Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-533/2025 05.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ . Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X2 iclas kаtibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “körpə uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun körpə uşaqları olan 09 yanvar 2023-cü ildə anadan olmuş X4 və 15 fevral 2024-cü ildə anadan olmuş X5 ilə birlikdə 4/5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən 119, 60 k.v ümumi sahədən ibarət olan fərdi yaşayış evinə köçürülmələrinə,mediasiya xidmətinə görə ödənilmiş 55 manatın və iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 50 manatın Cavabdeh1 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi Mülki Prosesual Məcəlləsinin 259.0.6-ci maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.6-ci maddəsinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “körpə uşaqları ilə birlikdə evə köçürülmə” tələbinə dair mülki iş tərəflərin məhkəmə iclasında iştirak etməməsi səbəbindən baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-533/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-533/2025
05.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver