Məhkəmə qərarları › İş №2(021)-4991/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4991/2025

27.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4991/2025 27.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlu İddiaçı 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı 13 saylı X2 Mərkəzi Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişaf Xidmətinin 13 saylı X1 ilə vətəndaş Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 80 nömrəli icraə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikililərin sökülərək icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək 13 saylı X2 Mərkəzinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumat əsasında Cavabdeh hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi orqanında vergi uçotuna alındığı müəyyən edilmişdir. Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə müqavilədən görünür ki, meşə ilə örtülü torpaq sahəsi cavabdehə istirahət-rekreasiya məqsədləri üçün ayrılmışdır. Qeyd edilən müqavilə sahibkarlıq fəaliyyəti məqsədləri üçün bağlandığından yaranan mübahisənin xarakteri tərəflərin sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 152.1.3–cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri Şərh olunanlara əsasən və MPM-in 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı 13 saylı X2 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilərək torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar