Məhkəmə qərarları › İş №2(021)-503/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-503/2024

23.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-503/2024 23.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X14 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Cavabdeh Tanrıverdi oğlunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh Tanrıverdi oğluna (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı “evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, onun övladları ilə birlikdə Bərdə rayonu Meşəçilik İnstitunda yerləşən evə (iddia ərizəsində “balaca bir daxal” qeyd edilmişdir) köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tanrıverdi oğlu ilə 28 dekabr 2011-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Onların birgə nikahlarından 26 oktyabr 2014-cü il təvəllüdlü X7 və 22 oktyabr 2016-cı il təvəllüdlü X6 adlı 2(iki) övladları anadan olmuşdur. Aralarında yaranan narazılıqlara görə xeyli vaxtdır ailə münasibətləri pozulmuşdur və nikahlarının pozulmasına dair işləri Ağdam Rayon Məhkəməsinin icraatındadır. Belə ki, Hüseynov X3 rayonundan məcburi köçkün olduğu üçün müvəqqəti olaraq Bərdə rayonu Meşəçilik institutunda yaşayır. Onlar ailə həyatı qurub el adəti ilə toy etdiyi zaman gəlin olaraq Cavabdeh yaşadığı Bərdə rayonu Meşəçilik institutunda yerləşən balaca bir daxala köçmüşdür. Ailə münasibətləri pozulsa da, yaşamağa başqa yeri olmadığından cavabdehin evində müvəqqəti olaraq yaşamağa başlamışdır. Lakin bir müddətdən sonra cavabdeh və onun ailəsi onu övladları ilə birlikdə evdən qovmuşlar. Hazırda orada yaşamır. Onun övladları ilə birlikdə başqa yaşamağa yerləri yoxdur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəməyə ərizə verərək işə iddiaçının iştirakı olmadan, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq, işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək göstərdi ki, oğlu Cavabdeh 2011-ci ildə iddiaçı ilə evlənmiş, birgə nikahlarından 2 uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçı nəinki oğlu ilə, onların bütün ailə zvləri ilə yola getməmiş, evdə söz-söhbət yaratmışdır. Hazırda nəvələri ona məxsus evdə yaşayırlar, məktəbə gedib-gəlirlər. Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində onlara yaşamaq üçün torpaq sahəsi verilmiş, həmin torpaq sahəsində balaca bir daxal tikmişlər ki, orada yaşasınlar. Həmin daxal və daxalın yerləşdiyi torpaq sahəsi sənədsizdir. Evi isə özü tikmişdir. Hesab edir ki, iddiaçının həmin evə köçürülməsi mümkün deyildir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuşdur, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Cavabdeh Tanrıverdi oğlu xx.xx.1990-cı ildə Ağdam rayonu Şıxlar kəndində anadan olmuşdur, Ağdam rayonu Şıxlar kəndində qeydiyyatdadır. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsi tərəfindən verilmiş 06 iyun 2023-cü il tarixli, 1365 nömrəli arayışdan görünür ki, Ağdam rayonundan məcburi köçkün İddiaçı Bərdə rayonu Meşəçilik qəsəbəsində özbaşına tikilidə müvəqqəti məskunlaşmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2011-ci il tarixli AZ-İ 739419 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Tanrıverdi oğlu ilə X10 28 dekabr 2011-ci il tarixdə 862 nömrəli rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Qərvənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 noyabr 2014-cü il tarixli, AZ-İİİ 419296 nömrəli və Bərdə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 oktyabr 2016-cı il tarixli, AZ-İİİ 834400 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü ildə Ayşə və xx.xx.2016-cı ildə Aynur adlı uşaqları doğulmuşdur. xx.xx.2014-cü ildə anadan olmuş X4 və xx.xx.2016-cı ildə anadan olmuş X2 “ata” qrafasında atası kimi Cavabdeh Tanrıverdi oğlu, “ana” qrafasında anası kimi İddiaçı qeyd edilmişdir. 06 iyun 2023-cü il tarixli MŞG//MT-032/2023-00675 nömrəli Arayışdan görünür ki, Cavabdeh Tanrıverdi oğluna və İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı mediasiya seansında iştirak etmək üçün 50 manat məbləğində xidmət haqqı ödəmişdir. Mülki mübahisənin gerçək hallarından görünür ki, iddiaçı 28 dekabr 2011-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə cavabdehlə ailə həyatı qurmuş, evləndikdən sonra cavabdehin valideynləri tərəfindən özbaşına tikili kimi inşa edilmiş, Bərdə rayonu Meşəçilik İnstitutu ərazisində yerləşən evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılıqlara görə ayrılmışlar. İddiaçının köçmək istədiyi ev mülkiyyət hüququ əsasında heç kimin adına qeydə alınmamış, ümumiyyətlə belə bir evin mövcudluğu barədə iddiaçı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa əgər belə bir yaşayış evi mövcud olsa belə həmin ev cavabdehə deyil, sonuncunun valideyinlərinə məxsus olmuş, məcburi köçkün kimi onlara ayrılmış torpaqda özlərinə daxal tikmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə görə məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının köçərək yaşamaq istədiyi fərdi yaşayış evi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və ümumiyyətlə belə bir evin mövcudluğu barədə iddiaçı məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM: 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən mediasiya seansında iştiraka görə ödənilmiş 50 manat məbləğində vəsait iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı Cavabdeh Tanrıverdi oğluna qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən mediasiya seansında iştiraka görə ödənilmiş 50 (əlli) manat məbləğində vəsait İddiaçı özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar