Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-5/2023 19.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi ilə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X12, X4 və X8 qarşı “xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi” və “xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0- 394-15 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi” tələblərinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq:
1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "xxxx" İKB ASC-nin Bərdə filialının xeyrinə 32.943.33 AZN məbləğində kredit, 10.460.94 AZN kreditdən istifadəyə görə faiz borcu, həmçinin 1.736.17 AZN faizlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu, cəmi 45.140.44 AZN borcun ödənilməsi, həmçinin Bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat xidmət haqqı və rüsumun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması;
2. Tutmanın ilk növbədə Cavabdeh1nın mülkiyyətindəki ipoteka predmeti olan, Bərdə rayonu, Balaqəcər kəndində mülkiyyətdə olan 0,3048 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 kv.m. yaşayış, 82.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlakına və digər Cavabdeh2 mülkiyyətində olan Bərdə rayonu Gǝrǝnə kəndində yerləşən 1.0 ha torpaq sahəsini olan daşınmaz əmlakına yönəldilməsi, onların açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh1nın "xxxx" İKB ASC-nin Bərdə filialına olan borcunun, kreditdən istifadəyə görə faizlərin, öhdəliklərin lazımi qaydada icra olunmamasına görə penyanın, vurulmuş zərərin, dövlət rüsumunun ödənilməsi, 3.İpoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 45 000 manat, digər ipoteka predmeti olan torpaq sahəsinin ilkin satış qiymətinin 50 000 manat müəyyən edilməsi, 4.İpoteka predmeti olan fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra Cavabdeh1nın, X5, Cavabdeh2 və X6 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.2014-ci il tarixli, 12-S-5-0- 182-14 saylı Əsas Kredit müqaviləsinə əsasən Cavabdeh1 72 ay müddətinə 90 000 AZN məbləğində kredit limitinin ayrılması barədə razılaşma (Əsas Kredit Müqaviləsi) imzalanmışdır. Bundan sonra həmin Kredit müqaviləsi çərçivəsində xx.xx.2014-cü il tarixdə imzalanmış Əlavə Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 50.000 AZN məbləğində kredit verilmiş və kredit öhdəliklərin icrasının təmini kimi ipoteka ilə yüklü edilmişdir. Bundan başqa öhdəliklərin icrasının təmini kimi zamin Cavabdeh2 ilə Kreditor arasında xx.xx.2014-cü il tarixli, 12-S-5-0-182-14 saylı Zaminlik müqaviləsi bağlanmış və zamin-cavabdeh borclu ilə birlikdə öhdəliyin icrası üşün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 ilə 12-S-5-0-182-14 saylı xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmış və O, özünə məxsus olan Bərdə rayonu, Balaqəcər kəndində mülkiyyətdə olan 0,3048 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 kv.m. yaşayış, 82.8 kv.m. köməkçi sahədən ibarət fərdi yaşayış evi olan daşınmaz əmlakını və digər Cavabdeh2 ilə 12-S-5-0-182-14 saylı xx.xx.2014-cü il tarixli İpoteka müqaviləsi bağlanmış və O, Bərdə rayonu Gərənə kəndində mülkiyyətində olan 1.0 ha torpaq sahəsini ipoteka ilə yüklü etmişlər. İpoteka predmeti olan daşınmaz əmlakların dövlət qeydiyyatı AR Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin Bərdə Rayon Ərazi İdarəsində müvafiq olaraq xx.xx.2011-ci il tarixdə və xx.xx.2008-ci il tarixlərdǝaparılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehin xx.xx.2017-ci il tarix olan hesablamalara görə iddiaçıya 32.943.33 AZN məbləğində kredit, 10.460.94 AZN faiz borcu, həmçinin 1.736.17 AZN faizlərin gecikdirilməsinə görə hesablanmış dəbbə pulu, cəmi 45.140.44 AZN borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən cavabdeh iddiaçıya ödəmə müddəti çatmış və ödənilməmiş kreditə görə hər gecikmiş gün üçün 0,1 % (sıfır tam onda bir) faiz olmaqla, 1.736.17 manat məbləğində penya ödəməlidir. Mülki Məcəllənin 424.2.-ci maddəsinə əsasən tərəflərin öhdəliklərinə xitam verilməli və o, aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin vurduğu zərəri ödəməlidir.Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-in xeyrinə 2014-cü il 26 fevral tarixli kredit müqaviləsi üzrə banka 32943.33 manat əsas, 36848.3 manat faiz, 17192.92 manat cərimə və kredit müqaviləsi üzrə 2309.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2961 məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 89945.55 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2.Tutmanın Cavabdeh1 məxsus olan Bərdə rayonu, Güloğlular kəndində olan 0.3048 ha torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 Kv.m yaşayış 82.8 kv.m. köməkçi sahədən ibarət fərdin yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, həmçinin qeyd olunan borcun Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Bərdə rayonu, Güloğlular kəndində olan 0.3048 ha torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 Kv.m yaşayış 82.8 kv.m. köməkçi sahədən ibarət fərdin yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakda olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi; Həmçinin Cavabdeh2 məxsus olan Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi;
5. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək,
1. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-in xeyrinə 2014-cü il 26 fevral tarixli kredit müqaviləsi üzrə banka 32743.33 manat əsas, 41111.19 manat faiz, 20603.09 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən 01.3.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 4030.35 məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 98487.96 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2.Tutmanın Cavabdeh1 məxsus olan Bərdə rayonu, Güloğlular kəndində olan 0.3048 ha torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 Kv.m yaşayış 82.8 kv.m. köməkçi sahədən ibarət fərdin yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi həmçinin qeyd olunan borcun Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Bərdə rayonu, Güloğlular kəndində olan 0.3048 ha torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 Kv.m yaşayış 82.8 kv.m. köməkçi sahədən ibarət fərdin yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakda olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi; Həmçinin Cavabdeh2 məxsus olan Bərdə rayonu, Gǝrǝnǝ kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi;
5. Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 25 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq:
1. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "Nikoyl” İKB ASC-in xeyrinə 2015-ci il 23 iyun tarixli kredit müqaviləsi üzrə banka 13994.83 manat ǝsas, 1754.74 manat faiz, 2288.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18037.73 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi;
2. Tutmanın Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "Nikoyl” İKB ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh2 məxsus olan Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi;
5. Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 25 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarasınız. İddiaçı ASC iddia ərizəsini belə əsaslandırmışdır ki, 2014-cü il 25 fevral tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin "Bərdə" filialında 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 23 iyun tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 6%-lǝ 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsi 2014-cü il 25 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2015-ci il 23 iyun tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 23 iyun tarixli kredit müqaviləsinin 1.14-cü bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il yanvarın 25-dək Cavabdeh1 2015-ci il 23 iyun tarixli kredit müqaviləsi üzrə banka 13994.83 manat əsas, 1754.74 manat faiz, 2288.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18037.73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə verərək,
1. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-in xeyrinə 12195.37 manat əsas, 5192.31 manat faiz, 19226.92 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2573.2 məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 39187.8 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2.Tutmanın Cavabdeh1 məxsus olan Bərdə rayonu, Güloğlular kəndində olan 0.3048 ha torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 Kv.m yaşayış 82.8 kv.m. köməkçi sahədən ibarət fərdin yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi həmçinin qeyd olunan borcun Cavabdeh2 mülkiyyətindəki Bərdə rayonu, Gərənə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi;
4. Cavabdeh1 məxsus olan Bərdə rayonu, Güloğlular kəndində olan 0.3048 ha torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaqlı, 64.1 Kv.m yaşayış 82.8 kv.m. köməkçi sahədən ibarət fərdin yaşayış evinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakda olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi; Həmçinin Cavabdeh2 məxsus olan Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2 Bərdə rayonu, Gərənə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi;
5. Cavabdeh1 ilə "Nikoyl” İKB ASC arasında bağlanmış 25 fevral 2014-cü il tarixli əsas kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)17/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi tələbinə dair 2(021)-17/2022 saylı mülki iş iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi tələbinə dair 2(021)-8/2022 saylı mülki işlə birləşdirilmişdir. Daha sonra İddiaçı ASC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinə dəqiqləşdirmə verərək,
1. İddiaçı "Nikoyl” İKB ASC-nin cavabdehlər Cavabdeh1 və digərinə qarşı xx.xx.2015-ci il tarixli 12-SKMF-6-0-394-15 nömrəli kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılması barədə qərardad qərardad qəbul edilməsini,
2. 12-S-5-0-182-14 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə X13, X15, X9 və X14 əlavə cavabdeh kimi işə cəlb edilməsini;
3. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26943.33 AZN əsas, 41111.19 AZN faiz, 20603.09 AZN cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək gecikdirilmiş vaxt üçün əsas borca illik 5 (beş) faizlə əldən çıxmış fayda olaraq hesablanmış 4030.35 AZN olmaqla, ümumilikdə cəmi 92687.96 AZN məbləğində borcu bu sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, həmin əmlaklar bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətlərə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait borcluların Banka olan borcuna ödənilməsi, borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi, İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borclulardan Bankın xeyrinə müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətindəki Bərdə rayonu, Güloğlular kəndində mülkiyyətdə olan 0,3048 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.1 kv.m yaşayış, 82.4 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X5, X10, X2 və X3 Bərdə rayonu, Güloğlular kəndində mülkiyyətdə olan 0,3048 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 64.1 kv.m yaşayış, 82.4 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, fərdi yaşayış evi boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh2 məxsus olan Bərdə rayonu, Gərənə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Bərdə rayonu, Gərənə kəndində yerləşən, 1.0 ha torpaq sahəsinə olan istifadə hüquqları itirilmiş hesab edilməsi, həmin torpaq sahəsi boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə X13, X15, X9 və X14 əlavə cavabdeh kimi işə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X11 məhkəməyə barışıq sazişini təqdim edib xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə cavabdehlərlə barışıq sazişi bağlayaraq razılığa gəldiklərini və iddia tələbi xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə həmin hissədə xitam verilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək iddia tələbinin xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı nömrəli kredit müqaviləsi hissəsində razılığa gəldiklərindən hissədə baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə iddiaçı ilə barışıq sazişi bağlayaraq razılığa gəldiklərini bildirdi. Həmçinin iddia tələbinin xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı nömrəli kredit müqaviləsi hissəsindəki tələbinə baxılmamış qalmasına razı olduğunu bildirdi. Məhkəmə iclasında cavabdeh X14 xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə iddiaçı ilə barışıq sazişi bağlayaraq razılığa gəldiklərini bildirdi. Həmçinin iddia tələbinin xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı nömrəli kredit müqaviləsi hissəsindəki tələbinə baxılmamış qalmasına razı olduğunu bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edib, hesab edir ki, mülki iş Cavabdeh1, Cavabdeh2, X7, X12, X4 və X8 qarşı “xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi” hissəsində baxılmamış saxlanılmalıdır. Mülki işə əlavə edilmiş "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı Əlavə Kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 6% olmaqla 12 ay güzəşt müddəti ilə 36 ay müdddətinə 15 000 (on beş min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş Nikoyl» İKB ASC, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı saylı Kredit Müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi halda zamin Cavabdeh2 bank qarşısında borclu ilə birgə məsuliyyət daşımasını öz üzərinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2018-ci il tarixli Xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı Kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası tərəfindən təqdim olunmuş 9/4173 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixinə olan əsas borc üzrə 13994,81 manat, faiz borcu üzrə 2104,11 manat təşkil etdiyi göstərilmişdir. (Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir) . Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən mülki işə xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı saylı kredit müqaviləsi üzrə iddia tələbinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən mülki iş üzrə xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı saylı kredit müqaviləsi üzrə iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə xərcləri ilə bağlı 30 manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Mühasibatlıq rəyi ilə əlaqədar cəmi 150 manatın 75 manatı Cavid Müfaqət oğlu və Cavabdeh2dan, 75 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Məhkəməsinin hesabına ödənilməlidir. . Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə r a r a a l d ı:
İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X12, X4 və X8 qarşı “xx.xx.2014-cü il tarixli №12-S-5-0-182-14 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi” və iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “xx.xx.2015-ci il tarixli №12-SKMF-6-0-394-15 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi” tələbinə dair mülki iş cavabdehlər Cavabdeh1, Cavabdeh2, X7, X12, X4 və X8 qarşı “xx.xx.2015ci il tarixli №12-SKMF-6-0-394-15 saylı kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetine yönəldilməsi” hissəsində iddia tələbi baxılmamış saxlanılsın . Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya "xxxx" ASC-yə aid olunsun. Mühasibatlıq rəyi ilə əlaqədar 150 manatın 75 manatı Cavid Müfaqət oğlu və Cavabdeh2dan, 75 manat hissəsi isə İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Məhkəməsinin hesabına ödənilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər.
Hakim: Qamət Əbilov