Məhkəmə qərarları › İş №2(021)-464/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-464/2024

12.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-464/2024 12.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X3 məhkəmə iclas kаtibliyi, ərizəçinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı “faktın müəyyən olunması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 ilə X1 faktki nikah münasibətləridən Bakı şəhərində dünyaya gəlmiş 24 avqust 2020-ci il təvəllüdlü Hüseynin anadan olması faktının, doğum aktı qeydində ata və ana qrafasında qeyd edilməklə X2 atası olması və X6 Qıznın isə anası olmasının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işi məhkəmədə yenidən iddia qaldırmağı üçün məhkəməyə təqdim etdiyi sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, ərizəçinin ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi MPM-nin 259.0.11-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinə qarşı “faktın müəyyən olunması” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər ərizəçiyə geri qaytarılsın. Qərardad tərəflərə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar