Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-444/2021 09.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X2 katibliyi İddiaçı İddiaçı İddiaçının nümayəndəsi (vəkili) X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bərdə şəhəri, Füzuli küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X14 şəhəri, Füzuli küçəsində öz evinin qarşısında ona ev tikmişdir. Həmin ev qeyri-rəsmi tikilmişdir və evin heç bir sənədi yoxdur. Lakin işıq sayğacı onun adınadır. Bərdə şəhəri, ünvan 1 ünvanda qeydiyyatdadır. Ölkədə olan müharibə şəraiti ilə əlaqədar ailə üzvləri Bərdə rayonuna raket atıldığı gün qorrxduqları üçün həyat yoldaşı və övladını götürüb həyat yoldaşının atası evinə, Göyçay rayon Alxasava kəndinə getmişlər. Daha sonra isə ölkədə müharibə bitdikdən sonra onlar Bərdə rayonuna qayıtdıqları zaman qardaşı hazırkı iş üzrə Cavabdeh onların evlərini zəbt edərək orada yaşadığını görmüşlər. Yaşadıqları evdən çıxmasını bildirdikdə isə “bura mənim evimdi, burdan çıxmayacam” demişdir. Qardaşı hazırkı iş üzrə Cavabdeh onların evinin qarşısında olan evi yandıraraq onların evlərini zəbt etmişdir. Onların həmin evdə yaşamalarına maneçilik törədir. Hal-hazırda ailəsi ilə birlikdə demək olar ki, çöllərdə qalmışdır. Odur ki, onun Bərdə şəhəri, Füzuli küçəsi ev 91 ünvanında yerləşən fərdi yaşayış evinə ailə üzvləri ilə birlikdə köçürülməsinə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) X10 İddiaçı göstərdiklərini bir daha təsdiq edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının və nümayəndəsinin (vəkilinin) izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 iyun 2018-ci il tarixli AZ-İİ 243842 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı və X7 13 iyun 2018-ci ildə 65 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 dekabr 2018-ci il tarixli AZ-İV 193939 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə X3 birgə rəsmi nikahlarından 16 dekabr 2018-ci ildə Zəhra adlı uşaqları anadan olmuşdur. 16 dekabr 2018-ci il təvəllüdlü X4 atası cavabdeh İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş **********37 saylı 04 mart 2021-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərin surətlərindən müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi keçmiş Bərdə rayon MHQ və DTİ idarəsi tərəfindən 07.08.1999cu il tarixdə verilmiş 602 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyət hüququ əsasında X11 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi DYMXnin Bərdə rayon X8 hissəsinin 37/34-078 saylı 17 fevral 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, 07.09.2020-ci il tarixdə Bərdə şəhəri, Füzuli küçəsi ev 91 ünvanında, X6 məxsus xüsusi həyətdə yaşayış evində yanğın hadisəsi baş vermişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının köçmək istədiyi Bərdə şəhəri, Füzuli küçəsi 91 ünvanda yerləşən fərdi yaşayış evi hazırda mülkiyyət hüququ əsasında 07.08.1999-cu ildə X11 adına qeydiyyata alınmışdır. Bərdə şəhəri, Füzuli küçəsi 91 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X11 adına olsa da iddiaçı iddia tələbini mülkiyyətçiyə qarşı deyil, başqa şəxsə qarşı qaldırmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu Məcəllənin 228.3-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Həmin Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Bu Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. İş materiallarından görünür ki, iddiaçı ilə evin mülkiyyətçisi arasında evdən istifadə hüququnun əldə edilməsinə dair notariat qaydasında müqavilə bağlanmamışdır. Bundan başqa məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının ailə üzvü olan arvadı X1 şəhəri, ünvan 5 ünvanda qeydiyyatdadır. Lakin buna baxmayaraq iddiaçı həmin evə köçürülməyə dair iddia qaldırmaq əvəzinə başqa ünvana- Bərdə şəhəri, ünvan 6 İddiaçının ailə üzvü olan arvadı X9 17.01.1987-ci il təvəlüdlü olmasına baxmayaraq iddiaçı məhkəmədə iddia qaldıraraq onun da mübahisəli mənzilə köçürülməsini xahiş etmişdir. Göründüyü kimi X9 yetkinlik yaşına çatdığından belə bir iddia qaldırmaq yalnız onun subyektiv hüququdur. Hazırkı iş üzrə İddiaçı belə bir iddia qaldırmaq hüququ yoxdur. Məhkəmə hesab edir ki, Bərdə şəhəri, Füzuli küçəsi ev 91-də yerləşən X11 mülkiyyətində olduğundan və hazırkı iş üzrə cavabdeh iddia tələbi üzrə cavabdeh olmayan şəxs olduğundan iddiaçının ailə üzvləri ilə birlikdə cavabdehin yaşadığı, Bərdə şəhəri, Füzuli küçəsi 91-də yerləşən fərdi yaşayış evinə köçürülməsi qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olduğundan və mülkiyyətçinin evdən istifadə hüququnu məhdudlaşdırdığından iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213-214, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-444/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-444/2021
09.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver