Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-450/2024 22.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 məhkəm iclas kаtibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Kazim qızına, X3 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakı qəbul etmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, X3 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ** BO *** dövlət qeydiyyat nişanlı, sedan tipli, 1986-cı il buraxılışlı, mühərrik nömrəsi ******* olan, ban nömrəsi XTA210630G1561959 olan VAZ 21063 markalı avtomobilin miras kimi onun qəbul etmə faktının təsdiqinə və mirası qəbul müddətinin ötürülməmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. İş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmə iclasının vaxtı barədə bildiriş ərizəçi və maraqlı şəxslər tərəfindən şəxsən qəbul edilmişdir. Buna baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 Kazim qızına, X3 Xidmət Mərkəzində Notariat Kontoruna qarşı mirasın qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakı qəbul etmə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-450/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-450/2024
22.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver