Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-546/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə qarşı “Mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və mirasın qəbul edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən, Bərdə şəhər Şəhriyar küçəsində yerləşən (köhnə 26 komisarlar küçəsi) fərdi yaşayış evi üzrə mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2000-ci il təvəllüdlüdür. X1r. X25 anası X24 atası isə X10r. Zəkəriyyə Quliyev ilə Ülkər Tağıyeva 1950-ci il tarixdə qeyrirəsmi olaraq evlənib ailə qurmuşlar. Birgə nikah dövründə isə 4 övladları anadan olmuşdur. Ən son övladları anadan olduqdan sonra isə nənəsi ilə babası xx.xx.1961-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. X21 xx.xx.1974-cü il tarixdə nənəsi xx.xx.2005-ci il tarixdə, atası X35 xx.xx.2011-ci il tarixdə vəfat etmişlər. Nənəsi, babası vəfat etdikdən sonra onu Bərdə Rayon Məhkəməsinin 2004-cü il tarixli qətnaməsi ilə övladlığa götürmüşdür. Ana qrafasında nənəsinin adı yazılmışdır. X23 vəfat etməmişdən əvvəl xüsusi mülkiyyətində Bərdə şəhər, Şəhriyar küçəsində fərdi yaşayış evi olmuşdur. Nənəsi, babası və atası vəfat etdikdən sonra evi miras olaraq qəbul etmişdir. Rəsmi olaraq evi öz adına sənədləşdirmək istəyir. Bu barədə X31 Xidmət Mərkəzinin Notariat Ofisinə müraciət etsə də ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Belə ki, mirası qəbul etmə müddəti ötürülmüşdür. Ona görə də məhkəməyə müraciət edərək, Bərdə şəhər Şəhriyar küçəsində yerləşən (köhnə 26 kommisarlar küçəsi) fərdi yaşayış evi üzrə mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi və miras əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmədə iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisi, xüsusi notarius Bənövşə xanım Əlizadə məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilmədiklərini və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2000-ci il tarixdə anadan olmuşdur. DƏDK və RPHŞ 7 saylı Bərdə Ərazi İdarəsinin məktubundan görünür ki, X6 adına ünvan 2ndə (köhnə 26 kommisarlar küçəsi) yerləşən fərdi yaşayış evi xx.xx.1991-ci il tarixli 1947 qeydiyyat nömrəsi ilə Bərdə rayonu DTİ və MHQ idarəsi tərəfindən qeydiyyata alınmışdır. 2-164 saylı 2004-cü il tarixli Bərdə Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizə təmin edilərək, xx.xx.2000-ci ildə anadan olmuş Ərizəçi nənəsi X18 övladlığına verilmiş hesab edilməsi, T.Y. Quliyevanın doğum akt qeydində dəyişiklik edilməklə ana qrafasında X24 qeyd edilməsi qət edilmişdir. X31 Xidmət mərkəzinin notariat Ofisinin Ərizəçi ünvanlanmış məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə təqdim etdikləri ərizəyə cavab olaraq, xx.xx.2005-ci il tarixdə vəfat etmiş anası X18 xx.xx.1974-cü il tarixdə vəfat etmiş əri X7 vəfatından sonra irs qalmış və ünvan 2 ( köhnə 27 komisarlar) küçəsi ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə dair irsi transmissiya qaydasında ona çatası miras payın alınması ilə əlaqədar vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mirasın qəbulu barədə qanunla müəyyən edilmiş müddətdə ərizə və ya mirasın faktiki qəbulu barədə mötəbər sənəd təqdim edilmədiyindən buraxılmış müddətin bərpası ilə əlaqədar müvafiq məhkəməsinə müraciət etmək məsləhət görülmüşdür. AR-İİİ 508442 saylı etibarnamədən görünür ki, Ərizəçi öz nümayəndə səlahiyyətlərini Vəkil vermişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi iddia ərizəsinin verilməsi üçün X22 100 AZN ödəmişdir. X31 Xidmət mərkəzinin qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-961/2024 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1926-cı il tarixdə anadan olmuş xx.xx.2005-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş ( Bərdə Rayon Qeydiyyat şöbəsində qeydə alınmış xx.xx.2005-ci il tarixli 71 saylı ölüm haqqında akt qeydi) X24 barəsində Azərbaycan Respublikasının Ədliyyə nazirliyinin Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sitemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıda qeyd olunan məlumatlar aşkar edilmişdir.
1. X5 (XX1902, vəfat edib),
2. X8 (xx.xx.1952, vəfat edib)
3. X9 (xx.xx.1951)
4. X2 (xx.xx.1960)
5. X3 (xx.xx.1958)
6. X4 (xx.xx.1956, vəfat edib)
7. Qızı Ərizəçi (xx.xx.2000, övladlığa götürülüb xx.xx.2004) Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktını məhkəmə müəyyən edir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MM və ya MM): 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının MM-nin : 1248.1. maddəsinə görə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə hesab edir ki, ərizəçinin mirası qəbul etmə müddətinin ötürülməmiş hesab edilməsi tələbi ilə ərizə həmin hissədə təmin edilməlidir.
Məhkəmə araşdırması müəyyən edilmişdir ki, həqiqətən miras Ərizəçi tərəfindən qəbul edilərək faktiki sahiblik hüquqları realizə olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi yalnız Bərdə şəhər Şəhriyar küçəsində yerləşən ( köhnə 26 kommisarlar küçəsi) fərdi yaşayış evi üzrə deyil, ümumilikdə mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilməli və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi tələbinin haqlı olmasını mötəbər sübutlarla qismən sübut edə bilmişdir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
1.Ərizə qismən təmin edilsin. 2.Ərizəçi tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülməmiş hesab edilsin və mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. 3.Ərizə qalan hissədə təmin edilməsin. 4.Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. 5.Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Hakim: Ziya Abdullayev