Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-466/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1, iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızının cavabdehlər X8 və Cavabdeh2 qarşı “torpaqdan çıxarılma ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı1, İddiaçı5 , İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X5 və Cavabdeh2 Bərdə rayon Aqrar İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 15 saylı qərarı ilə mülkiyyətilərində olan 3.10 ha pay torpaq sahəsindən çıxarılmalarına həmin torpaq sahəsindən istifadəyə görə vurulmuş maddi ziyanın hesablanaraq ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrara İslahat Komissiyasının 15.12.1998-ci il tarixli 15 saylı qərarı ilə onlara 3.10 ha pay torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsi JN 0037 KOD 61018018 saylı Dövlət Aktına əsasən onların mülkiyyətindədir. Onlar torpaq sahəsini cavabdehlər X8 və Cavabdeh2 2010-cu ildə bu vaxta kimi icarəyə vermişdirlər. Lakin cavabdehlər onlara icarə haqqı ödəmir. Dəfələrlə icarə haqqını ödəmələrini tələb etsələr də ödəməkdən yayınırlar.. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı5 , İddiaçı4, İddiaçı3 və İddiaçı2 Yusif qızı məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək, cavabdehlər X5 və Cavabdeh2 06.12.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla onarın mülkiyyətilərində olan 3.0966 ha pay torpaq sahəsindən çıxarılmalarına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların nümayəndəsi İddiaçı1 izahatında iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər X9 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişdirlər. Onların məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1958-cı il tarixdə Bərdə rayon Otuzikilər kəndində anadan olmuşdur. Bərdə rayon Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş №1229-05\69 saylı 15.09.2021-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. X1, anası İddiaçı2 Yusif qızıdır. İş materiallarına əlavə olunmuş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş №1230-05\69 saylı 15.09.2021-ci il tarixli Çıxarışdan görünür ki, X6 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X1, anası İddiaçı2 Yusif qızıdır. İş materiallarına əlavə olunmuş AZ-İ № 408707 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 24.05.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ №009920 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X7 23.08.2002-ci il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan ərə Heydərov sonra arvada Heydərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİ №001504 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X6 02.12.2014-cü il tarixdə nikah bağlamışlar. Nikah bağladıqdan ərə Bəşirov sonra arvada Bəşirova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.12.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X2 və İddiaçı2 Yusif qızının ümumi birgə paylı mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 676640 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti İddiaçı1dur. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçılar tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.12.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X2 və İddiaçı2 Yusif qızının ümumi birgə paylı mülkiyyətindədir. Cavabdehlər məhkəməyə ərizə verərək həmin torpaq sahəsinin mülkiyyətçilərdən mərhum X3 tərəfindən onlara satılmasını bildirsələr də məhkəməyə buna dair sübut təqdim edə bilməmişlər. Həmçinin məhkəmə tərəfindən bu halı aydınlaşdırmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə sorğu verilmiş, həmin sorğuya cavab olaraq bildirilmişdir ki, Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.09 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 6 nəfər ailə üzvü ilə birlikdə İddiaçı1 adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış 3.09 ha torpaq sahəsi hüququ sahibləri tərəfindən özgəninkiləşdirilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər X9 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.12.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X2 və İddiaçı2 Yusif qızının ümumi birgə mülkiyyəti olan Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum da cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X9 və Cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 06.12.2021-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı1, İddiaçı5, İddiaçı4, İddiaçı3, X2 və İddiaçı2 Yusif qızının ümumi birgə mülkiyyəti olan Bərdə rayon Otuzikilər kəndində yerləşən 3.0966 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsınlar. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X4 və Cavabdeh2 alınaraq iddiaçılara ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-466/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-466/2022
14.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver