Məhkəmə qərarları › İş №2(021)-524/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-524/2023

07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-524/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Kontorunun xüsusi notariusuna və Maraqlı şəxs*nə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs*nə qarşı ərizə ilə məhkəməyə müraciət edərək,mərhum X4nın mərhum X7 qızı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, Bərdə rayon sakini X*2 onun anasıdır. X26 ilə rəsmi olaraq ailə qurmuşlar və birgə nikah dövründə o və digər bacı- qardaşı anadan olmuşdur. X*9 vəfat etməmişdən öncə onun mülkiyyətində Bərdə şəhər C. Cabbarlı küçəsi dön * ev 25 ünvanında torpaq sahəsi və fərdi yaşayış evi olmuşdur. Fərdi yaşayış evi rəsmi olaraq X2nın adına olmuşdur. X2 *9 aprel *995-ci il tarixdə vəfat etdikdən sonra fərdi yaşayış evini qanun üzrə X*9 istifadə etmişdir. X4 0* iyul 2006-cı il tarixdə vəfat etdikdən sonra isə fərdi yaşayış evində o yaşamışdır. Hal-hazırda o, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı Asan xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə isə ondan mərhum X4nın doğum haqqında şəhadətnaməsini tələb edirlər. Anasının doğum haqqında şəhadətnaməsində X7 adının olması üçün anasının doğum haqqında şəhadətnaməsini tələb edirlər. Lakin X4nın doğum haqqında şəhadətnaməsi tapılmadığından mərhumǝ X9 Qubadovanın anası olmasına hər hansı bir sənədi tələb edirlər. Hazırda X4nın mərhumǝ X7 qızı olmasını təstiq edilməsini istəyir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərərk, mərhum X7 onun nənəsi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(02*)4040/2022 saylı 20.*2.2022-ci il tarixli qərarına əsasən Ərizəçi maraqlı şəxs Bərdə regı̇ onal ASAN xı̇ dmət mərkəzində notarı̇ at ofisinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə Maraqlı şəxs* maraqlı şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxslər Bərdə Regional ASAN Xidmət Mərkəzində Notariat Kontorunun xüsusi notariusuna və Maraqlı şəxs* məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*960-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən verilmiş, *9.07.2022-cİ il tarixli Çıxarışdan görünür ki, X*7 ilə X** arasında 29.03.*960-cı il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqan sonra ərə Qubadov, arvada Qubadova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən verilmiş *6.0*.2022-cİ il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.*960-cı il tarixdə anadan olmuşdur. X8, X4dır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən verilmiş JQ 4**437 saylı, *9.07.2022-cİ il tarixli arayışdan görünür ki, X*3 *9.04.*995-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən verilmiş №240-05/69 saylı, *6.02.2022-ci il tarixli arayışdan görünür ki, X*7 29.**.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs* tərəfindən verilmiş AZ *9968* saylı, *7.**.2022-cİ il tarixli arayışdan görünür ki, X*2 0*.07.2006-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, 0*.07.*935-ci ildə anadan olmuş X6 ana adı X5 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş № 2567 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq ounmuş surətindən görünür ki, Bərdə şəhəri C.Cabbarlı küçəsi ev */25 ünvanında yerləşən yaşayış evi X7 adna qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bərdə Bələdiyyəsi tərəfindən verimiş 58 nömrəli *9.09.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri C.Cabbarlı küçəsi ev 25 ünvanında qeydiyyatda olan nənəsi X*4 *4.04.*995-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdən bu günə kimi mərhuməyə məxsus evin və həyətyanı torpaq sahəsinin bələdiyyənin torpaq və əmlak vergisi onun nəvəsi Ərizəçi tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 49 saylı *3.0*.2023-cü il tarixli Arayışdan görünür ki, Bərdə şəhəri C.Cabbarlı küçəsi ev */25-də yaşamış mərhum X*3 *9.04.*995-ci il tarixdə vəfat etmiş və onun ailə tərkibi aşağıdakı kimi olmuşdur: X*2-qızı *935- ci il tarixdə doğulub, 0*.07.2006-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakmiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3875 saylı *9.07.2022 il tarixli Arayışdan görünür ki, mərhum X3 şəhəri Bərdə şəhəri C.Cabbarlı küçəsi döngə *, ev 25 ünvanında yaşayıb vəvəfat edəndən sonra aşağıdakı ailə üzvləri qalmışdır: X*2, X*7 və Ərizəçi . İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən *00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, mərhum X* Akif Məhi oğlunun nənəsi olub. X*3 *9.04.*995-ci il tarixdə vəfat etmişdr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, *6.06.*992- ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə vəfat etmiş X*3 oğlunun Ərizəçi qardaşı olmasının faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən Ərizəçi ərizəsi təmin edilməli, *6.06.*992- ci il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə vəfat etmiş X*3 oğlunun Ərizəçi qardaşı olmasının faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X* Akif Məhi oğlunun nənəsi olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar