Məhkəmə qərarları › İş №2(021)-460/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-460/2022

08.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-460/2022 08.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyytli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək Bərdə rayonu, Hüseynalılar kənd sakini olmuş 15 sentyabr 1985-ci ildə ölmüş X8 babası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1997-ci il təvəllüdlüdür, Bərdə rayonu, Hüseynalılar kənd sakinidir. X3 26 noyabr 2006-cı il tarixdə vəfa etmişdir. Atasının atası (babası)-X17 16 sentyabr 1985-ci ildə ölmüşdür.X1 bir qardaşı və bir bacısı olmuşdur, onlar ailə hətyatı qurmamışlar. X14rdaşı X19 10 may 2019-cu ildə ölmüşdür, bacısı X18 isə 19 noyabr 2020-ci ildə ölmüşdür. X1 ölümündən sonra yeganə vərəsəsi odur. Süleyman Dadaşovun onun babası olması faktı müəyyən edilmədiyindən problemlərlə üzləşmişdir. Bu səbəbdən də babasından qalmış miras əmlaka sahib çıxa bilmir. Odur ki, Bərdə rayonu, Hüseynalılar kənd sakini olmuş 15 sentyabr 1985-ci ildə ölmüş X8 onun babası olması faktının müəyyən edilməsinə dair məhkəmə aktın ehtiyacı vardır. Məhkəmə iclasında Ərizəçi oğlu ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs2nə və Bərdə regional Asan Xidmət Mərkəzində notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs2 nümayəndəsinin, Bərdə regional Asan Xidmət Mərkəzində notariat kontorunun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X9 bildirmişdir ki, Ərizəçi dayısıdır. Hikmətin babası X17 16 sentyabr 1985-ci ildə vəfat etmişdir, onların qohumluq faktı müəyyən edilmədiyindən Ərizəçi babası X4 miras qalmış əmlaka sahib çıxa bilmir. Məhkəmə iclasında şahid qismində izahat verən X22 bildirmişdir ki, Ərizəçi ilə həmkəndli olmaqla, uzun illərin qonşusudur, Emilin atasını, babasını yaxşı tanıyır, atası Hikmətin atası X17 16 sentyabr 1985-ci ildə vəfat edib, Süleyman Dadaşovun bir bacısı və bir qardaşı olub, onlar ailə qurumayıblar.Ərizəçi oğu ilə X17 arasında olan qohumluq faktı müəyyən edilmədiyindən o, babasından qalan miras əmlaka sahib çıxa bilmir, X2 Emilin atsı X5 atasıdır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1997-ci ildə doğulmuşdur, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 17728430 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X22 26 mart 1968-ci ildə Bərdə rayonu, Hüseynalılar kəndində doğulmuşdur, Bərdə rayonu, Qaradırnaq kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 13197253 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 23 iyun 1960-cı ildə Bərdə rayonu Mustafaağalı kənində doğulmuş, Bərdə rayonu, Hüseynalılar kəndində qeydiyyatdadır. İş materiallrında olan Bərdə rayonu, Hüseynalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 526 nömrəli, 19 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi, ünvan 1ində yaşayır. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 527 nömrəli,19 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Hüseynalılar kənd sakinləri 21 noyabr 2000-ci ildə vəfat etmiş X18 və 10 may 2019-cu ildə vəfat etmiş X12 övladları olmamışdır, hər ikisi subay olmuşdur. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 530 nömrəli 22 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki,X17 həqiqətən Ərizəçi ata basıdır. İş materiallarında olan İ-BQ 823137 nömrəli, 28 noyabr 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyən olunur ki, X13 26 noyabr 2006-cı il tarixdə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 516 nömrəli 16 noyabr 2021 nömrəli arayışdan müəyyən olunur ki,X18 vəfat edənə kimi ünvan 1ində yaşayırb, ailə üzvüləri qardaşı X19, aqrdaşı nəvəsi Ərizəçi ibarət olub. İş materiallarında olan Bərdə rayonu, Hüseynalılar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş 515 nömrəli 16 noyabr 2021 nömrəli arayışdan müəyyən olunur ki, X19 vəfat edənə kimi ünvan 1ində yaşayırb, ailə üzvləri qardaşı nəvəsi Ərizəçi ibarət olub. İş materiallarında olan Bərdə regional Asan Xidmət Mərkəzində Notariat Kontoru tərəfindən verilmiş 2246/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli məktublar Ərizəçi X10 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün X19 ilə qohumluq əlaqələrini təsdiq edən sənəd olmadığından qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır, bununla ağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdr. İş materiallarında olan Bərdə regional Asan Xidmət Mərkəzində Notariat Kontoru tərəfindən verilmiş 2247/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli məktublar Ərizəçi X6 miras qalmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün X18 ilə qohumluq əlaqələrini təsdiq edən sənəd olmadığın-dan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır, bununla bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdr. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli, 288552 nömrəli arayışdan müəyyən olunur ki, X17 16 sentyabr 1985-ci ildə Bərdə rayonu Hüseyn-alılar kəndində ölmüşdür. İş materallarında olan 22 noyabr 2021-ci il tarixli, 572267 nömrəli arayışdan müəyyən olunur ki, Dadaşova Zenfira Məcid qızı 29 noyabr 2000-ci ildə ünvan 1ində olmuşdur. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli 112405 nömrəli arayışdan müəyyən olunur ki, Dadaşov Hikmət Süleyman oğlu 28 iyul 1966-cı ildə doğulmuşdur, atası Dadaşov Süleyman Məcid oğlu, anası X7r. İş matüriallarında olan JN 0068, KOD 61004018 olan Dövət aktının surətindən müəyyən olunur ki, X11, Dadaşov İbrahim Məcid oğluna Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli 10 nömrəli qərarı ilə ünvan 1ində 1.15 hektar pay torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilənşəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X8 Ərizəçi babası olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən,məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X8 Ərizəçi babası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar