Məhkəmə qərarları › İş №2(021)-4648/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4648/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4648/2025 11.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat Ofisinə qarşı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, onun mərhum əri X5 və mərhum qaynanası X9 vərəsəsi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin əsası Ərizə onunla əsaslandırılmışdır ki, o şəhid anasıdır. Mərhum əri X17 və mərhum qaynanası X19 vəfat etmişlər. Bildirir ki Məmməd və Qaynanam Əzət ilə uzun illər Bərdə şəhəri, İ.Qayıbov küçəsi 96 nömrəli evdə yaşamışlar. Əri və qaynanası Əzət Bərdə rayon Bərdə şəhər qəbiristanlığında dəfn olunmuşdur. Hazırda mərhum qaynanası Əzətdən miras qalmış evdə yaşayır və faktiki olaraq mirası qəbul etmişlər. O, qaynanası X6 onlara miras qalmış evi adına rəsmiləşdirmək istəyir. O, mərhum əri Məmmədin və mərhum qaynanası Əzətin ölümündən sonra vərəsəlik şəhadətnaməsi almamışdır. Lakin hazırda mərhum qaynanasından onlara miras qalmış evi adlarına sənədləşdirmək istəyirlər. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün Bərdə Asan Xidmət Mərkəzinin Notariat ofisinə müraciət etmişdir. Lakin ona imtina verərək bildirmişlər ki, uzun müddət keçdiyindən vərəsəlik olduğu yerin məhkəməsində məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhum həyat yoldaşı X5 və mərhum qaynanası X9 vərəsəliyi ilə bağlı ötürülmüş müddətin üzrlü hesab edilməsi ilə bağlı ərizənin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi X20 ərizəsini müdafiə etdiyini və təmin edilməsini xahiş etdiyini bildirdi. Maraqlı şəxs Bərdə Regional “Asan xidmət” mərkəzində notariat ofisi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak etməməklərini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AZE seriyalı 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1942-ci il tarixdə Ağcabədi rayonu Xəlfərəddin kəndində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. 020573 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi şəhid ailəsi statusuna malikdir. xx.xx.2025-ci il tarixli 427-05/69 sayıə arayışdan görünür ki, X19 xx.xx.1990-cu il tarixdə Bərdə rayonunda xroniki qan damar çatmamazlığı nəticəsində ölmüşdür. xx.xx.2025-ci il tarixli 691-05/69 saylı aktdan görünür ki, X17 xx.xx.1936-cı il tarixdə Ermənistan Respublikası, Paşalı rayon, Axta kəndində anadan olmuşdur. X1, anası X19 olmuşdur. xx.xx.2018-ci il tarixli 971780 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1992-ci il tarixdə həlak olmuşdur. xx.xx.2025-ci il tarixli 443-05/69 saylı arayışdan görünür ki, X24 xx.xx.1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X4, anası X7r. xx.xx.1985-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, hüquq sahibi X15r. xx.xx.2014-cü il tarixli 2(021)-1435 saylı Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizəçi X10 atası X5 11 yanvar 1936-cı ildə Ermənistan Respublikası, Əzizbəyov rayonu anadan olmasına dair doğum akt qeydinin aparılması, doğum akt qeydi aparılarkən ata qrafasında atasının X11, ana qrafasında isə anasının X2 qeyd olunması faktı müəyyən edilməsi qət edilmişdir. xx.xx.2014-cü il tarixli 264 saylı qərar çıxarışından görünür ki, Hüseynova Əzətə 0.06 ha torpaq sahəsi verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 3754/2025 saylı məktubdan görünür ki, 22 avqust 2007-ci ildə vəfat etmiş ünvan 2 ünvanında qeydiyyatda olmuş əri X3 qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 18 noyabr 2025-ci il tarixdə ərizə ilə Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir . Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür.Odur ki, mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli 3753/2025 saylı məktubdan görünür ki, 23 avqust 1990-cu ildə vəfat etmiş ünvan 3 ünvanında qeydiyyatda olmuş qayınanası X6 qalmış mirasın qəbul edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 18 noyabr 2025-ci il tarixdə ərizə ilə Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür. Odur ki, mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli 860266 saylı Asan-Bərdə orqanının verdiyi arayışdan görünür ki, Ərizəçi Ağcabədi rayonu Xəlfərəddin kəndində anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli X25 ilə X12 arasında xx.xx.1959-cu il tarixdə Bərdə rayonu Qeydiyyat şöbəsində 127 saylı akt qeydi ilə nikah tərtib olunmuşdur. AZE seriyalı 13197405 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 xx.xx.1963-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 856534 saylı etibarnamədən görünür ki, Ərizəçi X16 etibarnamə üzrə səlahiyyətlər vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MM-nin : 1248.1. maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən miras əmlak Ərizəçi tərəfindən qəbul edilərək faktiki sahiblik hüquqları realizə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi tərəfindən X6 və X3 miras qalan əmlaklara dair qanunla müəyyənləşdirilmiş ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinın üzərinə düşür. Göründüyü kimi, Ərizəçi tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanun. 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Ərizəçi şəhid ailəsi üzvü olduğundan, həmin kateqoriyaya daxil olan şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən X6 və X3 miras qalan əmlaklara dair qanunla müəyyənləşdirilmiş ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar