Məhkəmə qərarları › İş №2(021)-466/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-466/2021

17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-466/2021 17.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi X6 iştirakı ilə, Ərizəçi X6 maraqlı şəxs Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi X11 maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxxx 1966-cı il təvəllüdlü Bərdə rayon kənd sakini X11 olmağı faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi X11 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1966-cı ildə Bərdə rayon Zümürxan kəndində anadan olmuşdur. Ailəlidir, 2 uşaq atasıdır. O, doğum haqqında şəhadətnamənin əsli olmadığından Azərbaycan Respublikası vətəndaşlığı şəxsiyət vəsiqəsini ala bilmir. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra ərizəçi X11 ərizəsinə dəqiqləşdirmə verərərk, onun xx.xx.1966-cı ildə Bərdə rayon Zümürxan kəndində anadan olması, atasının X12, anasının isə X10 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X11 ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçisinin Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 347 saylı, 23.11.2020-ci il tarixli arayışdan görünür ki, X11 Bərdə rayon Zümürxan kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.02.2021-ci il tarixli arayışdan görünür ki, X11 1976\1977-ci il tədris ilində Zümürxan kənd səkkiz illik məktəbin 1-ci sinfinə daxil olub, 1982-ci il tədris ilində məktəbin 8-ci sinfini bitirmişdir. İş materiallarına əlavə edilmiş Vİİİ-JQ № 395637 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 31.05.1982-ci ildə Bərdə rayonunda anadan olmuşdur. X19 Musa oğlu, anası X3r. İş materiallarına əlavə edilmiş AG № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 20.02.1969-cu ildə Bərdə rayonunda anadan olmuşdur. X19 Musa oğlu, anası X3r. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş İV JQ 358630 saylı Çıxarışdan görünür ki, X11 ilə X4 02.03.1988-ci ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 621-05\09 saylı 16.11.2020-ci il tarixli Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X11 doğum akt qeydinin bərpa edilməsi barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirdi ki, ərizəçi X11 onun doğma qardaşıdır. Musa Əliyevin xx xxxxxxx 1966-cı ildə Bərdə rayonu Zümürxan kəndində anadan olması, atasının X12, anasının isə X10 olması faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, ərizəçi X11 onun doğma qardaşıdır. Musa Əliyevin xx xxxxxxx 1966-cı ildə Bərdə rayonu Zümürxan kəndində anadan olması, atasının X12, anasının isə X10 olması faktını təsdiq etdi. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki X11 xx xxxxxxx 1966-cı ildə Bərdə rayonu Zümürxan kəndində anadan olmuş, X2, anası isə X10 olmuşdur. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, ərizəçi X9 xx xxxxxxx 1966-cı ildə Bərdə rayonu Zümürxan kəndində anadan olması, atasının X12, anasının isə X10 olması faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X6 xx xxxxxxx 1966-cı ildə Bərdə rayonu Zümürxan kəndində anadan olması, atasının X12, anasının isə X10 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçi X11 qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar