Məhkəmə qərarları › İş №2(021)-55/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-55/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-55/2023 02.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh1 14990 (on dörd min doqquz yüz doxsan) manat məbləğində əsas borc, 1180 (bir min yüz səksən) manat məbləğində faiz borcu, 240.45 (iki yüz qırx) manat 45 qəpik cərimə üzrə borc, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2438.37 (iki min dörd yüz otuz səkkiz) manat 37 qəpik, ümumilikdə isə 18848.82 (on səkkiz min səkkiz yüz qırx səkkiz) manat 82 qəpik vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus olan Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evinə və 1.2 ha birgə torpaq sahəsinə yönəldilərək hərrac yolu ilə satılması, ipoteka ilə yüklü edilmiş Bərdə rayonu, Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evinin və 1.2 ha birgə torpaq sahəsinin Bank tərəfindən alındığı təqdirdə əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 12 dekabr 2014-cü il tarixdə Cavabdeh1 ilə "xxxx" ASC arasında 053 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Borcluya 15000 (on beş min) manat məbləğində, 18 (on səkkiz) aylıq güzəştlə, 36 (otuz altı) ay müddətinə, illik 6 (altı) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə Bank arasında 12 dekabr 2014-cü il tarixdə 0531 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evini və 1.2 ha birgə torpaq sahəsi ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqavilələri bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 sayı Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekaların dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li Çıxarış verilmişdir. Lakin Borclu Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində 22 sentyabr 2020-ci il tarixinə Banka 14990 (on dörd min doqquz yüz doxsan) manat məbləğində əsas borc, 1180 (bir min yüz səksən) manat məbləğində faiz borcu, 240.45 (iki yüz qırx) manat 45 qəpik cərimə üzrə borc, Kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına Əsasən hesablanan faiz borcu 2438.37 (iki min dörd yüz otuz səkkiz) manat 37 qəpik, ümumilikdə isə 18848.82 (on səkkiz min səkkiz yüz qırx səkkiz) manat 82 qəpik məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetine tutmanın yönəldilməsi haqqında **********597 nömrəli, 10 avqust 2020-ci il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetine tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2020-ci il tarixdə ********** №-ilə qeydiyyata alınmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək. Onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 053 saylı Kredit Müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 manat məbəğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 053i İpoteka Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 053 saylı kredit müqaviləsinə əsasən 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Qaradırnaq kəndində yerləşən mülki 1.2 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 24000 (iyirmi dörd min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən yaşayış sahəsi 110.8 kv.m, yardımçı sahəsi 31.9 kv.m, ümumi sahəsi 142.7 kv.m olan 5 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi və ümumi sahəsi 172.4 kv.m olan həyətyanı tikili və qurğular Cavabdeh2 tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş **********10-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2014-cü il tarixli, 053 saylı Kredit Müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün Cavabdeh2 xüsusi mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evi 1.2 ha torpaq sahəsi ilə birlikdə İddiaçı ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti -xx.xx.2014-36 ay) Mülki işə əlavə edilmiş xx.xx.2020-cı il tarixli Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli **********645 saylı Ərizədən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh2 xüsusi mülkiyyətində olan Bərdə rayon Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evinin 1.2 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə Arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 053 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixə kimi 14 990 manat əsas borc, 1180,0 manat faiz borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2 438,37 manat, cərimə borcu 240,45 manat olmaqla, ümumilikdə 18 848,82 manat borcu vardır. Mülki işə əlavə edilmiş ödəniş tapşırıqlarından görünür ki, İddiaçı ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-119/23 saylı xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2014-cü ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli RX No0546677 saylı çıxarışa əsasən Bərdə rayonu Qaradırnaq kəndində yerləşən Cavabdeh2 məxsus olan 2 mərtəbəli, 5 otaqlı, 110.8 kv.m yaşayış, 31.9 kv.m yardımçı, 142.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin (tərkibi həyətyanı tikili və qurğular olan Liter B: tikintialtı sahəsi 157.6 kv.m olan 1 mərtəbəli tövlə, Liter C: tikintialtı sahəsi 14.8 kv.m olan 1 mərtəbəli hamam-ayaqyolu olması nəzərə alınmaqla) yerləşdiyi 1.2 ha torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 35000 (otuz beş min) manat dəyərində, likvid dəyəri isə 32000 (otuz iki min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 250 manat təşkil edir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli 9/5447 saylı Ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış kredit müqaviləsinin qeyd olunan şərtlərini nəzərə alınaraq Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə Müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə: əsas borc üzrə - 14990,00 manat, faiz borcu üzrə 1658,33 manat, iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixə əsas borc üzrə - 14990,00 manat, faiz borcu üzrə - 3601,88 manat; Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixədək hesablanmış faiz borcu 2173,55 manat, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən Bərdə rayon Məhkəməsinin hazırkı qərardadı qəbul olunan xx.xx.2023-cü il tarixədək isə 4080,61 manat müəyyən edildi. Həmçinin qeyd edilir ki, müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən sonra ümumilikdə 230,0 manat məbləğində ödənişlərin aparıldığı və həmin ödənişlərin də cavabdehin faiz borcundan silinməsi müəyyən edildi; Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən borcluya bildiriş göndərilən xx.xx.2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixədək hesablanmış faiz borcu 2665,72 manat, borcluya bildiriş göndərilən xx.xx.2017-ci il tarixdən Bərdə rayon Məhkəməsinin hazırkı qərardadı qəbul olunan xx.xx.2023-cü il tarixədək isə 4572,78 manat müəyyən edildi. Həmçinin qeyd edilir ki, borcluya bildiriş göndərilən xx.xx.2017-ci il tarixdən sonra ümumilikdə 230,0 manat məbləğində ödənişlərin aparıldığı və həmin ödənişlərin də cavabdehin faiz borcundan silinməsi müəyyən edildi. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 053 saylı saylı kredit müqaviləsinə əsasən 18 aylıq güzəştlə 36 ay müdddətinə ilik 6% olmaqla 15000 manat məbləğində kredit verilmişdir. İş üzrə İddiaçı ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilələr üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Mülki Məcəllənin 741.2-ci maddəsinə əsasən borcalan borc müqaviləsi predmeti ona verilənədək borcun alınmasından tam və ya qismən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 053 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən hesablanmış faiz və Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, Ekspert rəyi əsasında Cavabdeh1 banka olan faiz borc məbləğinin müqavilə müddətinin bitdiyi tarixə tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından iddia tələbinin faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borcuna münasibətdə qeyd edir ki, Kredit müqaviləsi üzrə iddiaçının tələb etdiyi Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borc 2438,37 manat olmuş, lakin ekspert rəyində Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2020-ci il tarixədək hesablanmış faiz borcu 2173,55 manat müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən hesablanmış faiz borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı Gəncəbank» ASC-nin iddiasının 240.45 manat məbləğində cərimənin tutulması hissəsinə tam təmin olunmasını ədalətli sayır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 053i İpoteka Müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 053 saylı kredit müqaviləsinə əsasən 18 aylıq güzəştlə 36 ay müddətinə illik 6% olmaqla 15000 manat məbləğində verilmiş kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Qaradırnaq kəndində yerləşən fərdi yaşayış evi 1.2 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh2 mülkiyyətindəki Bərdə rayon Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ] 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus olan Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 32000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan mənzilin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yülki edilmiş Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid bazar dəyəri 32000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəsis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda sonra 1 ay ərzində evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Mübahisəli hüquq münasibətinin yarandığı zaman quvvədə olan Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 1 (bir) ay müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun-nun iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 14990 manat əsas, 1180 manat faiz borcu, 240.45 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2173,55 manat olmaqla cəmi 18584 manat "xxxx" ASC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh2 xüsusi mülkiyyətindəki Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 32000 (otuz iki min) manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində boşaldılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, dövlət rüsümü 31 manat tələb olunur. Lakin ödənilmiş 30,0 manat məbləğində dövlət rüsumü müəyyən olunduğundan Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 30, 00 manat məbləğində dövlət rüsumü tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 31 manat məbləğində rüsum tələb olunur. Lakin müəyyən olundu ki, 30,00 manat ödəniş olunmuşdur. Odur ki, Cavabdeh1 Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə 30, 00 manat ödəniş tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilməlidir. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 14990 manat əsas, 1180 manat faiz borcu, 240.45 manat cərimə borcu, Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 2173,55 manat olmaqla cəmi 18584 ( on səkkiz min beş yüz səksən dörd) manat alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Tutma Cavabdeh2 xüsusi mülkiyyətindəki Bərdə rayon Qaradırnaq kəndində 1.2 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 32 000 (otuz iki min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. Həmin həmlak satıldıqdan sonra Cavabdeh2 1 ay ərzində əmlakı boşaltsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 alınaraq Ləğv prosesində olan İddiaçı ASC -yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsum cavabdehlər Cavabdeh1 alınaraq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh1 tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 145 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar