Məhkəmə qərarları › İş №2(021)-493/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-493/2025

10.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-493/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət mərkəzində qeydiyyat şöbəsində qarşı “doğum faktının təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bərdə şəhəri M.Hüseynzadə küçəsi ev 9-da xx.xx.2022-ci ildə anadan olmuş X2 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 “doğumunun qeyd edilmə faktının təsdiq edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçi tərəfindən onunla əsaslandırılmışdır ki,o, X7 ilə 2021-ci il tarixdə qeyrirəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ailə münasibətlərindən xx.xx.2022-ci il tarixdə X11 və xx.xx.2023-cü il tarixdə isə X12 adlı övladları anadan olmuşlar. Nikahlarını rəsmiləşdirmədiklərindən övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Uşaqlara doğum haqqında şəhadətnamə almağa ehtiyacları vardır. Bu barədə Bərdə rayon qeydiyyat şöbəsinə müraciət etmişlər. Orada onlara məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizədə göstərdiklərinə uyğun izahat verərək, eləcə də məhkəmə iclasında ərizə təqdim edərək övladlarının soyadının Əliyev kimi qeyd edilməsini, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, Ərizəçi qonşusudur. Doğum zamanı anası çağırmışdır ki, gedib doğuşa kömək eləsin. Ərizəçi 2 uşağı vardır, ikisi də oğlan uşağıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirdi ki, Ərizəçi qonşusudur. Onun iki övladı ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, həyat yoldaşı Ərizəçi övladları ev şəraitində doğulmuşlar. xx.xx.2022-ci il tarixdə X11 və xx.xx.2023-cü il tarixdə isə X12 adlı övladları anadan olmuşlar. Şahid övladlarının atası olduğunu məhkəmənin nəzərinə çatdırdı. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: Azərbaycn Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon Mərkəzi Xəstəxanası PHŞ arayışından görünür ki, ana Ərizəçi M.Hüseynzadə küçəsində yaşayan xx.xx.2023-cü il tarixdə anadan olmuş övladı həkim pediatr müayinəsindən keçərək sağlam olduğu müəyyən edilmişdir. Azərbaycn Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bərdə rayon Mərkəzi Xəstəxanası PHŞ arayışından görünür ki, ana Ərizəçi M.Hüseynzadə küçəsində yaşayan xx.xx.2022 il tarixdə anadan olmuş övladı həkim pediatr müayinəsindən keçərək sağlam olduğu müəyyən edilmişdir. Azərbaycan Respblikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-5-16/79640-2024 saylı vətəndaş Ərizəçi ünvanlanmış məktubundan görünür ki, onun övladları ev şəratinidə doğulduğundan onlara arayış verilməmişdir. Bu səbəbdən Bərdə Asan Xidmət mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. xx.xx.2024-cü il tarixli Bərdə rayon Məhkəməsinin 2(021)-3414/2024 saylı qərardadında görünür ki, Ərizəçi maraqlı şəxs X1rşı “doğumun qeyd edilmə faktının təsdiq edilməsi” tələbinə dair ərizə geri qaytarılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli 3805 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri M.Hüseynzadə küçəsi 9 nömrəli evdə qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə anadan olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, övladlarının soyadının Əliyev kimi qeyd edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə uşaqların doğumunun qeyd edilməsi məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinin üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:

1. Ərizə təmin edilsin.

2. xx.xx.2022-ci ildə anadan olmuş X5 anası Ərizəçi, atası X13 və xx.xx.2023-cü il tarixdə anadan olmuş X6 anası Ərizəçi, atası X13 olmaqla Bərdə şəhərində doğulmaları faktı müəyyən edilsin.

3. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.

4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar