Məhkəmə qərarları › İş №2(021)-461/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-461/2023

15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-461/2023 15.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 29.**.*952 ci il tarixdə verilmiş AZ İİİ No 648*42 saylı doğum şəhadətnaməsində ata qrafasında mərhum atasının X2 olması faktının təsdiq edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X** mərhum anası X*2 ilə ailə həyatı qurmuşdur. Valideynləri ailə qurarkən nikahları olmamış ona görə də doğum haqqında AZ İİİ No 648*42 saylı şəhadətnaməsinin ata qrafasında ata adı, soyadı qeyd edilməmişdir. Valideynləri 23.04.*962-ci ildə Bərdə rayonun Mehdixanlı icra nümayəndəliyi tərəfindən rəsmi nikah qeydiyyatından keçmişdirlər. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, atasının X** olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*952-ci il tarixdə Həsənqaya kəndində anadan olmuşdur. Həsənqaya şəhərində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Mehdixanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən 26.*2.20*5-ci il tarixdə verilmiş AZ-İİİ № 648*42 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmş surətindən görünür ki, Ərizəçi xx.xx.*952-ci il tarixdə Həsənqaya kəndində anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X* qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X8 tərəfindən verilmiş *3.*2.2022-ci il tarixli məktubda qeyd olunur ki, Ərizəçi Bərdə rayon Mehdixanlı kənd İ.N tərəfindən 29.**.*952-ci il tarixli 92 saylı doğum haqqında akt qeydi tək ana ərizəsi əsasında qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X8 tərəfindən verilmiş *7.06.2022-ci il tarixli Arayışdan görünür ki, X** ilə X3 nikahı haqqında 23.04.*962-ci il tarixdə Bərdə rayon Mehdixanlı icra nümayəndəliyi tərəfindən 24 №li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X8 tərəfindən verilmiş 02.**.2022-ci il tarixli Arayışdan görünür ki, X** 3*.*0.*974-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN Xidmət” X8 tərəfindən verilmiş 02.**.2022-ci il tarixli Arayışdan görünür ki, X*2 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçisinin Həsənqaya kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 86 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum X2 aşağıdakı ailə üzvləri var: X5, Ərizəçi, X6, X7, X4, X*3 ( vəfat edib) , X*4 (vəfat edib) İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 25 saylı *3.02.2023-cü il tarixli arayışda qeyd olunur ki, X2 ailə tərkibi aşağıdakı qaydada qeyd olunub: X**- ailə başçısı X*2- arvadı X9-qardaşı arvadı X*5-qardaşı qızı, X5- qızı, Ərizəçi- qızı, X*3- oğlu, X*0- qızı, X*4- oğlu. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş *3 saylı *9.0*.2023-cü il tarixli arayışda qeyd olunur ki, Ərizəçi ailə tərkibi aşağıdakı qaydada qeyd olunub: X**- ailə başçısı, X*2- arvadı, X9-qardaşı arvadı, X*5-qardaşı qızı, X5qızı, Ərizəçi- qızı, X*3- oğlu, X*0- qızı, X*4- oğlu. Məhkəmə iclasında şahid qismində iştirak edən X*6 Ərizəçi həmkəndlisi olduğunu bildirərək, onun, atasının X** olması faktını təsdiq etdi. İş materiallarına əlavə olunmuş fərdi uçot kartoçkasının surətindən görünür ki, Ərizəçi ata adı Ələsgər Babayev kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 658-05\*5 saylı 3*.*0.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi doğum akt qeydinin müəyyən edilməsi üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmdə iddia qaldırılması üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki Ərizəçi atası X** olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi atasının X** olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin **9-cu maddəsinə əsasən ödənilmiş *00 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi atasının X** olması faktı müəyyən edilsin. Ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar