Məhkəmə qərarları › İş №2(021)-4564/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4564/2025

10.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4564/2025 10.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması və ayrılmış paydan cavabdehlərin çıxarılması” tələbinə dair mülki işə 10 dekabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 18 nömrəli qərarı ilə ayrılmış və JN: 0094, KOD: 61000038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında X3, X1, X2, Cavabdeh1 və İddiaçı ümumi (birgə) mülkiyyəti olmaqla Bərdə rayonu Yeni Daşkənd kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən onun payı olan 0.28 ha hissəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilməklə naturada ayrılmasına və ayrılmış torpaq payından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmasına, iddia ərizəsinə baxılması üçün ödədiyi dövlət rüsumu 100 (yüz) manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanılması və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin baxılmamış saxlanılmasına etiraz etmədiklərini bildirdilər. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0-11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra cavabdeh ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddia tələbi baxılmamış saxlanıldığından ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması və ayrılmış paydan cavabdehlərin çıxarılması” tələbi barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar