Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-452/2023 22.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 cavabdehlər X1*, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “ mənzildən çıxarılma, vərəsə kimi tanınma və əmlakın vərəsələr arasında bölünməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 cavabdehlər X1*, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, X8 mübahisəli mənzildən məcburi qaydada çıxarılması, X15 vərəsələri kimi İddiaçı2, İddiaçı3, X3 tanınması, daşınmaz əmlakın vərəsələr arasında bərabər payda bölünməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, ataları X1 mülkiyyətində Bərdə şəhəri, Səməd Vurğun küçəsi döngə 6, ev 7 mülkiyyətində olmuşdur. Onlar anadan olduqları vaxtdan həmin evdə yaşamışlar. İddiaçı1 hələ də həmin evdə yaşamağa davam edir. X5 1-ci qrup gözdən əlil olduğu üçün onun daima kənar şəxsin qulluğuna və köməyinə ehtiyacı olmuşdur. Bu səbəbdən də 19 noyabr 2*13-cü ildə Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə onun nəvəsi X2 Salahova patron təyin edilmişdir. Ataları 15 yanvar 2*2*-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bundan sonra onlar qanunla müəyyən edilmiş müddətdə Bərdə regional "ASAN- Xidmət" mərkəzində notariat ofisin xüsusi notariusuna "Qanun üzrə vərəsəlik hüququ haqqında" Şəhadətnamənin verilməsi üçün müraciət etsələr də onlara bildirilmişdir ki, miras əmlakla bağlı Forma 1 arayışını və digər sənədlərin təqdim edilməsi zəruridir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə 12 oktyabr 2*2*-ci il tarixdə bildirmişdir ki, həmin sənədin əldə edilməsi üçün notariusa müraciət edilməlidir. Qeyd edilməlidir ki, bütün bu məsələ ondan qaynaqlanır ki, 2* aprel 2*18-ci il tarixda atalarının xəstə olmasından istifadə edib bağışlama müqaviləsi bağlatdıraraq miras əmlakı X16 öz adına rəsmiləşdirmişdir. Hazırda həmin bağışlama müqaviləsi və onun hüquqi nəticəsi olan çıxarış məhkəmə qaydasında mübahisələndirilir. Onlar məhkəməyə 2*18-ci ildə X1 müraciət edərək bağışlama müqaviləsini mübahisələndirmişdirlər. Miras qoyanın ölümündən sonra dəfələrlə həmin evdə yaşamaqla mirasın faktiki qəbul edilməsinə cəhd etsələr də cavabdeh onları evə buraxmamışdır. Bu səbəbdən də notariat orqanına müraciət etmişlər, lakin süründürməçilik nəticəsində şəhadətnamə ala bilməmişdirlər. Hazırda isə miras qoyan X15 birinci növbəli vərəsələri olduqları üçün ondan miras qalmış əmlakın qəbul edilməsi üçün müraciət edirlər. Miras qoyan Sabir Salahov 2*2*-ci ildə vəfat etdiyindən həmin zaman qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. 2*.*4.2*18-ci il tarixində Bərdə Rayon Dövlət Notariat kontorunda aparılmış bağışlama əməliyyatı zaman müqavilənin axırıncı səhifəsində X23 imza qrafasında Salahov Sabir səliqəli şəkildə təkrar Salahov yazmaqla İİİ şəxs tərəfindən icra olunmuşdur. Həmçinin, müqavilə ilə tanış olmaq qrafasında isə heç nə yazılmamışdır. Ancaq bağışlanan tərəfdə latın dilində tanış olduğu sözləri və Salahov Babək qrafasında isə imza ve latın dilində Salahov Babək sözləri yazılmışdır.Mübahisə edilən şəxsin X23 3*.11.2**6-ci il tarixli 5235 saylı TSEK-in rəyinə əsasən, həmin şəxs birinci qrup əlil olaraq görmə qabiliyyətini tam itirmiş şəxsdir. Arayışdan da görünür ki, bu şəxs görmə qabiliyyətini itirmiş şəxsdir. Yəni, imza atmaq iqtidarında olmamaqla, hər hansı bir yazını icra etməsi mümkün olmayan bir şeydir. Çünki, 19 noyabr 2*13-cü il tarixində 216 saylı sərəncamı ilə X15 ixtiyar qoca və xəstə olduğuna görə nəvəsi Elnur İbrahimovun onun üzərində köməkçi təyin edilmişdir. Həmçinin, 2*17-ci iyul ayında ağır dərəcəli beyin insultu keçirmişdir, heç kimi tanımırdı va hərəkətlərini bilmirdi. Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyi Bərdə Müalicə Diaqnostika Mərkəzi 28.*2.2*18-ci il tarixli KT-yə əsasən, baş beyin yarımkürələri ve beyincik hemisferlerinin keskin atrofiyası, baş beynin sağ yarımkürəsinin ensefalomalyasiyası müəyyən olunmuşdur. Beləliklə, X15 tibbi vəziyyəti daha da ağırlaşmışdır. Bu tibbi müayinələrdən sonra 87 yaşlı ixtiyar şəxs hər hansı bir gözəgörünməz təsadüf nəticəsində gözü açılır, imza icra edir ve daha sonra isə gözləri bağlanır, anlaqsız şəxs olur. Bu isə absurd olan bir şeydir yəni dünyada analoqu olmayan bir hadisə baş verməlidir ki, gözündən mahrum olan şəxsin gözlərinin ani bir vəziyyatdə imza zamanı açılaraq, təkrar tutulması mümkün olmayan birşeydir. Həmçinin bu əməliyyat aparılarkən X15 digər vərəsələri bu əməliyyatda iştirak etməyiblər. Daha sonra İddiaçı2 iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizə verən zaman ərizənin xahiş etdi hissəsində texniki səhvlik edərək X15 vərəsələri kimi X11 adını qeyd etməmişdir. X15 vərəsələri kimi X6 adının ərizənin xahiş etdi hissəsində qeyd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər iddiaçılar İddiaçı1 İddiaçı3 və X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər X16, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh X16 iddia ərizəsinə etirazını məhkəməyə göndərmişdir. Məhkəmə digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə İddiaçı2 izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25.*8.2*2*-ci il tarixli Arayışdan görünür ki, X23 *7.*1.2*2*-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş № 5235 nömrəli 3*.11.2**6-cı il tarixli X13 görünür ki, X19 İ dərəcəli əlillik dərəcəsi verilmişdir. Əlillik səbəbi ümumi xəstəlik , gözdən əlil kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə Rayon İcra Hakmiyyəti Başçısının 216№li 19.11.213-cü il tarixli Sərəncamından görünür ki, Bərdə rayon İcra Hakimiyyətinin başçısı yanında Qayyumluq və Himayəçilik komissiyasının X23 ixtiyar qoca və xəstə olduğuna görə nəvəsi Elnur İbrahimovun onun üzərində patron (köməkçi) təyin olunması barədə qərarı təsdiq edilmiş, Elnur İbrahimova patron (köməkçi) təyin edildiyi babası Sabir Salahovun qanunla müəyyən olunmuş hüquqlarını təmin etməsi tapşırılmışdır. İş materiallarına əlavə olunmuş 2*.*4.2*18-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsindən görünür ki, X23 mülkiyyətində olan Bərdə şəhər Səməd Vurğun küçəsində döngə 6-da mülkiyyətində olan *.*6 ha torpaq sahəsində 7 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 56.3 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan otaqlı fərdi yaşayış sahəsini X14 bağışlamışdır. İş materiallarına əlavə olunmuş Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X3, İddiaçı3 və İddiaçı2 cavabdehlər X14, Bərdə "ASAN xidmət" Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Mkomitəsi yanında DƏDRX-in ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair cavabdeh X2* ilə bərabər X23 arasında Bərdə "ASAN xidmət" Mərkəzində bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilma tələbinə dair iddiaları rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsindən görünür ki, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamış, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(1*2)/67/22 nömrəli 18.*1.2*22-ci il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsindən kassasiya şikayəti verilmiş, lakin kassasiya şikayəti təmin olunmamış, Gəncə Apellyasiya Məhkəməsinin 25.*5.2*21-ci il tarixli 2(1*4)7*2/2*21 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *2.12.2*22-ci il tarixli Arayışdan görünür ki, X23 ilə X4 nikah haqqında 22.*6.1953-cü il tarixdə 561№li akt qeydi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 1** manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, X23 mülkiyyətində olan Bərdə şəhər Səməd Vurğun küçəsində döngə 6-da mülkiyyətində olan *.*6 ha torpaq sahəsində 7 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 56.3 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan otaqlı fərdi yaşayış sahəsini 2*.*4.2*18-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsinə əsasən X14 bağışlamışdır. İddiaçılar X3, İddiaçı3 və İddiaçı2 cavabdehlər X14, Bərdə "ASAN xidmət" Mərkəzinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Mkomitəsi yanında DƏDRX-in ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair cavabdeh X2* ilə bərabər X23 arasında Bərdə "ASAN xidmət" Mərkəzində bağlanmış bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Tərtər Rayon Məhkəməsinin 29.*6.2*2*-ci il tarixli 2(*61)194/2*2* nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin olunmamışdır. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı2 Ali Məhkəmənin MK-nın qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayəti üzrə KM-nin icraatına qəbul edilməməsi barədə Konstitusiya Məhkəməsi Palatasının 16 .*1.2*23-cü il tarixli qərardad qəbul edilmişdir. Hazırda iddiaçılar X15 vərəsələri kimi tanınmalarını və Bərdə şəhər Səməd Vurğun küçəsində döngə 6-da mülkiyyətində olan *.*6 ha torpaq sahəsində 7 ünvanında yerləşən ümumi sahəsi 85.1 kv.m, yaşayış sahəsi 56.3 kv.m, yardımçı sahəsi 28.8 kv.m olan otaqlı fərdi yaşayış sahəsinin vərəsələr arasında bölünməsini və X12 həmin mənzildən çıxarılmasını tələb edirlər. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbləri təmin oluna bilməz. Belə ki, nə qədər ki, mübahisəli mənzil X12 mülkiyyətindədir onun mülkiyyət toxunulmazlıq hüququ vardır. Həmçinin həmin mənzilə dair bağışlama müqaviləsinin və həmin müqavilə əsasında DƏDRX-in Bərdə rayon Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi yuxarıda göstərilən məhkəmə qərarları ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-cü maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən fərdi yaşayış evi qeyri-qanuni tikili olması faktı mübahisəsizdir. Buna görə də iddia tələbi əsasızdır və təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 1*6.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-22*, 227, 233 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X3 cavabdehlər X1*, Bərdə Regional “ASAN Xİdmət Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “ mənzildən çıxarılma, vərəsə kimi tanınma və əmlakın vərəsələr arasında bölünməsi ” tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-452/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-452/2023
22.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver