Məhkəmə qərarları › İş №2(021)-458/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-458/2023

20.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-458/2023 20.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onu xx xxxx *967-ci il tarixdə Ermənistanın Mardakert rayonu, Çərəktar kəndində anadan olması, atası X*4, anası X2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx *967-ci il tarixdə Ermənistanın Mardakert rayonu, Çərəktar kəndində anadan olmuşdur, atası X*4, anası X*r. O, anadan olduuğu zaman valideynlər ona Mardakert rayonundan doğuum haqında şəhadətnamə almışlar. O, həmin doğum haqında şəhadətnamə ilə orta məktəbə getmişdir. Lakin naməlum səbəblərdən doğum haqqında şəhadətnaməsini itirmişdir və heç bir zaman şəxiyyət vəsiqəsi almamışdır. SSRİ pasportu olmuşdur və həmin pasport ilə rəsmi olaraq ailə həyatı qurmuşdur, birgə nikah dövründə övladları anadan olmuşdur. Hazırda bir çox səndlərin hazırlanmasında ondan şəxsiyyət vəsiqəsini tələb edirlər. Lakin şəxsiyyət vəsiqəsi olmadığı üçün səndlərin hazırlanmasında çətinliklər yaranır. Bu isə ona bir sıra problemlər yaradır. Şəxsiyyət vəsiqəsi almaq üçün isə Bərdə regional Asan Xidmət Mərkəzinə müraciət etdikdə isə ondan doğum haqqında şəhadətnaməni istəyirlər. Hazırda ona şəxiyyət vəsiqəsi almaq üçün doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, orda isə ona bildirirlər k, o, doğum akt qeydi ilə əlaqədar Qeydiyyat Şöbəsində heç bir məlumat yoxdur və bunun üçündə məhkəməyə müraciət etməyi məsləhət görülür. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstətmişdir ki, Ərizəçi ilə qonşu olmaqla, eyni kənddə yaşayırlar. Onun sənədləri Mardakert rayonunda qalmışdır. SSRİ pasportu olmuşdur, həmin SSRİ pasportu ilə ailə qurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərmişdir ki, Ərizəçi onun anasıdır. Anasının doğum haqqında şəhadətnaməsi itibdir. İndi şəhadətnamə lazım olduğu üçün məhkəməyə müraciət ediblər. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 0* avqust *994-cü ildə doğulmuşdur. İş materiallarında olan AA *57***0 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən oluunur ki, X*0 22 aprel *985-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 03*38627 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 0* iyuul *935-ci ildə Ağcəbədi rayonu, Mehrablı kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon, Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, JQ 492600 nömrəli arayışdan müəyyən olunur ki, X6 0* avqust *994-cü ildə doğulmuşdur, atası X7, anası Ərizəçidır. İş materiallarında olan Bərdə rayon, Kətəlparaq kənd inzbati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *028 nömrəli, 0* noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi, Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 496359 nömrəli, 02 noyabr 2022-ci il tarixli çıxrışdan müəyyən olunur ki, X7 ilə Ərizəçi *8 aprel *990-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan XXİ-JQ 5*7507 nömrəli Sovet Sosialist Respublikaları İttifaqı Vətəndaşının pasportundan müəyyən olunur ki, Ərizəçi xx xxxx *967-ci ildə Ermənistanının Mardakert rayonu, Çərəktar kəndində anadan olmuşdur. İş materiallarında olan *8 aprl *990-cı il tarixli, *7 nömrəli nikahın bağlanılması haqqıda akt qeydinin surətindən müəyyən olunur ki, X** ilə Ərizəçi rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan 2* nömrəli, 25 mart *997-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X8 05 mart *997-ci ildə doğulmuşdur, atası X7, anası Ərizəçidır. İş materiallarında olan 58 nömrəli, *6 avqust *992-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X5 *0 iyul *992-ci ildə doğulmuşdur, atası X7, anası Ərizəçidır. İş materiallarında olan 58 nömrəli, *6 avqust *992-ci il tarixli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X9 *0 iyun *992-ci ildə doğulmuşdur, atası X7, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli, 667-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi xx xxxx *967-ci il tarixində Ermənistan Respublikasının Mardakert rayonunun Çərəktar kəndində anadan olması, valideynlərinin X*4 və X2 olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilisin. Ərizəçi xx xxxx *967-ci il tarixində Ermənistan Respublikasının Mardakert rayonunun Çərəktar kəndində anadan olması, valideynlərinin X*4 və X2 olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar