Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4846/2025 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, İddiaçı1, İddiaçı5, İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı “Mirasın qəbul edilməsi üçün müddətin üzrlü hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, mərhum anaları X3 miras qalan Bərdə rayon Güloğlular kəndində 89.5 kvm evin 0.25 ha, 0.34 ha. 0.13 ha torpaq sahələrinin onların arasında bölünməklə ötürülmüş müddətin üzürlü hesab edilərək vərəsəlik hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbinin əsası İddia onunla əsaslandırılmışdır ki, onlar mərhum ataları X1 qalan mirası xx.xx.2025 ci il tarixdə Bərdə rayon məhkəməsinin 2(021) 270 saylı qətnaməsi ilə ötürülmüş müddət üzürlü hesab edilərək vərəsələrin tanınması barədə qətnamə çıxarılmışdır. Ancaq onlar bilmədən mərhum anaları X3 miras qalmış 0.34 ha həyətyanı torpaq sahəsi qeydiyyat nömrəsi **********0 olmaqla çıxarış var. Həmçinin JN 0087 kod 61005018 olan 0.13 ha əmlak pay torpağı onlara miras qalıb. Eyni ilə də Bərdə rayon Güloğlular kəndində fərdi yaşayış evi yəni 89.5 kvm ümumi sahəsi olan həmçinin 0.25 ha həyatyanı torpaq sahəsi, yəni **********21-10301 reyestr nömrəsi ilə çıxarışı olması ilə birgə texniki pasport da verilmişdir. Onlara miras qalmış ev və torpağı adlarına rəsmiləşdirilməsi üçün Bərdə asan xidmət notariat ofisinə müraciət etmişdirlər. Analarından qalan mirasın da bölünməsindən imtina edilmişdir. Bərdə rayon məhkəməsi xx.xx.2025 ci il tarixdə 2(021) 270 saylı qətnamə qəbul edərək mərhum ataları X1 miras qalmış əmlakı rəsmiləşdirmək üçün ötürülmüş müddətin üzürlü hesab edilməsi və miras qalmış əmlakın qanuni vərəsələri İddiaçı5. İddiaçı3, İddiaçı1, İddiaçı4 müəyyən edilmişdir. Buna baxmayaraq Bərdə Asan Xidmət Mərkəzinin notariat ofisi mərhum anaları X3 qalan miras payı hissəsini isə onların arasında bölüşdürülməsi barədə vərəsəlik şəhadətnaməsi verməmişdir. xx.xx.2025-ci il tarixdə rəsmi imtina məktubu vermişdirlər ki, ataları ilə birgə analarından da qalan əmlak onlara müddəti ötürdükləri üçün məhkəməyə müraciət olunmalıdır ki, hüquqları bərpa edilmiş olsun. Ona görə də hesab edirlər ki mərhum anaları X3 miras qalan Bərdə rayon Güloğlular kəndində yerləşən 89.5 kvm daşınmaz əmlakın. 0.25 ha. 0.34 ha həyətyanı torpaq sahələrinin və 0.13 ha əmlak pay torpağının vərəsələr arasında məhkəmə qaydasında bölünməsinə və payların tanıdılmasına və ötürlümüş müddətin üzürlü hesab edilərək vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə çıxarılması zəruridir. Buna görə də onlar məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdurlar. Tərəflərin izahatı Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı5 ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçılarnin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli 517833 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə “beyinə qansızma” nəticəsində ölmüşdür. xx.xx.2025-ci il tarixli 1279 saylı Bərdə RİHB-nin Güloğlular kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı1 anası xx.xx.2013-cü il tarixdə vəfat etmiş, X9 öldüyü günədək qeydiyyatda olmaqla və ya faktiki yaşamaqla mirasın tərkibinə daxil olan əmlaka sahiblik edərək faktiki qəbul etmişlər. 1960-cı il təvəllüdlü İddiaçı1, 1955ci il təvəllüdlü İddiaçı5, 1956-cı il təvəllüdlü İddiaçı3, 1961-ci il təvəllüdlü İddiaçı4 olmuşdur. Miras qoyanın öldüyü gündən əvvəl qeydiyyatdan çıxan və ayrı yaşayan və ya yaşamayan ailə üzvləri: 1945-ci il təvəllüdlü X6, 1947-ci il təvəllüdlü X7, 1951-ci il təvəllüdlü X8 olmuşdur. xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən **********26 reyestr nömrəli 0.34 ha torpaq sahəsində X4 və X9 hüquq sahibidir. xx.xx.2021-ci il tarixli **********9 qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə rayonu Güloğlular kəndində yerləşən 0 nömrəli 89.5 kvadratmetr sahəli **********21-10301 reyestr nömrəli fərdi yaşayış evində X4 və X9 hüquq sahibidir. xx.xx.2025-ci il tarixli 3735/2025 saylı məktubdan görünür ki, qeyd olunanları nəzərə alaraq mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zaman miras əmlakının bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2021-ci il tarixli 22806 saylı fərdi yaşayış evinin texniki pasportundan görünür ki, torpaq sahəsi 0.25 ha, faktiki sahə 0.2864 ha, tikinti altı sahə 0.0169 ha, digər sahələr 0.2334 ha-dır. xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, torpaq sahəsinin ünvanı Bərdə rayon Güloğlular kəndi, hüquq sahibi X4, kateqoriyası yaşayış məntəqələrinin torpaqları (həyətyanı), mülkiyyət növü xüsusi, reyestr nömrəsi **********26, sənəd üzrə və faktiki sahəsi 0.34 ha-dır xx.xx.1999-cu il tarixli JN-0087 saylı torpaq mülkiyyət hüququna dair dövlət aktından görünür ki, torpaq mülkiyyətçisi X2r. Onun ailə üzvləri X5r. Bərdə rayonu Aqrar islahat komissiyasının 1999-cu il 16 iyun tarixli 07 saylı qərarı ilə verilmiş çizkidə göstərilən sərhəd daxilində 0.13 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq verilmişdir. xx.xx.2025-ci il tarixli 1203 saylı Bərdə RİHB-nin Güloğlular kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı1 Bərdə rayonu Güloğlular kəndində yaşayır. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı2 məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 xx.xx.1955-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1956-cı il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.1961-ci il tarixdə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. Bərdə rayonu Şorəlli kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, İddiaçılar həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MM-nin : 1248.1. maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən miras İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 tərəfindən qəbul edilərək faktiki sahiblik hüquqları realizə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən Bərdə rayonu Güloğlular kəndində 0.25 ha torpaq sahəsində yerləşən 89,5 kv.metr fərdi yaşayış evi, 0.34 ha və 0.13 ha torpaq sahələrinin miras kimi qəbul edilməsi faktı müəyyən edilsin və mirasın qəbulu üçün qanunla müəyyən edilmiş ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçıların üzərinə düşür. Göründüyü kimi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı5 tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. İddiaçılar məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən Bərdə rayonu Güloğlular kəndində 0.25 ha torpaq sahəsində yerləşən 89,5 kv.metr fərdi yaşayış evi, 0.34 ha və 0.13 ha torpaq sahələrinin miras olaraq qəbul edilməsi faktı müəyyən edilsin və mirasın qəbulu üçün qanunla müəyyən edilmiş ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-4846/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4846/2025
03.02.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver