Məhkəmə qərarları › İş №2(021)-45/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-45/2025

29.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-45/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh* iştirakı ilə, İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı5, İddiaçı4, İddiaçı2 ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh* və X38 Xidmət mərkəzində Notariat kontorunun Xüsusi notariusuna qarşı “25.0*.20*8-ci il tarixli AN-İ ******* saylı, AN-İ 067289* saylı, AN-İ ******* saylı, AN-İ ******* saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaqdan çıxarılma tələbinə dair” ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh* qarşılıqlı iddia üzrə cavabdehlər (ilk iddia üzrə iddiaçılar) İddiaçı*, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin sərhədlərinin tanıdılması və sözügedən torpaq sahəsinin naturada bölünmasi tələbinə dair” və üçüncü şəxs X27 olmaqla qarşılıqlı iddiası üzrə mülki işə 29 iyul 2025-ci il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddia tələbi İddiaçılar İddiaçı*, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh* və X38 Xidmət mərkəzinin Notariat Kontorunun Xüsusi notariusuna qarşı 25.0*.20*8-ci il tarixli AN-İ ******* saylı, AN-İ 067289* saylı, AN-İ ******* saylı, AN-İ ******* saylı Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh* onlara məxsus olan torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsası İddiaçılar İddiaçı*, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 oğlu iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının *6 iyun *999-cu il tarixli 07 saylı qərarı ilə onlara Bərdə rayonu Ərəblər kəndindən 4.62 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpağa JN-003* kood 6*0005038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı da verilmişdir. Ailə başçısı kimi həyat yoldaşı mərhum X9 adına verilmişdir. Həyat yoldaşı xx.xx.2007-ci ildə vəfat etmişdir. İslahat gedən zaman onlar pay torpaq sahəsini yararlı vəziyyətə salaraq istifadə ediblər. Həmin torpaq sahəsininin bir hissəsini Cavabdeh* alqı-satqı müqaviləsi əsasında satılmış olduğunu bilib. Cavabdeh* ilə X*4 arasında bağlanmış 25.0*.20*8-ci il tarixli AN-İ 06278+90 saylı Alqı-satqı müqaviləsinə əsasən 0.5775 ha torpaq sahəsi, Cavabdeh* ilə X*0 arasında bağlanmış 25.0*.20*8-ci il tarixli AN-İ 062789* saylı alqı-satqı müqaviləsinə əsasən 0.462 ha torpaq sahəsi, Cavabdeh* ilə X*8 arasında bağlanmış 25.0*.20*8-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.462 ha torpaq sahəsi Cavabdeh* ilə X20 arasında bağlanmış 05.0*.20*8-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən 0.462 ha torpaq sahəsi rəsmi olaraq Cavabdeh* adına qalqı-satqı olmuşdur. X24iu əvəzinə isə X*4 imza etmişdir. Hal-hazırda onların mülkiyətində olan 4.62 ha torpaq sahəsindən *.9635 ha torpaq sahəsi Cavabdeh* adına alqı-satqı ilə verilsə də Cavabdeh* rəsmi olaraq öz adına sənədləşdirməmiş və oğlu İddiaçı5 Maxsud oğlu 4.62 ha torpaq sahəsinə xx.xx.2022-ci ildə *8220*5476 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Çıxarış almışdır.Hazırda isə onun alqı-satqı müqaviləsindən yenicə xəbəri olmuşdur və alqı-satqı müqaviləsi qanunsuz olaraq tərtib edilmişdir. Qeyd olunmuş 4.62 ha torpaq sahəsindəhər bir bölgü aparılmamış, paylar ayrı-ayrılıqda bölgülənməmişdir. Buradan da görünür ki, X*4, X*0, X*8 və X20 qanunsuz olaraq öz paylarını bölmədən satmışlar. Hal-hazırda Cavabdeh* onlara məxsus olan torpaq sahəsindən çıxarılmasını bildirdikdə alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin onun istifadədə olduğunu bildiuirir. Onun xəbəri olmadan torpaq sahəsi qanunsuz yolla hər hansısa bir şəxsə satılmışdır. Qanunsuz olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Notariat Ofisinə müraciət edib, lakin müraciəti nəticəsiz qalmışdır. Bunun üçün də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Qarşılıqlı iddia üzrə tələb Qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddianın rədd edilməsi və onun qarşılıqlı iddiasının təmin edilərək cavabdehlər İddiaçı*, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 paylı mülkiyyətdə olan torpaq sahəsinin sərhədlərinin tanıdılması və sözügedən torpaq sahəsinin naturada bölünmasi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbinin əsası Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçılar İddiaçı*, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 ona qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsivə torpaq sahəsindən çıxarılma tələbinə air” iddia qaldıraraq 25.0*.20*8-ci il tarixli AN-İ 0627890, AN-İ 067289* və AN-İ 06272892 saylı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və Cavabdeh* onlara məxsus torpaq sahəsindən çıxarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İlkin iddia üzrə iddiaçılar İddiaçı*, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddiaları əsassızdır. Belə ki, X*4 arasında 25.0*.20*8-ci il tarixli AN-İ 0672890, X*3 arasında o olan AN-067289*, X*8 arasında olan AN-İ ******* və X20 arasında olan AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən paylı mülkiyyətlərində olan Bərdə rayonu Ərəblər kəndində yerləşən 4.62 ha torpaq sahəsinin *,96 ha hissəsi satılmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti tərəfindən verilən 07.*0.2022-ci il tarixli *8220*9592 qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayonu Ərəblər kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.62 ha torpaq sahəsi *7/40 hissəsi ona, 5/40 hissəsi X7, 5/40 hissəsi İddiaçı3. 4/40 hissəsi İddiaçı2, 4/40 hissəsi İddiaçı4, 5/40 hissəsi isə İddiaçı5 məxsus olmaqla mülkiyyət hüquqlarını qeydə aldırıblar. Həmin vaxtdan özünə məxsus *,96 ha torpaqdan təyinatı istifadə edir. Ancaq son vaxtlar ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərlə aralarında narazılıqlar baş verir və ona qarşı qərəzli iddia qaldırmışlar. İlkin iddia ərizəsinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsini təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəfin izahatı Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlk iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı5, İddiaçı4, İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında hər hansı üzrlü səbəb göstərmədən iştirak etməmişlər. Məhkəmə MPM-nin *85-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* izahatını dinləyib, ilkin iddia və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh* xx.xx.*954-cü ildə Ağdərə rayonu Sırxavənd kəndində anadan olmuşdur, Ağdam rayonu Sırxavənd kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.*98*-ci ildə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Bərdə rayon Güloğlular kənd İƏD üzrə nümayəndəliyin *6.**.2022-ci il tarixli *4*0 sayl arayışdan görünür ki, İddiaçı* Bərdə rayonu Bala Ərəblər kəndində yaşayır. AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.*993cü ildə Bərdə rayonu Ərəblər kəndində anadan olmuş və həmin envanda qeydiyyatdadır. AA seriyalı *608736 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,İddiaçı3 xx.xx.*970ci ildə Beyləqan rayonu Mil qəsəbəsində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. AA seriyalı ******* şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.*994cü ildə ünvan 4 ünvanında qeydiyyatdadır. AA seriyalı *6*4*99 şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı* xx.xx.*955ci ildə Bərdə rayonu Bala Ərəblər kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. 25.0*.20*8-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı*, İddiaçı4, İddiaçı5, İddiaçı3 və İddiaçı2 qızı paylı mülkiyyət hüququ əsasında onlara məxsus olan Bərdə rayonu Ərəblər kəndində yerləşən 4.62 ha torpaq sahəsinin X**, X8, X*5 və X*6 məxsus hissəsinin alınmasında üstünlük hüququnun olduğunu bilir, həmin payların alınması onlara təklif olunub, üstünlük hüquqlarından imtina edib və hissələrini satılmasına etiraz etmirlər. Daşınmaz Əmlakın dövət reyestrində *06 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmış Çıxarışdan görünür ki, İddiaçı5 Bərdə rayonu Ərəblər kəndi ərazisində 4.62 ha kənd təsərrüfatı təyinatlı ümumi mülkiyyətli paylı torpağı vardır. 25.0*.20*8-ci il tarixli AN-İ ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu Ərəblər kəndində yerləşən ümumu sahəsi 4.62 ha torpaq sahəsindən öz hissəsi olan 0.5775 ha hissəni Cavabdeh* satmışdır. 25.0*.20*8-ci il tarixli AN-İ ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, X5 rayonu Ərəblər kəndində yerləşən ümumu sahəsi 4.62 ha torpaq sahəsindən öz hissəsi olan 0.462 ha hissəni Cavabdeh* satmışdır. 25.0*.20*8-ci il tarixli AN-İ 067289* saylı Alqı-satqı müqaviləsindən görünür ki, X* rayonu Ərəblər kəndində yerləşən ümumu sahəsi 4.62 ha torpaq sahəsindən öz hissəsi olan 0.462 ha hissəni Cavabdeh* satmışdır. 25.0*.20*8-ci il tarixli AN-İ ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, X4 rayonu Ərəblər kəndində yerləşən ümumu sahəsi 4.62 ha torpaq sahəsindən öz hissəsi olan 0.462 ha hissəni Cavabdeh* satmışdır. Ağdam rayon Şəhər Mənzil-Kommunal İstismar İdarəsinin *8.08.2022-ci il tarixli 290 saylı arayışdan görünür ki, X6 şəhər Z.Hacıyev küçəsi 49 saylı ünvanda qeydiyyatda olub 2022-ci ilin art ayında vəfat edib. 0278*07 nömrəli orderdən görünür ki, X2 Kifayət İsmayıl qızı və qeyrilərinin vəkilidir. *6.**.2022-ci il tarixli 2*899 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. 09.*2.2022-ci il tarixli *48 saylı qəbzdən görünür ki, qarşlılıqlı iddia üzrə iddiaçı məhkəmədə iddia qaldırmaq üçün *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. *7.05.2024-cü il tarixli 3-2*-3-46/2-2404/24 saylı DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən görünür ki, Cavabdeh* iddiaçılara aid torpaq sahəsini istifadə etmir, 29.**.2023-cü il tarixli *8230285** qeydiyyat nömrəli çıxarışla , 4/40 hissəsi İddiaçı2, 4/40 hissəsi İddiaçı4, *7/40 hissəsi Cavabdeh* və *5/40 hissəsi isə X*9 paylı mülkiyyətinə verilmiş ümumilikdə 4.62 ha torpaq sahəsi naturada bölünərək müəyyən edilməsi mümkündür. Bərdə rayon Məhkəməsinin *7.07.2024-cü il tarixli 2(02*)-83/2024 saylı qərardadından görünür ki, X27 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-*6-/2-*0/808*/2024 saylı ekspert rəyindən görünür ki, 29.**.2023-cü il tarixli *8230285** qeydiyyat nömrəli çıxarışla , 4/40 hissəsi İddiaçı2, 4/40 hissəsi İddiaçı4, *7/40 hissəsi Cavabdeh* və *5/40 hissəsi isə X*9 paylı mülkiyyətinə verilmiş ümumilikdə 4.62 ha torpaq sahəsi naturada bölünərək müəyyən edilməsi mümkündür. Bərdə rayon məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(02*)-45/2025 saylı qərardadına əsasən ilkini iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı* və İddiaçı3 vəfat etməsi əsası ilə onların iddiaçı qismində iştirakına xitam verilmişdir. Tətbiq edilən hüquq Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) *52.*-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun *-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-*983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin *7-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 2*3.*-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 2*3.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 2*3.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.*-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə ** iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının *30-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən Cavabdeh* özünə aid edilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməməlidir. Belə ki, əqdin etibarsızılığına səbəb olan hallar aşkar olunmur. Qarşılıqlı iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı2 4/40 hissədə, İddiaçı4 4/40 hissədə, Cavabdeh* *7/40 hissədə və X*9 *5/40 hissədə paylı mülkiyyətlərində olan Bərdə rayonu Ərəblər kəndində yerləşən 4.62 ha torpaq sahəsi üzərində payları rəyə əlavə olunmuş sxematik plana uyğun naturada bölgüsü aparılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*3, 2*4, 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

İlkin iddia təmin edilməsin. Qarşlıqlı iddia təmin edilsin. İddiaçı2 4/40 hissədə, İddiaçı4 4/40 hissədə, Cavabdeh* *7/40 hissədə və X*9 *5/40 hissədə paylı mülkiyyətlərində olan Bərdə rayonu Ərəblər kəndində yerləşən 4.62 ha torpaq sahəsi üzərində payları rəyə əlavə olunmuş sxematik plana uyğun naturada bölünsün. Ekspertiza tədqiqatının dəyəri olan *00 (bir yüz) manat ilkin iddia üzrə iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) İddiaçı5, İddiaçı4 və İddiaçı2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN *40*55507* X*2, KOD 2*0005 VÖEN *40*55507* m\h AZ4*NABZ0*360*0000********** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İlkin və qarşılıqlı iddia tələbi üzrə dövlət rüsumları ödəmiş tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar