Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4857/2025 26.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X21 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, Ərizəçi oğlunun iştirakı ilə, Ərizəçi oğlunun (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi olmaqla “Doğum akt qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı xx.xx.1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuş, X6 “Doğumun qeyd edilmə faktının təsdiq edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı mərhum X13 xx.xx.1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuş, xx.xx.2012-ci ildə xəstəlik nəticəsində ölmüşdür. Bacısı ailə qurmuş, lakin övladı olmamışdır. X1 atası X4, anası isə X2 olmuşdur. Mərhum bacısından miras qalmış torpağı rəsmiləşdirmək üçün Bərdə regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş, ona bildirmişlər ki, mərhum bacısının doğum qeydi arxivdə aşkar olunmamışdır. Bu şəbədən də onun doğum qeydinin təsdiq edilməsi zərurəti yaranmışdır. Doğum haqqında şəhadətnamə ondan miras qalmış əmlakın rəsmiləşdirilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, mərhum X13 onun bacısıdır. X12 atası X7, anası isə X2 olmuşdur. X19 1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuş, təxminən 10-15 il əvvəl yaz aylarında xəstəlik nəticəsində ölmüşdür. X19 3 dəfə evli olmuş, bir uşağı doğulmuş, o da doğum zamanı ölmüşdür. Ailədə 3 qardaş 5 bacı olmaqla, 8 uşaq olmuşlar, Çiçək Cavadova ailələrində böyük uşaq olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, mərhum X13 anasının dayısı qızıdır, onlarla qonşuluqda yaşayır. Çiçək Cavadova ailə qurub getdikdən sonra dəfələrlə onu görmüş, sıx əlaqələri olmuşdur. Çiçək Cavadova yaşca ondan böyük olmuş, təxminən 15 il əvvəl ölmüşdür. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx xxxx 1963-cü ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuşdur, Bərdə rayonu Məmmədli kəndində qeydiyyatdadır. 22 iyun 1963-cü il tarixli АЗ 398099 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx xxxx 1963-cü ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuşdur. “Ata” qrafasında atası kimi X4, “ana” qrafasında anası kimi X2 qeyd edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 302 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. Fərdi uşot kartoçkasından görünür ki, X13 xx.xx.1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuşdur. “Ata” qrafasında atası kimi X7, “ana” qarfasında anası kimi X2 qeyd edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 iyun 2012-ci il tarixli AZ-İ 536028 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2012-ci ildə ölmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 30 noyabr 2025-ci il tarixli, 3-16-5/8-1267/40-25 saylı məktubdan görünür ki, Ərizəçi bacısının doğum akt qeydinin bərpası ilə əlaqədar olaraq Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmiş, bacısının doğum akt qeydi Dövlət Arxivinə təhvil verilmədiyindən doğum akt qeydinin bərpa edilməsindən imtina edilmişdir. 05 dekabr 2025-ci il tarixli **********99 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə verməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, ərizəçinin bacısı X13 01 iyul 1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olmuş, sonuncuya xx.xx.2005-ci ildə AZE seriyalı 03825869 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. X13 30 aprel 2012-ci ildə ölmüşdür. Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinin verdiyi 30 noyabr 2025-ci il tarixli 3-16-5/8-1267/40-25 saylı məktubla müəyyən olunur ki, X6 doğum akt qeydi Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 307.2.11-ci maddəsinə görə məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən ümumi müddəalar”ın 13-cü bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə görə, itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 15-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti aktlarının qeydləri qeydiyyat şöbələrində və konsulluq idarələrində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin arxivi və ya vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivi tərəfindən təsdiq edilir. 16-cı bəndinə görə, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, Ərizəçi X1 01 iyul 1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində anadan olması, onun atasının X8, anasının isə X2 olması faktı ərizəçinin məhkəmə iclasında verdiyi izahatı, şahidlərin izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçiin X1 01 iyul 1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində doğulması, atasının X8, anasının isə X2 olması faktı müəyyən olunmalıdır. Mübahisənin gerçək hallarından görünür ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə bacısının doğum akt qeydinin bərpa edilməsi üçün lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilisin. Ərizəçi X1 01 iyul 1952-ci ildə Bərdə rayonu Məmmədli kəndində doğulması, atasının X7, anasının X2 olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4857/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4857/2025
26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver