Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4923/2025 13.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının cavabdehlə payına münasibətdə hərrac yolu ilə satılması” tələbinə dair mülki işə 13 yanvar 2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, paylı mülkiyyətdə olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 45.5 kv/m olan qeyri-yaşayış binasının yəni, bərbərxananın 21.5 kv/m hissəsində olan paylı mülkiyyətin mülkiyyətçilərə bölünmüş ½ hissəsinin hərrac yolu ilə satılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 45.5 kv/m olan qeyri-yaşayış binasının yəni, bərbərxananın 21.5 kv/m hissəsində olan paylı mülkiyyətin mülkiyyətçilərə bölünmüş ½ hissəsinin hərrac yolu ilə satılmasından öncə Cavabdeh satılması ilə bağlı heç bir təklif irəli sürülməmişdir. Ona görə də iddia Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının cavabdehlə payına münasibətdə hərrac yolu ilə satılması” barədə vermiş olduğu iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-4923/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4923/2025
13.01.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver