Məhkəmə qərarları › İş №2(021)-484/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-484/2023

30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-484/2023 30.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X10 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum bibisi X11 mülkiyyətində olmuş Bərdə şəhəri Qarabağ qəsəbəsində yerləşən 1 nömrəli evin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi daha sonra məhkəməyə ərizə verərək maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X29 7 saylı Bərdə Ərazi İdarəsinin Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi ilə əvəz edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(021) 3980/2022 nömrəli qərardadına əsasən maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 7 saylı Bərdə Ərazi İdarəsi Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisi ilə əvəz edilmişdir. Ərizəçi X14 ərizəsini onunla əsaslandırmışdır ki, X18 onun doğma bibisidir, yəni atasının bacısıdır. Mərhum bibisi X18 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atası Misir qocalıq nəticəsində vəfat etmişdir. Mərhum bibisi X3 rayonu Bəyimsarov kənd qəbiristanlığında dəfn olunmuşdur. X4 09 sentyabr 1997-ci ildə mülkiyyətində olan Bərdə şəhər Qarabağ qəsəbəsində yerləşən 1 saylı evi ona vəsiyyət etmişdir. Mərhum ailə qurmamış və onun həyatda yeganə vərəsəsidir. Hazırda o həmin evdə yaşayır və mirası faktiki olaraq o idarə edir. O, həmin mənzili adına rəsmiləşdirmək istəyir. Lakin ona bildirmişlər ki, həmin evi adına rəsmiləşdirmək üçün məhkəmə qaydasında mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. O bu barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 7 saylı Bərdə ərazi İdarəsinə və digər orqanlara müraciət etmişdir. Oradan ona bildiriblər ki, mərhum bibisi X7 miras qalmış əmlaka görə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi məhkəmə qaydasında təsdiq edilməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə məlumat verilsə də maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə Tər-Tər şəhərində doğulmuş, ünvan 1 ünvanında yaşayır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3491 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında yaşayır. Tər-Tər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 noyabr 2021-ci il tarixli, AZ-İİ 196997 saylı X9 surətindən görünür ki, X18 xx.xx.2021-ci ildə Tərtər rayonu Bəyimsarov kəndində ölmüşdür. Bu barədə Tər-Tər rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 noyabr 2021-ci il tarixli, 528 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. Tər-Tər rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli, xx/xx- 1352 saylı arayışın surətindən görünür ki, X15 xx.xx.1959-cu ildə Tərtər rayonunda anadan olmuşdur. Bu barədə Tər-Tər rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 avqust 1962ci il tarixli, 328 nömrəli doğum bərpa haqqında akt qeydi tərtib olunmuşdur. X8, anası X16r. xx.xx.1978-ci il tarixli İ-JQ № 448957 saylı Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X15 arasına nikah bağlanmışdır. Ərə Ağayev, arvada Ağayeva soyadları verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-46/2-98/2023 nömrəli məktubdan görünür ki, hazırkı mülki iş üzrə adı qeyd olunan X11 adına ünvan 3 ünvanında fərdi yaşayış evi 4069 saylı qeydiyyat vəsiqəsilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X29 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayon Dövlət Arxivi idarəsindən sorğu əsasında Bərdə rayon Məhkəməsinə ünvanlanmış 10 yanvar 2023-cü il tarixli, 06 saylı məktubundan görünür ki, Tərtər rayon Bəyimsarov kəndində yaşamış və 06 noyabr 2021-ci ildə vəfat etmiş X11 mülkiyyətində olan ünvan 1 ünvanındakı fərdi yaşayış evini, qardaşı qızı Əhmədova (hazırda Ağayeva) Hədiyə Misir qızına vəsiyyət etməsinə dair 09 sentyabr 1997-ci il tarixli yazılı vəsiyyətnamə ilə əlaqədar heç bir məlumat əldə olunmamışdır. İş materiallarında olan 02 iyul 1997-ci il tarixli müqavilənin surətindən görünür ki, X6 özünə məxsus olan Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən 3 otaqlı 99 kv. metr ümumi, 56.0 kv.metr yaşayış sahəsi olan fərdi yaşayış evini X1. İş materiallarında olan 02 iyul 1997-ci il tarixli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bərdə rayonu Qarabağ qəsəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 99.2 kv.metr, 56 kv.metr yaşayış, 43.2 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi X11 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 09 sentyabr 1997-ci il tarixli (DUBLİKAT) vəsiyyətnamənin surətindən görünür ki, X5 şəhəri, Qarabağ qəsəbəsi, ev 1 ünvanında fərdi yaşayış evini qardaşı qızı X12 vəsiyyət etmişdir. Tərtər rayon Qeydiyyat Şöbəsinin 06 yanvar 2023-cü il tarixli, 05/13-697/76 saylı məktubundan görünür ki, xx.xx.1928-ci il tarixdə Kəlbəcər rayon Ağdaban kəndində anadan olmuş X18 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Tərtər rayon Qeydiyyat Şöbəsinin arxivində nikah haqqında akt qeydi və soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidməti tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/4-xx-xx/2023 saylı, məktubundan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X11 nikahı və övladlarının doğumu haqqında məlumat aşkar edilməmişdir. Eyni zamanda X11 ölümü haqqında Tərtər rayon Qeydiyyat Şöbəsində xx.xx.2021-ci ildə tərtib edilmiş akt qeydi nəzərdən keçirilərkən onun xx.xx.1928-ci ildə doğulduğu müəyyən edilmişdir. Eyni zamanda Xırda Məmmədovanın ölümü haqqında Tərtər rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci ildə tərtib edilmiş akt qeydi nəzərdən keçirilərkən onun xx.xx.1928-ci ildə doğulduğu müəyyən edilmişdir. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 18 may 2022-ci il tarixli, 1125/2022 nömrəli məktubundan görünür ki, X7 miras qalmış əmlaka dair zəruri sənədlər təqdim edilmədiyindən vərəsəlik hüququ haqqınnda şəhadətnamə alınması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edən zaman 101.00 AZN manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 7 saylı Bərdə ərazi İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum bibisi X11 mülkiyyətində olmuş Bərdə şəhəri Qarabağ qəsəbəsində yerləşən 1 nömrəli evin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 307-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın 10.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi X4ndan qalmış mirası faktiki olaraq idarə edir. O, həmin evi adına rəsmiləşdirmək istədiyindən və bu fakt iş materialları ilə sübut edildiyindən ərizəsi təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Beləliklə, AR.MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 mülkiyyətində olmuş Bərdə şəhəri Qarabağ qəsəbəsində yerləşən 1 nömrəli evin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar