Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-54/2023 19.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X24, İddiaçı və onun Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Soltan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaqdan çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Soltan oğlu məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 zəbt etdiyi ona məxsus seriya MH ******* saylı çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin arxa hissəsindən uzunluğu 14.2 metr, eni 2.5 metr olan mühafizə zolağından çıxarılması, həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin onun üzərinə qoyulması barədə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus 583Z saylı 0.20 ha torpaq sahəsində çıxarılması, 2000-ci ildən 2020-ci il tarixə kimi müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər 13300 (on üç min üç yüz) manat maddi ziyan, 200 (iki yüz) manat hüquqi xidmət və 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 alınaraq ona ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Soltan oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 3ində yaşayır. Bərdə rayonu, Otuzikilər kəndində 0.40 ha torpaq sahəsində 1 mərtəbəli, 2 otaqlı, 43.6 kv.m yaşayış, 30.1 kv.m köməkçi sahədən ibarət yaşayış evi tam mülkiyyət hüququ əsasında onun adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. **********78-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə 13 oktyabr 2008-ci il tarixdə qeydiyyata alınmış, Seriya MH ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda Bərdə rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 15 dekabr tarixli,15 saylı qərarı ilə 7 nəfərdən ibarət ailəsinə 4.08 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə pay torpağı verilmişdir. Bu barədə JN-583 saylı KOD 61018028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsinin 3.8 ha 583 saylı qeydiyyata alınmış, 0.02 ha isə 583 Z saylı ayrıca qeydiyyata alınmış, həmin 0.20 ha torpaq sahəsinə Azərbaycan Respublikası ƏMƏRY DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. (Bərdə DTXK-i torpağa mülkiyyət hüququna dair JN 583 Z saylı, 07 fevral 2000-ci il tarixli, plan və ölçünün tərtib edilməsi barədə AN 483432 saylı Torpaq sahəsinin planı və ölçüsü). Cavabdeh1 ona məxsus yuxarıda qeyd olunmuş fərdi yaşayış evinin arxa divarlarının mühafizə zolağını zəbt edərək yaşayış evinin divarlarının mühafizə edilməsinə maneçilik törədərək, Daşınmaz Əmlakın Texniki pasportunda qeyd edilmiş “A” yaşayış evinin arxasında yerləşən 14.2 m uzunluğunda, 2.5 m enində torpaq sahəsini mənimsəyərək mütəmadi olaraq həmin sahəyə sulanma aparmaq adı ilə su buraxır. Nəticədə evin divarları daimi su çəkir və korroziyaya uğrayır. Bundan əlavə Cavabdeh1 onun etibarından sui-istifadə edərək ona və ailəsinə məxsus yuxarıda qeyd olunan torpaq sənədlərinin içərisindən ayrıca vərəqdə çap edilmiş 583 Z saylı 0.20 ha torpaq sahəsinin “mülkiyyətə verilmiş torpaq sahəsinin planı” vərəqini götürmüş, o isə müvafiq sənədləri toplayarkən 7 saylı Bərdə Rayon Ərazisi idarəsindən aldığı sənədlərə baxarkən ona məxsus 0.20 ha torpaq sahəsinin olduğunu bilib. Bu məsələni aydınlaşdırarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 ona məxsus 0.20 ha torpaq sahəsini ona məxsus olduğunu bildirərək 5832 saylı torpaq sahəsini cavabdehlər həmin kənd sakinləridir. Həmin 583 Z saylı torpaq sahəsi cavabdeh tərəfindən özünə məxsus torpaq sahəsi adı ilə Otuzikilər kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 verilmişdir. Həmin sahələrin boşaldılması barədə həmin şəxslərə müraciət edərkən isə onlar torpaq sahəsini Cavabdeh1 aldıqlarını bildirmişlər. Beləliklə aydın olmuşdur ki, 07 fevral 2000-ci ildən ona məxsus 0.20 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən mənimsənilmiş, yuxarıda qeyd olunmuş digər cavabdeh şəxslərə verilmişdir. Keçən 20 il müddətində 0.20 ha torpaq sahəsindən əldə edə biləcəyi gəlirdən mərhum olmuşdur. Mütəxəssis hesablanmasına dair rəyə əsasən orta hesabla 20 il ərzində 0.20 ha torpaq sahəsindən ildə orta hesabla 190 yonca kipi götürməklə, hər il bir yonca kipinin 3.5 manat olmaqla 665 manat gəlirdən məhrum olmuşdur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən hüquqularının qorunması məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək tanınan və qorunan hüququdur. Hesab edir ki, Cavabdeh1 zəbt etdiyi ona məxsus fərdi yaşayış evinin arxa tərəfindən mühafirə zolağından yəni uzunluğu 14.2 m, eni 2.5 m olan torpaq sahəsindən çıxarılmalı və cavabdeh tərəfindən sökülmüş mühafizə setkası onun tərəfindən bərpa edilməlidir. Müvafiq sənədlərə ona məxsus 0.20 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh5 istifadəsinə verilmiş 583 Z saylı 0.20 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsini qanunsuz mənimsəmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) alınaraq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı Soltan oğlu iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Soltan oğlunun vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı saxta sənədlər düzəldib, torpağa aldığı sənəd qanuni deyil, iddiaçının tələb etdiyi torpaq sahəsi onun evinin arxasıdır, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 Frəməz oğluna, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 Frəməz oğlunun, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx xxxx 1961-ci ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09315467 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X42 24 iyul 1977-ci ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 03001740 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 25 iyul 1969-ci ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 06804621 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 13 mart 1956-cı ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08095924 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X25 24 sentyabr 1959-cu ildə Bərdə rayonu, Otuzikilər kəndində doğulmuş, Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Otuzikilər kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 61 nömrəli, 17 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh5 ünvan 3ində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan MH ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyesterindən Çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Otuzikilər kəndində İddiaçı mülkiyyətində 0.40 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 43.6 kv.m yaşayış, 30.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyesterində **********14 qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı, X2, X15, X19, X7, X3 və X26 birgə mülkiyyətinə Bərdə rayonu Otuzzikilər kəndində 0.20 ha kənd təsərrüfat təynatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan JN 583 KOD 61018018 torpağa mülkiyyət hüququnda dair Dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar islahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli, 15 saylı qərarı ilə İddiaçı Soltan oğlunun, X16, X4, X8, X20, X9 və X26 mülkiyyətinə 4.08 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Bərdə Rayon Aqrar İnkişaf Mərkəzi tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli 90 saylı məktuubda göstərilmişdir ki, ünvan 3i Ərazisində 1 hektar torpaq sahəsnə aqrotexniki qaydada düzgün quulluq edilərsə, bir il ərzində 4 dəfə biçin aparılmaqla, orta hesabla hər biçində 180-200 ədəd yonca kipi biçib götürmək olar, belə olduğu halda 0.20 hektar torpaq sahəsindən isə 4 dəfə biçin aparılmaqla hər biçində 40-50 ədəd yonca kipi götürmək mümkündür. Bu da il ərzində 180-200 yonca kipi deməkdir, yonca kipinin isə halhazırda qara bazarda qiyməti 3.50-4.50 manatdır. Yəni bu o deməkdir ki, bir il ərzində göstərilən sahədən 600-800 manat arası gəlir götürmə olar, burda görülən işlərə çəkilən xərc nəzərə alınmayıb. İş materiallarında olan Bərdə rayon, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 795 nömrəli, 09 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Mehdiyev X37 rayonu, Otuzikilər kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 794 nömrəəli, 09 sentyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Soltan oğlunun ail üzvləri arvadı X29 və oğlu X1 ibarətdir. İş materiallarında olan Bərdə rayon, Otuzikilər kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 947 nömrəli, 22 oktyabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 3ində yerləşən “Çəkil Bağı”adlanan ərazidə 0.20 ha torpaq sahəsi islaahat dövründən də əvvəl və sonra da Cavabdeh1 istifadəsində olmuşdur. İş materiallarında olan JN 582 KOD 61018018 dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 aylı qərarı ilə X17, X13, X21, X5, X10 və X18 mülkiyyətinə Bərdə rayonu, Otuzikilər kəndində 3.10 ha kənd təsərrüat təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrində **********11 qeydiyyat nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətində ünvan 3ində 2.10 ha torpaq sahəsi qeydiyyata alınmışdır. İş materiallarında olan JN 236A KOD 61018018torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 15 dekabr 1998-ci il tarixli 15 aylı qərarı ilə X17, X13, X21, X5, X10 və X18 mülkiyyətinə Bərdə rayonu, Otuzikilər kəndində 0.18 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan 15 iyul 2020-ci il tarixli aktdan müəyyən olunur ki, Bərdə rayonu Otuzikilər bələdiyyəsində tərtib edilmişdir ondan ötəri ki, Cavabdeh1 adına olan JN 582 nömrəli dövlət aktında olan keçmiş çəkilbağı deyilən ərazidəki 0.20 ha torpaq sahəsi dövlət aktı kodlaşdırılan zaman səhvən 583Z kodu vurulmağına baxmayaraq həqiqətən həmin torpaq sahəsi kolxoz dövründə baramaqurdu saxlamaq üçün Cavabdeh1 təhkim edilmiş və torpaq islahatı aparılan zaman isə islahat Komissiyasının qərarı ilə Cavabdeh1 öhdəsində saxlanılmışdır. 583Z kodun sahibi İddiaçı Soltan oğlunun qeyd edilən torpaq sahəsi ilə heç bir zaman heç bir formada əlaqəsi olmamışdır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-3063/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, mübahisənin predmetini təşkil edən 0.20 ha torpaq sahəsi ləğv edilmiş DT və XK-nın Bərdə rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 583Z nömrəli, 07 fevral 2000-ci il tarixli Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı və onun ailə üzvlərinə məxsusdur, 583Z nömrəli Dövlət aktına əsasən 0.20 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq 22 iyun 2020-ci il tarixli **********14 reyestr nömrəli çıxarış verilmişdir, İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində çıxarışa əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi üst-üstə düşmür, İddiaçı məxsus fərdi yaşayış evinin arxa hissəsində yerləşən 2.0 metr enində 14.2 metr uuzunluğunda mülkiyyətində olan torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir, həmin torpaq sahəsi 13 oktyabr 2008-ci il tarixli 6385 invertar nömrəli texniki pasporta əsasən İddiaçı Soltan oğlunun mülkiyyətində olan torpaq sahəsidir. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-315/2021 saylı, 12 mart 2021-ci il tarixli qərardadı ilə təkrar torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 aid tikililərin kordinatları müəyyən edilərkən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində **********14 reyestr nömrəsi ilə İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyət hüququ qeydiyyata alınmış 0.20 ha torpaq sahəsinin A 483432 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlarla müqayisə etdikdə tikililərin həmin torpaq sahəsi üzərində yerləşmədiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-713/2022 nömrəli, 22 aprel 2022-ci il tarixli qərarının surətində müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 2-1(104)- 708/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarda qeyd edilmişdir ki: “ 31. Bərdə rayonu Otuzikilər bələdiyyəsinin 15 iyul 2021-ci il tarixli aktına görə, iddiaçı adına olan JN-582 nömrəli dövlət aktında plan keçmiş çəkilbağ deyilən ərazidəki 0,20 ha torpaq sahəsi dövlət aktı kodlaşdırılan zaman səhvən 583Z kodu ilə vurulmağına baxmayaraq həqiqətən həmin torpaq sahəsi kolxoz dövründə baramaqurdu saxlamaq üçün İddiaçı təhkim edilmiş və torpaq islahatı aparılan zaman isə islahat komissiyasının qərarı ilə İddiaçı öhdəsində saxlanılmışdır.
32. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN-582 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarı ilə ünvan 1 sakini iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 3.10 ha torpaq sahəsi verilmişdir. Həmin akta əlavə edilmiş torpaq sahəsinin planı (cizgisi) sənədinə əsasən 582 nömrəli mülk üzrə 30981,87 kv.m, 583Z nömrəli mülk üzrə 2000 kv.m torpaq sahəsi mövcuddur.
33. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, JN583 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən, ünvan 2 ünvan 1 sakini X8 və onun ailə üzvlərinin mülkiyyətinə 4.08 ha torpaq sahəsi verilmişdir. Həmin akta əlavə edilmiş torpaq sahəsinin planı (cizgisi) sənədinə əsasən 583 nömrəli mülk üzrə 38772,49 kv.m, 583Z nömrəli mülk üzrə 2000 kv.m torpaq sahəsi mövcuddur.
34. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2018ci il tarixli, ********** qeydiyyat, **********04 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ərazisində yerləşən 3,877 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə İddiaçı, X22, X11, X14, X27, X12 və X30 məxsusdur.
35. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsinə görə, hədiyyə verənlər İddiaçı, X22, X11, X14 və X6 rayonu Otuzikilər kəndi ünvanında yerləşən ümumi sahəsi 3,877 ha olan torpaq sahəsinin birgə mülkiyyət üzrə onlara məxsus hissəsini bütünlüklə X12 bağışlamışlar.
36. Bundan başqa apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat, **********14 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışa əsasən, ünvan 3i ərazisində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə pay üzrə İddiaçı, X22, X11, X14, X27, X12 və X30 məxsusdur.
37. Beləliklə Bərdə rayon Aqrar İslahat Komissiyasının eyni tarixli (xx.xx.1998-ci il tarixli), eyni saylı (15 saylı) qərarı əsasında Torpağa mülkiyyət hüququna dair Dövlət aktları üzrə lakin müxtəlif rəqəmlər altında və müxtəlif ölçüdə ünvan 1 sakinləri İddiaçı (JN582 KOD ********) və X19 (JN-583 KOD ********) torpaq sahələri verilmişdir.
38. Yəni, iddiaçıya torpaq sahəsinə dair verilmiş Dövlət aktı JN 582 KOD 61018018 saylı rəqəmlər, üçüncü şəxsə verilmiş torpaq sahəsinə dair Dövlət aktı JN 582 KOD 61018018 saylı rəqəmlər üzrə yazılmışdır ki, bu da təbii haldır, belə ki, müxtəlif torpaq sahələrinə dair Dövlət aktlarına nömrə verilərkən, ikisinə də eyni nömrə yazıla bilməz.
39. İddiaçının torpaq sahəsinin plan-cizgisində isə 583Z rəqəminin göstərilməsi, heç şübhəsizdir ki, baş vermiş yanlışlıq nəticəsində əmələ gəlmişdir, belə ki, torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş Dövlət aktında “583” rəqəmi artıq üçüncü şəxsin kodu kimi müəyyən edilmiş və həmin rəqəmin hər hansı bir səlahiyyətli orqan tərəfindən dəyişdirilməsini təsdiq edən sübut işdə mövcud deyildir.
40. Burada xüsusi olaraq qeyd edilməlidir ki, yuxarıda artıq göstərildiyi kimi, 7 aprel 2018ci il tarixdə 3-cü şəxsə həmin rəqəmlərə əsaslanan məlumatlar üzrə “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilmişdir.
41. Belə olan halda apellyasiya məhkəməsi qərarında düzgün olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi 0,20 ha, 583Z nömrəli torpaq sahəsinin İddiaçı Soltan oğlkunun və onun ailə üzvlərinin mülkiyyətinə verilməsinə dair Bərdə rayon Aqrar İslah Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarının qüvvədə olmasını, xx.xx.2020-ci il tarixli, ********* qeydiyyat, **********4 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın məhz aqrar islahat komissiyasının qeyd olunan qərarı əsasında verilmiş və ləğv edilməmiş JN-583 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktını nəzərə almadan, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 15 saylı qərarının və onun əsasında verilmiş JN-583 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının yanlış olmasını əsas gətirərək, üçüncü şəxsin mülkiyyət hüququna da qeydi ləğv etmiş və həmin əmlak üzərində iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüququm qeydə alınmalı olması qənaətinə gəlmişdir. Halbuki, hər hansı bir inzibati akt (qərarın) ləğv edilmədiyi və etibarsız hesab edilmədiyi halda hüquqi qüvvəyə malik olur”. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-79/2022 saylı, 14 iyul 2022-ci il tarixli qərardadı ilə təkrar torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş rəydə göstərilmişdir ki, Kadastr və Yerquruluşu Layihə Tdqiqat Mərkəzi MMC tərəfindən aparılan X23 X31 əsasən İddiaçı Soltan oğlunun və ailə üzvlərinin mülkiyyətində olan 0.20 ha torpaq sahəsi Cavabdeh4 tərəfindən istifadə olunur, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfidən tərtib edilmiş, torpaq islahatı zamanı sürüşmə koordinatlarla hazırlanmış yerqurluşu xəritəsinə əsasən İddiaçı Soltan oğlunuun və ailə üzvlərinin mülkiyyətində olan 0.20 torpaq sahəsinin 0.0587 ha hissəsi Cavabdeh4 tərəfindən istifadə olunur, 0,06164 ha hissəsi X43 tərəfindən istifadə olunur, qalan 0.07966 ha hissəsi isə sürüşmə koordinatlarla kənd daxili yola və qonşuya məxsus digər bir həyətin bir hissəsinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Soltan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaqdan çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən ona məxsus olan torpaq sahələri aparılmış eksperttiza tədqiqatlarının rəylərindən də müəyyən edildi ki, cavabdehlərin hamısı tərəfindən deyil, yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X43 tərəfindən törədilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi hazırki vəziyyətdə yalnız həmin 3 cavabdehə münasibətdə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X43 tərəfindən zəbt edilməsi faktı öz təsdiqini tapdığından iddiaçlya dəymiş maddi ziyanın ödənilməsi hissəsində də iddiaçı haqlıdır və bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi qismən təmin edilidiyindən ödənilmiş 30 manat dövlət rüsumu və 200 (iki yüz) manat hüquqi xidmətə görə ödənilmiş pul cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X28 müştərək qaydada tutularaq İddiaçı Soltan oğluna ödənilməli, aparılmış ekspertiza tədqiqatının 95 (əlli manat) manat dəyəri isə X60 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ:
İddiaçı Soltan oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı torpaqdan çıxarılma və vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh1 İddiaçı Soltan oğluna məxsus zəbt etdiyi seriya MH ******* saylı çıxarışda qeyd edilmiş fərdi yaşayış evinin arxa hissəsindən uzunluğu 14.2 metr, eni 2.5 metr olan mühafizə zolağından çıxarılsın və həmin sahənin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsi Cavabdeh1 üzərinə qoyulsun. İddiaçı Soltan oğlu və onun ailə üzvlərinə məxsus olan 583Z saylı 0,20 torpaq sahəsindən Cavabdeh4 və X43 çıxarılsın. İddiaçı Soltan oğlunun 2000-ci ildən 2020-ci ilədək müddətdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi 13.300 (on üç min üç yüz) manat maddi ziyan, 200 (iki yüz) manat hüquqi xidmətə görə ödənilmiş pul və 30 manat dövlət rüsumu müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X28 tutularaq İddiaçı Soltan oğluna ödənilsin. Aparılmış ekspertiza tədqiqatının 95 (əlli manat) manat dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X28 müştərək qaydada tutularaq X60 filialı, kod 200372, VÖEN **********, m/h AZ 37NABZ ********************, S.W.İ.F. BK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi, hesab nömrəli ********************, VÖEN ********** hesabbına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
HakimElsun Əhmədov