Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-507/2023 03.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər X20 Xidmət Mərkəzi Notariat Ofisinə və AccessBank QSC-yə qarşı “vərəsə olma faktı” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X20 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum arvadı X5 “vərəsə olma faktı” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum arvadı X7 ilə *9.05.*988-ci il tarixdə rəsmi nikah bağlamış, birgə nikahdan Zülfiqar, Zülfiyyə və Ruhiyyə adlı uşaqları olmuşdur. Mərhum arvadı X7 *8.**.202*-ci il tarixdə vəfat etmişdir. X20 Xidmət Mərkəzi Notariat Ofisinə müraciət edilmiş və bildirmişlər ki, müddət keçmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin *3.*2.2022-ci il tarixli qərardadı ilə AccessBank QSC maraqlı şəxs qismində işə cəlb olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək bildirdi ki, mərhum arvadı X5 adına AccessBank QSC-də əmanət hesab vardır. Lakin banka müraciət etsə də, onun vərəsə olmasına bəhanə gətirərək pulu ona vermirlər. Odur ki, ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf X20 Xidmət Mərkəzi Notariat Ofisinə və AccessBank QSC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə hesab etdi ki, maraqlı şəxsin nümayəndələrinin gəlməməsinin işə baxmağa mane olmur. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*965-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri, Vaqif küçəsi, məh 2, ev 6 qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6368 saylı **.**.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6369 saylı **.**.2022-ci il tarixli arayışdan görünür ki, X* şəhəri, Vaqif küçəsi, 2/ 6 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6370 saylı **.**.2022-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri, Vaqif küçəsi, 2/ 6 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6367 saylı **.**.2022-ci il tarixli arayışdan görünür ki, X3 şəhəri, Vaqif küçəsi, 2/ 6 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.**.202*-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 *8.**.202*-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *9.05.*988-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X*0 *9.05.*988-ci il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş doğum haqında şəhadətnamədən görünür ki, X8 *8.04.*994-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi ,ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqında şəhadətnamədən görünür ki, X9 22.09.*990-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi ,ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş doğum haqında şəhadətnamədən görünür ki, X9 22.09.*990-cü il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı Ərizəçi ,ana qrafasında ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, X8, X9 və X6 notarial qaydada ərizə verərək mərhum anası X7 *8.**.202*-ci il tarixdə vəfat etmiş və mirasın qəbul edilməsi üçün müddət ötürülmüşdür.Onun ölümündən sonra qalmış mirasın nədə ifadə olunmasından və harada olmasından aslı olmayaraq nə faktiki, nədə ərizə ilə qəbul etməmiş, miras tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmiş, buna görə də vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyil.Mirasın qəbul edilməsi üçün müddətin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət edəcək. Notarus tərəfindən mirasdan imtina etmək barədə ərizə geri götürülə bilməməsi və ləğv edilə bilməməsi izah edilmişdir. İş materiallarına əlavə olunmuş əmanət hesabı sahibi barədə ərizədən (nümunə forması Accessbank məxsus olan) müəyyən olunur ki, X5 adına 27 oktyabr 202*-ci il tarixdə *2 ay müddətinə müddətli əmanət hesabı üzrə bankla əmanətçi arasında bank əmanəti müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə mürciət etmək üçün *00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Ərizəçi ilə X*0 *9.05.*988-ci il tarixdə nikah bağlamışdırlar. Nikah bağlandıqdan sonra ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir. Tərəflərin birgə nikahından Zülfiqar, Zülfiyyə və Ruhiyyə adlı uşaqları olmuşdur. X7 *8.**.202*-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl X5 adına 27 oktyabr 202*-ci il tarixdə *2 ay müddətinə müddətli əmanət hesabı üzrə bankla əmanətçi arasında bank əmanəti müqaviləsi bağlanmışdır. Birgə nikahdan olan uşaqlar mirasdan imtina etmək barədə notarial qaydada ərizə vermişlər. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edir ki, ərizəçinin bildirdiyinə görə banka müraciət etsə də, onun vərəsə olmasına bəhanə gətirərək pulu ona vermirlər.Bu səbəbdəndə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının məhkəmə müəyyən edir. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. MPM-nin 307.2.**-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum arvadı X5 vərəsəsi olma faktı müəyyən olunmalıdır Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin **9-cu maddəsinə əsasən ödənilmiş *00 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum arvadı X5 vərəsəsi olma faktı müəyyən edilsin. Ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-507/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-507/2023
03.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver