Məhkəmə qərarları › İş №2(021)-47/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-47/2023

03.08.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-47/2023 03.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı «cavabdehlərin ona məxsus əmlakdan çıxarılması, qanunsuz tikdikləri tikililərin cavabdehlərin hesabına sökülməsi və ona məxsus həyətdə mal saxlanılmasının qadağan edilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona düşən 1/2 hissəsindən çıxarılmalarına, Cavabdeh düşən 1/6 hissəsi müəyyənləşdirilərək, onun istifadəsinə verilməsinə və həyətyanı torpaq sahələrindən çıxarılmalarına, qanunsuz tikdirdikləri tikililərin öz şəxsi hesablarına sökülmələrinə, mal və toyuq cücənin çıxarılmasına, X1, X2 həmin ərazidən ümumiyyətlə çıxarılmalarına və onun yaşamağına törətdikləri maneçiliyin qadağan edilməsi barədə qətnamə qəbul olunhmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizəsini təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılmasını və sənədlərin qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişsə də, cavabdehlər gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh və qeyrilərinə qarşı « cavabdehlərin ona məxsus əmlakdan çıxarılması, qanunsuz tikdikləri tikililərin cavabdehlərin hesabına sökülməsi və ona məxsus həyətdə mal saxlanılmasının qadağan edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh və qeyrilərinə qarşı « cavabdehlərin ona məxsus əmlakdan çıxarılması, qanunsuz tikdikləri tikililərin cavabdehlərin hesabına sökülməsi və ona məxsus həyətdə mal saxlanılmasının qadağan edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 20 (iyirmi) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar