Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-5042/2025 28.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə “itkin düşmə faktının müəyyən edilıməsinə” dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1951-ci il təvəllüdlü bacısı X1 xx.xx.1996-cı ildə itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizəçi X2 iş materiallarına X1 doğum haqqında arayışı əlavə etsə həmin arayışda ata qrafası boş saxlanılmış, ərizəçi X1 onun bacısı olmasına dair sənədləri, həmçinin X1 barəsində axtarış işi açılması barədə sənədləri, axtarış işinin nəticəsi barədə qərarı ərizəsinə əlavə edilmişdir. MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 150.1.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Ərizəçi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Həmin maddələrin tələblərinə əsasən Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN- Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi cəlb edilməklə “itkin düşmə faktının müəyyən edilıməsinə” dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM: Ərizəçi maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “itkin düşmə faktının müəyyən edilıməsinə” dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-5042/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-5042/2025
28.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver