Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-509/2023 19.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X* iclas katibliyi, Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək, məhkəmə hazırlıq iclasına gələ bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını və məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Maraqlı şəxs3 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, həmin miras əmlakı qəbul etmişdir. Buna görə də həmin işi mübahisələndirməklə işin baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə digər maraqlı şəxslərə qanunda nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə MPM-in 306.4-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 306.4-cü maddəsinin tələbinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılmalı, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi MPM-nin 263-264, 267- 269-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs3, Maraqlı şəxs2, Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-509/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-509/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver