Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-530/2023 25.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi ilə, İddiaçı cavabdeh Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X* və üçüncü şəxs Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X* və üçüncü şəxs Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş *8 oktyabr 2022-ci il tarixli, 8i-23682 reyestr nömrəli icra qeydinin ləğv edilməsinə və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərə qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə qeyd olunmuşdur ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Bərdə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X* və üçüncü şəxs Cavabdeh2 MMC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan *0 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-530/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-530/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver