Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-481/2021 16.12.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı qızının nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı qızının cavabdehlər X8 oğluna, Hüseynzadə Şəmsiyyə Habil qızına və Cavabdeh3 qarşı “evə köçmə və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı qızı cavabdehlər X8 oğluna, Hüseynzadə Şəmsiyyə Habil qızına və Cavabdeh3 qarşı “evə köçmə” dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı qızı iddia tələbini onunla əsaslandırmışdır ki, 04.10.1999-cu il tarxdə rəsmi nikah baölayaraq ailə qurmuşlar, birgə nikahlarından iki övladları vardır. Aralarında yaranana narazılığa görə ailə münasibətləri pisləşmiş, nikahları 13.10.2020-ci il taixdə pozulmuşdur. Cavabdeh1 ilə nikahda olan zaman valideyinləri onlara Bərdə şəhərində 1500 ABŞ dollarına ev almışdır. Daha sonra isə həmin evi satara Bərdə şəhər H.Z.Tağıyev küçəsi ev 4 ünvanında ümumi sahəsi 97.60 kv.m, 2 otaqlı fərdi yaşayış evini 22 000 manata almışlar. Həmin evi onun valideynləri alsa da ev Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Hazır ki iş üzrə cavabdeh ona həmin evdə yaşamağğa icazə vermir. Bərdə Rayon Məhkəməsinin qətnaməsi ilə payları müəyyən edilərək yarı bölünmüşdür. Evdə qalan qış geyimlərini götürmək üçün evə getdikdə övladları ona evə girməyə icazə verməmişdirlər. Hal-hazırda onun Bərdə şəhər H.Z.Tağıyev küçəsi ev 4 ünvanında yerləşən fərdi yaşayış evindən başqa qalmağa yeri yoxdur. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı qızı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərin hərəkətlərinə qadağan qolulmasınıda xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qızının vəkili və nümayəndəsi X7 idda əriəsinə uyğn izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər X8 oğluna, Hüseynzadə Şəmsiyyə Habil qızına və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı qızı xx.xx.1976-ci il tarixdə Bərdə rayon Çələbilər kəndində anadan olmuşdur. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı qızı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan № 037291 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı qızı ikinci qrup əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 21.10.2020-ci il tarixli Arayışından görünür ki, Bərdə şəhər H.Z.Tağıyev küçəsində yerləşən 4 saylı fərdi yaşayış evi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ******* saylı Çıxarışdan görünür ki, X5 ilə İddiaçı arasında 04.10.1999-cu ildə nikah bağlanmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)3090/2020 saylı 177.11.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 97.6 kv.m olan fərdi yaşayış evinə iddiaçı İddiaçı və cavabdeh X1 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi qət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 22.09.2021-ci il tarixli 1(102)5096/2021 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)3090/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1571/2021 saylı qətnaməsi ilə təmin olunmamış, həmin qətnamədən kassasiya şikayəti verilmiş, şikayət təmin olunmamışdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı qızı ilə cavabdeh X8 oğlu 1999-cu ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. İddiaçı qızı ilə cavabdeh X8 oğlu birgə nikahda olan zaman ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini almış və həmin fərdi yaşayış evi X8 oğlunun adına rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış nikah 2020–ci ildə pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)3090/2020 saylı 177.11.2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 97.6 kv.m olan fərdi yaşayış evinə iddiaçı İddiaçı və cavabdeh X1 hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Hazırda cavabdehlər iddiaçıya həmin fərdi evdə yaşamağına maneə olurlar. Bərdə Rayon Məhkəməsinin 2(021)3090/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, uşaqlar yetkinlik yaşına çatmışlar. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülkiyyət hüququ ilə əlaqədar olduğundan aşağıda göstərilən maddi hüquq normalarına istinad edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi cavabdehlərin qanunsuz hərəkətlərinin qadağan edilməsi və iddiaçının həmin evə köçürülməsi tələblərindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilə iddiaçının ½ hissədə pay hüququna malik olduğundan iddiaçı həmin evə köçürülməli və cavabdehlərin qanunsuz hərəkətləri qadağan edilməlidir. Odur ki, iddia təmin edilməli, İddiaçı qızı ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 97.6 kv.m olan fərdi yaşayış evinə köçürülməli, cavabdehlərin qanunsuz hərəkətləri qadağan edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilməmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. . Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddiaçı qızının cavabdehlər X8 oğluna, Hüseynzadə Şəmsiyyə Habil qızına və Cavabdeh3 qarşı “evə köçmə və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı qızı ünvan 3 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən 97.6 kv.m olan fərdi yaşayış evinə köçürülsün və cavabdehlərin qanunsuz hərəkətləri qadağan edilsin. İş üzrə ödənilnəniş 10 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-481/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-481/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver