Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-454/2023 18.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi, vəkili və nümayəndəsi X16, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs qarşı miras qalmış əmlakın vərəsələr arasında bölünməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Maraqlı şəxs ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi qarşı mirası qəbul etdiyi üçün vərəsə kimi tanınması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs qarşı miras qalmış əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Maraqlı şəxs ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi qarşı mirası qəbul etdiyi üçün vərəsə kimi tanınması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Yeni Əyricə kənd sakinidir, atası X31, anası isə X2r. Onlar 3 uşaq olmuşdur. X50 29 aprel 2010-cu il tarixdə, anası Səxavət Yusibova isə 28 noyabr 2012-ci il tarixdə, bacısı X17 isə 24 noyabr 2015-ci ildə vəfat etmişdir. Atası və anası vəfat etməmişdən öncə onların xüsusi mülkiyyətlərində ünvan 1 ünvanında 0.16 ha həyətyanı torpaq sashəsi və 2.70 ha pay torpaq sahəsi var. Qeyd etdiyi 0.16 ha torpaq sahəsində atası və anası vəfat etməmişdən öncə fərdi yaşayış evi tikmişlər və orda yaşamışlar. Atası və anası vəfat etdikdən sonra o, da fərdi yaşayış evində qalmış və torpaq sahəsindən istifadə etmişdir. Həmçinin hazırda qeyd etdiyi ünvan 1ində yerləşən 2.70 ha pay torpaq sahəsini o, ailə üzvləri vəfat etdikdən sonra yararlı hala salaraq istifadə etmişlər. Hal-hazırda o, həyətyanı torpaq sahəsi və pay torpaq sahəsini rəsmi olaraq adına sənədləşdirmək istəyir. Lakin hazırkı iş üzrə cavabdeh kimi qeyd etdiyi qardaşı torpaq sahəsini adına sənədləşdirməkdən imtina edir. Cavabdeh Maraqlı şəxs onunla birlikdə Asan Xidmət Mərkəzinə gedərək torpaq sahələrin vərəsələr arasında bölünməsi üçün imza etməsini bildirsə də, cavabdeh onunla razılaşmayaraq torpaq sahəsində onun da payının olduğunu bildirir. Bunun üçündə məhkəməyə müraciət edərək bildirmək istəyir ki, miras qalmış Yeni Əyricə kəndində yerləşən 0.16 ha həyətyanı torpaq sahəsi və ünvan 1ində yerləşən 2.70 ha pay torpaq sahəsi vərəsələr arasında bölünsün ki, onun torpaq sahəsi verilsin. Dövlət aktlarını daşınmaz əmlakdan tələb etdikləri zaman verməkdən imtina edirlər. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Maraqlı şəxs qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, cavabdeh ilkin iddiaçı X27 ona qarşı Bərdə Rayon Məhkəməsində miras qalmş əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddaa veribdir. Məhkəmə baxışı 07 fevral 2023-cü il tarixə, saat 10.15 -ə təyin edilmişdir. Ona qarşı verilən idda ilə razı deyil. Çünki idda ərizəsində göstərilir ki, güya miras bölünməlidir, halbu ki, iddaçı 2004-ildən ailə həyatı qurub, həmin ildən ailədə yaşamayıb, ona aid əmlak pay torpaqını isə özünə verib, özü istifadə edir. Nə vaxt sənədləşdirmək istəsə 48 sotu adına sənədləşdirməkdən etiraz etməyib və etmir. Atası 2010-cu ildə, anası isə 2012-ci ildə vəfat edib, bacısı isə 2015-ci ildə vəfat edib. Atası, anası və bacısı onun yanında olub, onlarla birgə yaşayıb, onların bütün dəfn xərcini o, qarşılayıb. Onlar vəfat edəndən sonra evdən, əmlakdan, pay torpağından o, istifadə etmişdir. Hazırda da istifadə edir. İddiaçı prosessual müddəti keçirməklə bahəm heç vaxt mirası qəbul etməyib, onun ayrı evi var və 2004-cü ildən də ayrı yaşayır. Valideynləri, bacısı öləndə dəfn mərasimində də iştirak etməyib. Buna görə də iddianı qəbul etmir, ilkin iddianın bütünlüklə rədd edilməsini, onun vərəsə kimi tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi vəkili və nümayəndəsi X32 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh Maraqlı şəxs qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etdi. Əlavvə olaraq bildirdi ki,onlara ailə üzvlərinə cəmi 2.70 ha pay torpaq sahəsi verilib, hər birinə iddiaçı da daxil olmaqla 0.54 ha torpaq sahəsi düşüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X33 izahatında göstərmişdir ki, tərəflərin hər ikisini tanıyır, bacı qardaşdırlar. Özü də yeni Əyricə kəndində yaşayır, tərəflərin valideynləri vəfat edib. Hələ onlar vəfat etməmişdən iddiaçı Ərizəçi 2004-cü ildə ailə qurub və həmin vaxtdan da valideynlərindən ayrılıb, özünün ayrı evi var. Maraqlı şəxs isə valideynlərinin və bacısının vəfatından əvvəl onlarla birlikdə yaşayıb, onların bütün dəfn və yas mərasimini təşkil edib. Mirası da qəbul edib, bu vaxtda qədər miras onun istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X41 izahatında göstərmişdir ki, Bərdə rayonu Yeni Əyricə kəndində yaşayır. Maraqlı şəxs valideynləri və bacısı vəfat edənə qədər onunla yaşayıblar. Vəfat edərkən bütün dəfn və yas xərcini o, çəkib. Onların vəfatından sonra da onlardan miras qalmış evdən əmlakdan, pay torpağından istifadə edib. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1976-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE 15312757 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X33 09 dekabr 1954-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarında olan Seriya AZE 15211060 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X41 02 noyabr 1966-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Yeni Əyricə kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 879 saylı, 01 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X7 rayonu Yeni Əyricə kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3645 nömrəli, 31 oktyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, X18 adına Bərdə rayonu, yeni Əyricə kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0.16 ha həyətyanı torpaq sahəsi və 2.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsində aşkar edilmişdir. İş materiallarında olan ollan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 886 saylı, 03 noyabr 2022-ci il tarixli arayşdan müəyyən olunur ki, mərhum X31 və X5 vəfat edəndən sonra onların ailə üzvləri X28 və X25 qalmışdır. İş materiallarında olan AZ-İ 735511 nömrəli arayışdan müəyyən olunur ki, X17 24 noyabr 2015-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 939 nömrəli, 24 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X25 2004-cü ildə ərə getmişdir. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 938 nömrəli 24 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 və X1 dəfn xərclərini X28 çəkmişdir. İş materiallarında olan X28 tərəfindən iddiaya qarşı verilmiş etirazda iddia tələbinin təmin edilməməsini, mirasın onun tərəfindən qəbul edilməsi göstərilmişdir. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2015-ci il tarixli, AZ-1735511 nömrəli ölüm haqqında arayışdan müəyyən olunur ki, X17 24 noyabr 2015-ci ildə beyniə qansızmadan ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1367 nömrəli, 01 dekabr 2015-ci il tarixli arayışdan müəyyən olunur ki, X10 dəfn xərclərini qardadşı X28 çəkmişdir. İş materiallarında olan Bərdə rayonu, Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 958 nömrəli, 28 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X5 və Zahid, bacısı X17 ilə birgə yaşamışdırlar, bütün dəfn xərclərini X28 tərəfindən qarşılanmışdır. Onlara aid ev və həyətyanı torpaq, əmlak pay torpağı hazırda da X28 tərəfindən istifadə edilir. Bacısı Ərizəçi isə 2004-cü ildən ailə həyatı quraraq hazırda da ər evində yaşayır. İş materiallarında olan AZ-İ 409468 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 29 aprel 2010-cu ildə ölmüşdür. İş materiallarında olan AZ-İ536271 nömrəli arayışın surətindən müəyyən olunur ki, X6 12 oktyabr 2012-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 735511 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 24 noyabr 2015-ci ildə ölmüşdür. İş materiallarında olan JN 297 KOD 61006018 Dövlət aktının surətindən müəyyən olunur ki, X18, X3, X12, X10 və X11 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 saylı qərarı ilə 2.70 ha kənd təsərrüfatı istehsalı üçün pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan 26 avqust 1968-ci il tarixli, 7 saylı evlənmə aktının qeydinin surətindən müəyyən olunur ki, X34 ilə X8 rəsmi olaraq evlənmişlər, evləndikdən sonra arvada Yusibova soyadı verilmişdir. İş materiallarında olan 22 oktyabr 1974-cü il tarixli, 51 saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X19 14 oktyabr 1974-cü ildə doğulmuşdur, atası X34, anası X4r. İş materiallarında olan 20 avqust 1971-ci il tarixli, 38 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 06 avqust 1971-ci ildə doğulmuşdur, atası X34, anası X4r. İş materiallarında olan 25 sentyabr 1976-cı il tarixli, 34 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X26 xx xxxxxxxx 1976-cı ildə doğulmuşdur, atası X34, anası X4r. İş materiallarında olan 02 iyun 2005-ci il tarixli, 304 nömrəli nikah haqqında akt qeydinin ssurətindən müəyyən olunur ki, X28 və X20 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan 27 oktyabr 2005-ci il tarixli, 734 nömrəli nikah haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X35 ilə X25 rəsmi nikah qeydiyyatından keçməklə evləniblər. İş materiallarında olan 13 may 2010-cu il tarixli, 16 nömrəli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X31 29 aprel 2010-cu ildə ölmüşdür. İş materiallarında olan 01 noyabr 2012-ci il tarixli, 23 nömrəli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X9 12 oktyabr 2012-ci ildə ölmüşdür. İş materiallarında olan 01 dekabr 2015-ci il tarixli, 29 nömrəli ölüm haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X21 24 noyabr 2015-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İ 065697 nömrəli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs 06 avqust 1971-ci ildə doğulmuşdur, atası X34, anası X4r. İş materiallarında olan AZ-364217 nömrəli arayışdan müəyyən olunur ki, X26 xx xxxxxxxx 1976-cı ildə doğulmuşdur, atası X34, anası X4r. İş materiallarında olan AZ-409468 nömrəli arayışdan müəyyən olunur ki, X29 29 aprel 2010-cu ildə ölmüşdür. İş materiallarında olan 13 iyul 2022-ci il tarixli, 848-05/69 nömrəli arayışdan müəyyən olunur ki, X9 23 noyabr 2012-ci ildə ölmüşdür. Məhkəmə verilmiş ilkin iddia və qarşılıqlı iddiaya münasibətdə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin 152.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər bacı-qardaşdır. Mübahisələndirilən əmlak valideynlərindən miras qalmışdır, valideynləri və bacıları vəfat edənə qədər cavabdeh Maraqlı şəxs ilə yaşamışlar. Onların vəfatından sonra bütün miras əmlakı Maraqlı şəxs qəbul edərək idarə etmişdir. Taliyə Yusibova 2004-cü ildə ailə qurub, bu ailədən ayrılmışdır. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə iki mühüm aspektdən yanaşmışdır. Birinci aspekt ondan ibarətdir ki, məhkəmə iclas zalında ilk iddia üzrə iddiaçı X30 bildirdi ki, qardaşı valideynlərindən qalmış miras əmlkaı idarə edir. Ümumi birgə torpaqdan isə yalnız onun payı ayrılıb verilmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi əsaslarının ikinci aspekti kimi onu qeyd etməyi zəruri hesab edir ki, ilk iddiaçının atası X31 29 aprel 2010-cu il tarixdə, anası X9 28 noyabr 2012-ci il tarixdə, bacısı X17 isə 24 noyabr 2015-ci il tarixdə ölmüşlər. Atasının ölümündən 13 il, anasının ölümündən 11 il, bacısının ölümündən isə 08 il keçəndən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək valideynlərindən və bacısından miras qalmış əmlakların vərəsələr arasında bölünməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən bu halları əsas gətirərək iddia təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə verilmiş qarşılıqlı iddiaya münasibətdə qeyd etmək istəyir ki, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs mərhum X5, X31 və X17 ilə birgə yaşamışdır. Bütün dəfn xərclərini X28 tərəfindən qarşılanmışdır. Onlara aid ev və həyətyanı torpaq, əmlak pay torpağı hazırda da X28 tərəfindən istifadə edilir. Bu fakt məhkəmə araşdırılması dövründə proses iştirakçıları və şahidlər verdikləri izahatlarla və iş materiallarında olan digər sənədlərlə təsdiq edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən ilkin iddia tələbi təmin edilmədiyindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyindən isə ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi alınaraq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs qarşı miras qalmış əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Maraqlı şəxs anası X1, atası X31 və bacısı X10 vərəsəsi kimi tanınsın. İlkin iddia tələbi təmin edilmədiyindən ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qarşılıqlı iddia təmin edildiyindən ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh Ərizəçi alınaraq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Maraqlı şəxs verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-454/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-454/2023
18.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver