qalmışdır. X* ölümündən sonra, yəni *0.*0.202*-ci il tarixdən ona məxsus əmlakları, o cümlədən VAZ-2*063 markalı, **-BJ-*** dövlət nömrəli nişanlı minik avtomaşını onun sahibliyində, idarəçiliyində və istifadəsində olmuş, hal-hazırda da idarəçiliyindədir. Vərəsəlik şəhadətnaməsi vaxtında müraciət edib almadığından ərinə məxsus miras əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Bu səbəbdən Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna müraciət etmiş, ancaq Vərəsəlik şəhadətnaməsi veilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. X3 məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olması nəzərə alıb, mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin üzürlü sayılmasına dair məhkəmə aktına ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini və müddətin ötürülməsinin qanuni hesab edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclaslarında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, ərizə tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*965-ci ildə anadan olmuşdur. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Xəsili kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş 02.**.2022-ci il tarixli, 480 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Qazaxlar kəndində yaşayır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 sentyabr 2008-ci il tarixli, AZ-İ 439*9* nömrəli Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X** ilə Ərizəçi 05 sentyabr 2008-ci ildə rəsmi nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 05 sentyabr 2008-ci il tarixdə 5*7 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Kərimov, arvada Nəcəfova soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 noyabr 202*-ci il tarixli, AZ-İİ 229224 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X** *0.*0.202*-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 noyabr 202*-ci il tarixdə ***8 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ABN 762409 saylı “X2 Şəhadətnaməsi”nin surətindən görünür ki, “VAZ 2*063 minik” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobil X7 adına qeydiyyata alınmışdır. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 3* oktyabr 2022-ci il tarixli, 2736/2022 nömrəli məktubundan görünür ki, Ərizəçi X4 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Xəsili kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş ** yanvar 2023-cü il tarixli, *4 nömrəli arayışdan görünür ki, 04 sentyabr *964-cü il təvəllüdlü X** vəfat etdikdən sonra arvadı Ərizəçi, qızı X*3 və oğlu X*4 qalmışdır. Azərbaycan Respublikasının DİN-nin BDYPİ tərəfindən verilmiş *4.0*.2023-cü il tarixli, 2- 4497/2023 saylı məktubdan görünür ki, VAZ-2*063 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 03.07.20*2-ci il tarixdən X*0 adına qeydiyyatdadır və nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. 02.**.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X8 məxsus miras əmlakın onun sahibliyində və idarəçiliyində olmasını nəzərə alıb, mrasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və mirasın qəbul edilməsi üçün müyyənləşdirilmiş müddəsin gecikdirilməsinin üzürlü sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair” ərizəsinin xahiş edirəm hissəsində qeyd edilmiş miras qalmış əmlakın “VAZ-2*63” markalı, 09 BJ-026 nömrəli minik maşını kimi başa düşülməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *203.*-ci maddəsinin şərh edilməsinə dair” *3 dekabr 20**-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.*-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*.*-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *6 oktyabr 2020-ci il tarixli qərarına əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmin qərarda daha sonra Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 saylı Qərarının *0-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X7 ölümündən sonra onun birinci növbə vərəsəsi olan arvadı Ərizəçi, qızı X*3 və oğlu X*4 qalmışdır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə Ərizəçi mərhum X4 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, ərizəçi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. AR.MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.*-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 3**-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi mərhum X4 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilsin. Ərizəçi mərhum X4 miras qalmış VAZ-2*063 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar