Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-49/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh Hidayət qızının və X2 nümayəndəsi və vəkili X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh Hidayət qızına və X4 qarşı “paylarının müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların bərabər paylar əsasında bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 fərdi yaşayış evlərindən paylarının müəyyən edilməsi və hərracda satılaraq əldə olunmuş vəsaitin payçıların- İddiaçı, Cavabdeh Hidayət qızının və X2 arasında bərabər paylar əsasında bölüşdürülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, valideyinləri vəfat etdikdən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onların- İddiaçı, Cavabdeh Hidayət qızının və X2 adına Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 7saylı Ərazi İdarəsində **********09-10301 olan reyestr nömrəsi ilə qeydə alınmışdır. Son vaxtlarda problemlə üzləşmişdir. Belə ki, bacıları Cavabdeh Hidayət qızı və X6 ailəsi ilə həmin evdə yaşamağa imkan verməmiş, hətta həyat yoldaşını və uşağını evdən qovmuşlar. Onların artıq bir yerdə yaşaması mümkün deyildir. Yeganı çıxış yolu paylı mülkiyyətlərində olan evlərinin hərracda satılaraq əldə olunmuş pulun 3 payçı arasında bölünməsidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh Hidayət qızının və X2 nümayəndəsi və vəkili X8 iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 15139298 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 06.09.1987-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Gəncə küçəsi ev 4 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 15139231 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Əmrahova Aygün Hidayət qızı 12.08.1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Ata-Türk küçəsi ev 145 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Seriya AZE № 11431435 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Əmrahova Nazilə 15.12.2015ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdür. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23.05.2019-cu il tarixli, 3014 saylı arayışdan görünür ki, İddiaçı Gəncə küçəsi 4 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Fərdi yaşayış evinin Reyestr nömrəsi **********09-10301 saylı Texniki Pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyektləri İddiaçı, Aygün və Ülviyyə Qasımovadır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № 11170510 saylı Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0578 ha torpaq sahəsi və üzərində yerləşən ümümi sahəsi 103.4 kv.m olan fərdi yaşayış evi İddiaçı, Əmrahova Aygün Vahid qızının və X2 birgə mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair № 01\6488 saylı Arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0578 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103.4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 12.01.2018-ci il tarixə bazar dəyəri 29000 manat kimi qiymətləndirilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.03.2021-ci il tarixli 10\1944 saylı Ekspert rəyində qeyd olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı və cavabdehin paylara uyğun naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Mülki işə əlavə olunmuş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti tərəfindən verilmiş Seriya RX № 11170510 saylı Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0578 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 103.4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi İddiaçı, Əmrahova Aygün Vahid qızının və X2 birgə mülkiyyətindədir və onlar bacı qardaşdırlar. Məhkəmə bu qeyd olunan halları müəyyən etdikdən sonra iddiaçının “əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına münasibətdə bölünməsi” tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 4 aprel 2014-ci il tarixli qərarına əsasən ümumi mülkiyyətin növləri birgə mülkiyyət və paylı mülkiyyətdən ibarətdir. Ümumi əmlak üzərində sərəncam verilməsi birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. MM-nın 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirildiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir. Bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3 ) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərərvurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. MM-nin 220.4-cü maddəsi bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kommpenasasiya ödənilməsinə onun razılığının olması ilə əlaqədardır. Belə ki, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçrilə bilər. Bu qayda isə yəni digər mülkiyyətçilər tərəfindən kommpenasaiya ödənilməsi payın naturada ayrılması tələbi irəli sürüldüyü halda ola bilər. Həmin ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması barədə məhkəmənin qərar qəbul etməsi mülkiyyət hüququnun məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Məhkəmə sadalana qanunverici normalarını hazırkı mülki işə münasibətdə tətbiq edərək bildirir ki, İddiaçı hazırkı iddianı irəli sürməzdən əvvəl iki formada ardıcıllığa riayət etməklə iddia irəli qaldırılmalı idi-1) payın naturada ayrılması və bu mümkün olmadıqda 2) özünə münasibətdə pul kompensasiyasının ödənilməsi tələbi. Məhkəmə qeyd edir ki, ekspert rəyində qeyd olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin iddiaçı və cavabdehin paylara uyğun naturada təcrid mənzillər şəklində bölünməsi İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1.,2.2., 2.4., 2.9 bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Odur ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Ekspertiza xərcinin dəyəri İddiaçı 100 (bir) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Hidayət qızına və X4 qarşı “paylarının müəyyən edilməsi, əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların bərabər paylar əsasında bölünməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı müştərək qaydada 100 (bir yüz) manat ekspertiza xərci tutulub aşağıdakı hesaba köçürülsün: Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, adı –dövlət xəzinədarlığı agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Espertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-49/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-49/2021
21.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver