Məhkəmə qərarları › İş №2(021)-4866/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4866/2025

03.02.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4866/2025 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “mənzildən çıxarılma ” tələbinə dair mülki işə 03 fevral 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia tələbi İddiaçı ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışlar ki, "xxxx" İKB ASC ("xxxx" ASC) ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən fərdi yaşayış evinə Bərdə Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(021)-730/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair "xxxx" ASC-nin mülkiyyət hüquqları xx.xx.2021-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 18 aprel 2013-cü il tarixli arayışından göründüyü kimi, Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh qeydiyyatda olmaqla yaşayır. Əmlakın "xxxx" ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Tərəflərin izahatı İddiaçı ASC məhkəməyə ərizə verərək, həmin tarixdə digər məhkəmələrdə də mülki işləri olduğundan hazırki iş üzrə iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini qeyd etmişdirlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: İş materiallarına əlavə olunan məlumatdan görünür ki, İddiaçı ASC-yə məxsus VÖEN-********** saylıdır xx.xx.2025-ci il tarixli E1/595-2025 saylı etibarnamədən görünür ki, İddiaçı ASC tərəfindən İdarə Heyətinin sədri X2 şəxsində Bankın Məhkəmə orqanları ilə iş şöbəsinin müdiri Nümayəndə etibarnamə üzrə səlahiyyətlər vermişdir. xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli Bərdə rayonu Bala Qəcər kəndi, ev0 da yerləşən fərdi yaşayış evində hüquq sahibi "xxxx" İKB ASC-dir. İş materiallarına xx.xx.2018-ci il tarixli Bərdə Rayon Məhkəməsinin 2(021)730/2018 saylı qətnaməsi ilə bağlı məktubu əlavə olunmuşdur. xx.xx.2018-ci il tarixli 2(021)730/2018 saylı qətnaməsi əlavə olunmuşdur. Qətnamənin qət etdi hissəsindən görünür ki, iddia qismən təmin edilsin.Cavabdeh 18 aprel 2013-cü il tarixli, 12-SKMF-1-0- 256-13 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 12 noyabr 2014-cü il tarixli, 12-SKMF-2-0-1413-14 nömrəli əlavə kredit müqaviləsi üzrə 12483,05 manat əsas borc, 1085,21 manat kreditdən istiadəyə görə faiz borcu, 49,53 manat cərimə olmaqla, cəmi:- 15817.79 manat (on beş min səkkiz yüz on yeddi manat 79 qəpik) manat kredit borcu, bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və rüsum və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq "xxxx"İKB ASC-in xeyrinə ödənilsin. Tutma 18 aprel 2013-cü il tarixli, 297 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bərdə rayonu, Bala Qəcər kəndində 0,52 ha torpaq sahəsində yerləşən 3 otaqlı, 70,3 kv.m yaşayış, 42,7 kv.m köməkçi, 113 kv.m ümumi sahədən ibarət A nömrəli fərdi yaşayış evinə və 4 otaqlı, 65,2 kv.m yaşayış, 35,3 kv.m köməkçi, 100,5 kv.m ümumi sahədən ibarət B nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin evlər açıq hərracda satılsın.Həmin fərdi yaşayış evlərinin ilkin satış qiyməti 30.000 (otuz min) manat qiymətləndirilmklə, tutmanın yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 18 aprel 2013-cü il tarixli, 12-SKMF-1-0-256-13 nömrəli əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 12 noyabr 2014-cü il tarixli, 12-SKMF-2-0- 1413-14 nöirəli əlavə kredit müqaviləsi üzrə "xxxx" İKB ASC-yə olan borcu ödənilsin.Tutma yaşayış evlərinə yönəldikdə və satıldıqda Cavabdeh istifadə hüquqlarına xitam verilməklə ən geci bir ay müddətində evdən çıxarılsın.Ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. xx.xx.2019-cu il tarixli 2(104)-350/2019 saylı icra vərəqəsindən görünür ki, qətnamə 18 fevral tarixində qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi 18 fevral 2020-ci ildə verilmişdir. xx.xx.2013-cü il tarixli 1422 saylı Bərdə RİHB-nin Şirvanlı kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Cavabdeh Bərdə rayonu Bala Qacar kəndində yaşayır. Yaşadığı ev ona məxsusdur. Ev 1 mərtəbəli 4 otaqdan 65.2 kvratmetr sahədən ibarətdir. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC məhkəməyə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1979-cu il tarixdə Bərdə rayonu Bala Qəcər kəndində anadan olmuşdur. Bərdə rayonu, Şirvanlı Ə/D Bala Qacar kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfi ndən və ya onların hesabına həyata keçirilir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan çıxarışa və digər sübutlara istinadən Bərdə rayonu, Bala Qəcər kəndində yerləşən fərdi yaşayış evinin İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmamışdır. Cavabdeh Bərdə rayonu Bala Qəcər kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalı, həmin yaşayış evi boşaldılmalı və banka təhvil verilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Bərdə rayonu Bala Qəcər kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın, həmin yaşayış evi boşaldılsın və iddiaçıya təhvil verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar