Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4490/2025 02.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif оğlunun sədrliyi, X10 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə və Bərdə Regional “ASAN-Xidmət” X14 cəlb edilməklə “qohumluq faktının müəyyən edilməsi”nə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə və Bərdə Regional “ASAN-Xidmət” X3rşı ərizə ilə məhkəməyə mürаciət edərək 1908 ci ildə doğulmuş, 15 fevral 1999-cu ildə vəfat etmiş X6 onun nənəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xаhiş etmişdir. Ərizədə qeyd edilən işin halları: Ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxx 1964-cü ildə Bərdə rayonu, Şatırlı inzibari Ərazi Dairəsinin Nazırlı kəndində doğulmuşdur.Bərdə rayonu, Şatırlı İnzibati Ərazi Dairəsinin Nazırlı kəndində qeydiyyatdadır və yaşayır. Atası X57 oglunun vı anası X27 birgə nikahlarından o, Ərizəçi, bacıları Abdullayeva (Qasımova) Mahnisə Qanboy qızı, X17 və X18 doğulmuşdur. Hazırda bacıları Abdul!ayeva (Qasımova) Mahnisə Qanboy qızı, X28 və və X19 aila qurub ayrılmışlar. X5 1932-ci ildə doğulmuşdur və 07 sentyabr 1994cü ildə nənəsi X55 qizı 1905-ci ilde dogulmuşdur 15 fevral 1999-cu ildə vəfat etmidir və yaşadıqları Bərdə rayonu, Nazırlı kənd qəbristanlığında dəfn olunmuşlar.Ata evində o qalmşdır, nənəsindən və atasından miras qalrnış əmlakları o idarə edir.X56 "ASAN Xidmət" Mərkəzində notariat ofisinə müraciət edərək nənəsi X4 miras qalmış Bərdə rayonu, Şatırlı Ərazi Dairəsinin Nazırlı kəndində yerləşən pay torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmek istəmiş, lakin atası X11 doğum haqqnda şəhadətnaməsi olmadığından X6 onun nənəsi olmasının müəyyən edilməsinin və vərəsəliyin açılmasının mümkün olmadığı bildirilir.Bərdə regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisinin notariusu tərəfindən atasının doğum şəhadətnaməsi tələb olunur. Atasının doğum akt qeydindən çıxarış almaq üçün Yevlax rayon Qeydiyyat Şöbəsinə müraciat etmiş, Qeydiyyat Şöbəsi həmin illərə dair sənədlərin mühafizə olunması üçün X46 filiallna verildiyini bildirmişlər.Azərbaycan Respublikası X46 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA15F/2-35/2025 saylı arayışda, Dövlet Arxivində mühafizə olunan Yevlax rayon Qeydiyyat Şöbəsinin "Doğum aktı qeydi" kitablarında atası X11 doğumu haqqnda heç bir sənəd aşkarlanmadığı qeyd edilmişdir.Azərbaycan Respublikası Dövlet Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-48-DA15F/2-36/2025 saylı arayışlarda, Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu, Malbinəsi kənd Zəhmətkeş Deputatları sovetinin 1940-1942-cı illərə dair 01 saylı kitabın 11-ci sahifəsinin 466 saylı qeydinə əsasən atasının soyadı, adı və ata adı X29, doğum tarixi 1932-ci il, ata adi 1895ci il təvəllüdlü Qasımov Murtuza, ana adı 1905-ci il təvəllüdlü Qasımova Sərəncam, doğulduğu yer Yevlax rayonu, Malbinəsi sovetliyi kimi yazılmışdır.Lakin atası X15 doğum haqqında şahadətnamə verilməmişdir. Qeydiyyat şöbəsi tərəfindən X11 doğum haqqında akt qeydinin bərpa edilməsinin səlahiyyətləri xaricində olduğu bildirilir. X11 doğum şəhadətnaməsinin alınmamasının səbəbləri isə ona məlum deyildir. Hazırda da onu əldə etmek mümkün deyildir.X4 miras qalmış Bərdə rayonu, Şatırlı Ərazi Dairəsinin Nazırlı kəndində yerləşən pay torpaq sahəsini vərəsəlik qaydasında qəbul etmək üçün X6 onun nənəsi olması faktının müəyyən edilməsi üçün məhkəmə tərəfindən qətnaməe qəbul edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd edilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontorunun Notariat Ofisinə və Bərdə Regional “ASAN-Xidmət” X14 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Kontorunun Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini və şahidləri dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizəyə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir Şahid ifadələri: 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 Məsim qızı ifadəsində göstərmişdir ki,ərizəçi onun həyat yoldaşıdır. ərizəçinin atasının adı Qanboy, anasının adı Qunça olmuşdur. Nənəsinin adı Sərəncam olmuş, 1999-cu ildə vəfat etmişdir. Nazırlı kənd qəbristanlığında dəfn edilmişdir. 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki,ərizəçi ilə qonşudurlar. ərizəçinin atasının adı Qanboy olmuş, ərizəçinin atası evin tək övlad olmuş, atasının adı Murtuza, anasının adı Sərncam olmuşdur. Sərəncamı tanımışdır. Yaşlı qadın olmuşdur. Sərəncamın nə vaxt vəfat etməsini bilmir. Beləki, həmin vaxtlar Rusiya federasiyasında yaşamış, bu səbəbdən də bu barədə məlumatı yoxdur. Manisə Şükürün bacısıdır, Şükürün övladlarının adı Jalə, Lalə və Şakirdir. İş materiallarına istinad: Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1964-cü ildə ünvan 1ində anadan olmuş, ünvan 1ində qeydiyyatdadır. İşdə olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 28 yanvar 1957-ci ildə anadan olmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 fevral 2025-ci il tarixli, 103- 05/69 nömrəli arayışdan görünür ki, X36 07 sentyabr 1994-cü ildə ünvan 1ində ölmüşdür. Bu barədə Bərdə rayon Şatırlı kənd İcra Nümayəndəliyi tərəfindən 10 sentyabr 1994-cü il tarixli 12 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli, 469 nömrəli arayışdan görünür ki, X20 17 fevral 1957-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuşdur. Ata adı boş saxlanmış, ana adı X13 qeyd edilmişdir. Azərbaycan Respublikası X46 filialı tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 3-48- DA-15 F/2-35/207 nömrəli arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunann Yevlax rayon Qeydiyyat Şöbəsinin doğum aktı qeydi kitabları yoxlanmış, X12 doğumu haqqında heç bir sənəd aşkarlanmamışdır. Azərbaycan Respublikası X46 filialı tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli, 3-48- DA-15 F/2-36/2025 nömrəli arxiv arayışından görünür ki,Dövlət Arxivində mühafizə olunan Yevlax rayonu Malbinəsi kənd səhifəsinin 466 saylı qeydinə əsasən X12 doğumu haqqında məlumatlar ata adı Qasımov Murtuza 1895-ci il təvəllüdlü, ana adı Qasımova Sərəncam təvəllüdü 1905- ci il, doğulduğu Yevlax rayonu malbinəsi sovetliyi qeyd edilmiş, sənəddə X12 doğum tarixi 1932-ci il yazılmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi 28 fevral 2025-ci il tarixli, 54 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Şatırlı İƏD-nin Nazırlı kəndində yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli, 52 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Şatırlı İƏD-nin Nazırlı kəndində yaşamış və qeydiyyatda olmuş mərhum X30 xx.xx.1994-cü ildə yaşadığı kənddə vəfat etmiş Nazırlı kənd qəbristanlığında dəfn olunmuşdur. X30, Ərizəçi atasıdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli, 53 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Şatırlı İƏD-nin Nazırlı kəndində yaşamış və qeydiyyatda olmuş mərhum X21 15 fevral 1999-cu ildə yaşadığı kənddə kənddə vəfat etmiş Nazırlı kənd qəbristanlığında dəfn olunmuşdur. X2 Şükür Qanboy oğlunun nənəsidir. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 519/2025 nömrəli, 24 fevral 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi 15 fevral 1999-cu ildə vəfat etmiş ünvan 1i ünvanında qeydiyyatda olan X4 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 24 fevral 2025-ci il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” mərkəzində notarat ofisinə müraciət etmiş, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna verilmədiyindən, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, müvafiq rayon məhkməəsinə müraciət etməsi izah olunmuşdur. Sovet Sosialist Respublikaları ittifaqının vətəndaşının pasportunun surətindən görünür ki, X31 1900-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 3,2724 ha torpaq sahəsi Ərizəçi, Şahid1, X52, X39, X32, X8, X22, X37, X23, X1 Ramil Elya oğlunun ümumi birgə mülkiyyətindədir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 07 aprel 2025-ci il tarixli, 3-16-5/8-15-2014/2025 nömrəli məktubdan görünür ki, atalığım müəyyən edilməsim hər iki valideynin iştirakı və razılığı ilə həyata keçirilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “ vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 1.8-ci bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı notariat qaydada təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər. Ona aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bərdə rayon VVAQ Bürosu tərəfindən verilmiş AZ710581 nömrəli, 25 iyun 1961-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 13 fevral 1959-cu ildə anadan olmuş, atası X30, anası X40 qeyd edilmişdir. Bərdə rayon Güloğlular kənd Sovetliyi tərəfindən verilmiş AZ-692448 nömrəli, 27 iyun 1964-cü il tarixli, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxx 1964-cü ildə anadan olmuş, atası X30, anası X40 olmaqla bu barədə 27 iyun 1964-cü ildə 104 nömrə ilə qeyd edilmişdir. Tətbiq edilən hüquq: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyənedilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.
2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, X6 Ərizəçi nənəsi olması iş materialları və şahidlərin ifadələri ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi həmin hissədə qismən təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. X6 Ərizəçi nənəsi olması (qohumluq) faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnаmənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) аy müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Qətnаmədən şikаyət verilmədikdə, rəsmi təqdim edildiyi gündən 1(bir) аy keçdikdən sоnrа qаnuni qüvvəyə minir.
Hakim: Bayram Məhərrəmov