Məhkəmə qərarları › İş №2(021)-5086/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-5086/2025

11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-5086/2025 11.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və X7maqla “Mirasın qəbul edilməsi üçün müddətin üzrlü hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddia tələbi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, ünvan 1 ünvanında yerləşən 0.07 sot həyətyanı torpaq sahəsinin mirasın qəbul edilməsi müddətinin ötürülmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbinin əsası Ərizə onunla əsaslandırılmışdır ki, X1 ilə anası X4 xx.xx.1978-ci ildə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikahlarından o və qardaşı Maraqlı şəxs2 anadan olmuşdur. X1 24 noyabr 1997-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə onun xüsusi mülkiyyətinə İİ dərəcəli əlil olması nəzərə alınaraq fərdi yaşayış evi tikməsi üçün Azərbaycan Respublikası Bərdə rayon Xalq deputatları soveti rəyasət heyətinin 15 iyul 1994-cü il tarixli 871 nömrəli qərarı ilə Şirvanlı kəndində 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Atası həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Hazırda da həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Atası vəfat etdikdən sonra o, ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsini miras olaraq o qəbul etmişdir. İndi isə o hal- hazırda miras qalmış həyətyanı torpaq sahəsi rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəb də onu göstərdilər ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Bunun üçün də miras əmlakı qəbul etməsi müddəti ötürülmüşdür. Maraqlı şəxs kimi qeyd etdiyi anası və qardaşı da mirası onun qəbul etməsinə heç bir etirazı yoxdur. ünvan 1 ünvanındakı həyətyanı torpaq sahəsi hal-hazırda onun istifadəsində olmasını onunla bir küçədə yaşayan qonşuları və qohumları da təsdiq edə bilərlər. Bunun üçün də mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli ******* saylı Asan-Bərdə orqanının verdiyi arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Şirvanlı kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. Sorğu nəticəsində əldə edilmiş məlumatdan görünür ki Maraqlı şəxs2 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 1042/2025 saylı məktubdan görünür ki, Ərizəçi müddətin uzadılması eyni zamanda mirasın əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət olunması tövsiyyə edilmişdir. İş materiallarına 1993-cü il tarixli sahəseçmə aktı əlavə olunmuşdur. xx.xx.1994-cü il tarixli 871 saylı qərardan görünür ki, X5 0.07 ha torpaq sahəsi həyətyanı sahə kimi verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli 830 saylı Bərdə RİHB-nin Şirvanlı kənd i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Bərdə rayonu Şirvanlı kəndində yaşamış mərhum X3 ailə üzvləri: X4, Maraqlı şəxs2, Ərizəçi olmuşdur. xx.xx.1998-ci il tarixli 292454 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 noyabr 1997-ci il tarixdə ölmüşdür. xx.xx.1978-ci il tarixli 473348 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Maraqlı şəxs1 arasında xx.xx.1978-ci il tarixdə Bərdə rayonunda 34 saylı akt qeydi ilə nikah tərtib edilmişdir. xx.xx.2006-cı il tarixli 839593 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. X1, anası X2r. xx.xx.2004-cü il tarixli 459074 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 15.02.194-cü il tarixdə anadan olmuşdur. X1, anası X2r. xx.xx.2025-ci il tarixli 135450 saylı etibarnamədən görünür ki, X4, Ərizəçi etibarnamə üzrə səlahiyyətlər vermişdir. AB seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2025ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatdadır. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 101 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, İddiaçılar həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MM-nin : 1248.1. maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həqiqətən miras Ərizəçi tərəfindən qəbul edilərək faktiki sahiblik hüquqları realizə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi tərəfindən Bərdə rayonu Şirvanlı kəndində 0.07 ha həyətyanı torpaq sahəsinin miras olaraq qəbulu üçün qanunla müəyyən edilmiş ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü ərizəçinin üzərinə düşür. Göründüyü kimi, Ərizəçi tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Ərizəçi məhkəməyə iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən Bərdə rayonu Şirvanlı kəndində 0.07 ha həyətyanı torpaq sahəsinin miras olaraq qəbulu üçün qanunla müəyyən edilmiş ötürülmüş müddət üzrlü hesab edilərək bərpa edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar