Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-56/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Accessbank” Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia qaldıraraq:
1. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 025R********** saylı kredit razılaşması üzrə 12055.73 manat məbləğində kredit borcu, 2498.57 manat məbləğində faiz borcu və 6602.30 manat məbləğində cərimə borcu olmaqla, cəmi 21156.60 manat borcun, -025R********** saylı kredit razılaşması üzrə 17336.35 manat məbləğində kredit borcu, 2933.28 manat məbləğində faiz borcu və 9492.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 29762.57 manat borcun, Hər iki kredit razılaşması üzrə ümumilikdə cəmi 50919 (əlli min doqquz yüz on doqquz) manat 17 (on yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması;
2. Tələbin Bərdə rayonu Dəymədağıldı kəndində 0.0926 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 108.1 kv.metr ibarət olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 50919 (əlli min doqquz yüz on doqquz) manat 17 (on yeddi) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSCyə ödənilməsi;
3. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması;
4. Bərdə rayonu Dəymədağıldı kəndində 0.0926 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 108.1 kv.metr ibarət olan fərdi yaşayış evinə (həyətyanı tikili və qurğularla birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxarılmasına, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı QSC iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 25L000001432 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehǝ veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 025R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13448 (on üç min dörd yüz qırx səkkiz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2017-ci il tarixli 025R**********S saylı, xx.xx.2017-ci il tarixli 025R**********SA saylı, xx.xx.2017-ci il tarixli 025R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1392.27 manat ödəmiş, onun 12055.73 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 543 gün üçün hesablanmış faiz borcu 2498.57 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 543 gün üçün hesablanmış cərimə 6602.30 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı 2 QSC ilə bağladığı xx.xx.2017-ci il tarixli 025R ********** saylı kredit razılaşması əsasında 76 ay müddətinə, aylıq faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20040 (iyirmi min qırx) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2703.65 manat ödəmiş, onun 17336.35 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə Əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 543 gün üçün hesablanmış faiz borcu 2933.28 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 543 gün üçün hesablanmış cərimə 9492.94 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı xx.xx.2014-cü il tarixli 25M000000236 saylı ipoteka müqaviləsi əsasında Bərdə rayonu Dəymədağıldı kəndində 0.0926 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 108.1 kv.metr ibarət olan fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən 41 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX 0291677No-li Çıxarışa əsasən Bərdə rayonu Dəymədağıldı kəndində 0.0926 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 108.1 kv.metr ibarət olan fərdi yaşayış evini (həyətyanı tikili və qurğularla birlikdə) Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün <<AccessBank» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh- ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC–nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq onlar heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş 25L000001432 saylı, xx.xx.2014-cü il tarixli Kredit Xətti Müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətində 100.000 (bir yüz min) ABŞ Dolları məbləğində kredit xətti ayrılmışdır. Mülki işə əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014cü il tarixli 25S000002496 saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 25L000001432 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi imzalanmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 25L000001432 saylı Uzun Müddətli Kredit Müqaviləsi üzrə bağlanmış 25R********** saylı, xx.xx.2015-ci il tarixli Kredit Razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 ilk 12 ay üçün aylıq faiz dərəcəsi 1.1667%, ikinci 12 ay üçün aylıq 1.5% olmaq şərtilə 24 ay müddətinə 13448 manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 25L000001432 saylı Uzun Müddətli Kredit Müqaviləsi üzrə bağlanmış 025R********** saylı xx.xx.2017-ci il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 aylıq faiz dərəcəsi 1% olmaq şərtilə 76 ay müddətinə 20040,00 (iyirmi min qırx) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2017-ci il tarixli 25L000001432S saylı, xx.xx.2017-ci il tarixli 25L000001432SA saylı, xx.xx.2017-ci il tarixli 25L000001432SB saylı Sazişlərdən görünür ki, 10 aprel 2014-cü il tarixli 25L000001432 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 22 dekabr 2015-ci il tarixdə bağlanmış 025R********** Kredit Razılaşmasına dəyişiklik edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********213-10301 reyestr nömrəli, RX seriyalı, №0291396 nömrəli Çıxarışın sürətindən görünür ki, Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsi, həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı , 108.1 kv/m ümumi sahədən ibarət fərdi yaşayış evi və 65.8 kv.m sahədən ibarət tövlə Cavabdeh1 tam xüsusi mülkiyyətindədir. Mülki işə əlavə edilmiş 10 aprel 2014-cü il tarixli, 25M000000236 saylı İpoteka Müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25L000001432 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 54.5 kv.m, yardımçı sahəsi 53.6 kv.m, ümumi sahəsi 108.1 kv.m olmaqla fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 23610,44 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********213-10301 reyestr nömrəli, RX seriyalı №0291677 nömrəli Çıxarışın sürətindən görünür ki, xx.xx.2014-cü il tarixli 25L000001432 saylı Kredit Xətti Müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evi 0.0926 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. (Yüklülüyün müddəti: xx.xx.2014-120 ay) Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Bildirişdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin olunmuş öhdəliklərin icrasını ipoteka predmetinə “məhkəmə qaydasında tutmanın yönəldilməyə başlandığı barədə xəbərdarlıq edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Ərizədən görünür ki, İddiaçı QSC DƏDRX- nin Bərdə Ərazi İdarəsinə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinə 0.0926 ha torpaq sahəsi ilə birlikdə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, oğlu Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermiş və həmin yaşayış evinə tutma yönəldildikdə yaşayış evini dərhal tərk edəcəyini bildirmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, oğlu Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin ipotekaya qoyulmasına razılıq vermiş və həmin yaşayış evinə tutma yönəldildikdə yaşayış evini dərhal tərk edəcəyini bildirmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 5R********** saylı, xx.xx.2015-ci il tarixli Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixə 12055,73 manat əsas, 2498,57 manat faiz, 6602.3 manat cərimə borcu olmaqla, cəmi 21156,6 manat borcu vardır. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışdan görünür ki, Cavabdeh1 025R********** saylı xx.xx.2017-ci il tarixli Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixə 17336,35 manat əsas, 2933,28 manat faiz, 9492,94 manat cərimə borcu olmaqla, cəmi 29762,57 manat borcu vardır. Mülki işə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıqlar edilmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilmişdir. Mülki işə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı QSC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9\7915 saylı,xx.xx.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 22 dekabr 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2021-ci il tarixinədək banka olan borcu əsas borc üzrə 11840,13 manat, faiz borcu üzrə 3445,48 manat olmaqla cəmi 15 285,61 manat məbləğində; 08 dekabr 2017-ci il tarixli 025R********** №-li Kredit Razılaşması şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu əsas borc üzrə 17 295,94 manat, faiz borcu üzrə 5033,12 manat olmaqla cəmi 22 329,06 manat məbləğində müəyyən olunur. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir) Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş 02-155/22 saylı, xx.xx.2022-ci il tarixli Ekspert Rəyindən görünür ki, Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli,3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı olmaqla 108.1 kv/m ümumi sahədən ibarət fərdi yaşayış evinin həyətyanı tikili və qurğuları Liter B: 1 mərtəbəli 65.8 kv.m tikintialtı sahəsi nəzərə alınmaqla, yerləşdiyi torpaq sahəsi ilə birlikdə xx.xx.2022-ci il tarixə bazar dəyəri 38 000 manat, likvid dəyəri 32 000 manat dəyərində qiymətləndirilmişdir. (Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir) Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/570 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 19-cu vərəqəsində olan kredit razılaşması əsasında 08 dekabr 2017-ci il tarixli 025RB **********SB saylı sazişdə və eyni tarixli 025R********** saylı kredit razılaşmasında "Kredit Alan" qrafalarındakı imzalar və "Əliyev R" yazıları - eyni şəxs, Cavabdeh1 tərəfindən icra olunmuşdur. (Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir) Məhkəmə tərəfindən müəyyən edildi ki, 25L000001432 saylı, xx.xx.2014-cü il tarixli Kredit Xətti Müqaviləsinə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətində 100.000 (bir yüz min) ABŞ Dolları məbləğində kredit xətti ayrılmışdır. Həmin Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 25S000002496 saylı zaminlik müqaviləsi bağlanmış, həmçinin Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 54.5 kv.m, yardımçı sahəsi 53.6 kv.m, ümumi sahəsi 108.1 kv.m olmaqla fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Accessbank” QSC tərəfindən Cavabdeh1 xx.xx.2014-cü il tarixli 25L000001432 saylı Uzun Müddətli Kredit Müqaviləsi üzrə bağlanmış 25R********** saylı, xx.xx.2015-ci il tarixli Kredit Razılaşması ilə “ ilk 12 ay üçün aylıq faiz dərəcəsi 1.1667%, ikinci 12 ay üçün aylıq 1.5% olmaq şərtilə 24 ay müddətinə 13448 manat məbləğində, 025R********** saylı xx.xx.2017-ci il tarixli kredit razılaşması ilə “aylıq faiz dərəcəsi 1% olmaq şərtilə 76 ay müddətinə 20040,00 (iyirmi min qırx) manat məbləğində kredit verilmişdir. xx.xx.2017-ci il tarixli 25L000001432S saylı, xx.xx.2017-ci il tarixli 25L000001432SA saylı, xx.xx.2017-ci il tarixli 25L000001432SB saylı Sazişlər ilə 10 aprel 2014-cü il tarixli 25L000001432 saylı Uzunmüddətli Kredit Müqaviləsi üzrə 22 dekabr 2015-ci il tarixdə bağlanmış 025R********** Kredit Razılaşmasına dəyişiklik edilmişdir. İş üzrə İddiaçı QSC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısmda həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımmca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısmda birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarnı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, həmçinin zamin Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürdüyündən kredit müqaviləsi üzrə yaranmış borcu cavabdehlər iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqavilələrii üzrə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas borcunun tutulması hissəsində ekspert rəylərini nəzərə alaraq iddia tələbləri həmin hissədə qismən təmin olunmalıdır. Belə ki, 22 dekabr 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə iddiaçının tələb etdiyi əsas borc 12055,73 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 11840,13 manat, 08 dekabr 2017-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə iddiaçının tələb etdiyi əsas borc 17336,35 manat olmuş, lakin ekspert rəyində əsas borc məbləğ 17295,94 mana müəyyən olunmuşdur. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan kredit müqaviləsi üzrə əsas borc məbləğinin tələb olunan məbləğdən az olması müəyyən edildiyindən iddia tələbi əsas borc məbləğinə münasibətdə ekspert rəyi əsas götürülməlidir. Ekspert rəyi əsasında Cavabdeh1 banka olan 22 dekabr 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması və 08 dekabr 2017-ci il tarixli 025R********** №li Kredit Razılaşması üzrə faiz borcunun məbləğinin tələb olunan məbləğdən yüksək həddə olması müəyyən edilsə də, iddiaçı bank tərəfindən iddia tələbinin həcmi artırılmadığından məhkəmə hesab edir ki, iddiaçının verdiyi tələb üzrə iddia tələbinin həmin kredit razılaşmaları üzrə faiz borc məbləğinə münasibətdə tam təmin olunması barədə qətnamə qəbul edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, dəbbə pulunun tutulması hissəsində dəbbə pulunun məbləği azaldılmalıdır. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı «Accessbank” QSC-nin iddiasının 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 6602,30 və 08 dekabr 2017-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 9492.94 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 300 manat və 08 dekabr 2017-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 25L000001432 saylı Kredit Xətti Müqaviləsi və bu Kredit Xətti Müqaviləsinin ayrılmaz hissəsi olan Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, yaşayış sahəsi 54.5 kv.m, yardımçı sahəsi 53.6 kv.m, ümumi sahəsi 108.1 kv.m olmaqla fərdi yaşayış evi ipoteka ilə yüklü edilməsinə dair 10 aprel 2014-cü il tarixli, 25M000000236 saylı İpoteka Müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli,3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı , 108.1 kv/m ümumi sahədən ibarət fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən iİpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır.. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı , 108.1 kv/m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə ipoteka qoyulmuş Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı, 108.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin qiymətini müəyyən edərkən hesab edir ki, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 32 000 manat məbləğində müəyyən olunmalıdır. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəydən görünür ki, ipoteka ilə yükli Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsinn və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli,3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı , 108.1 kv/m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 32 000 manat təşkil edir. Bu səbəbdən də, ipoteka predmetinin ilkin satış qiyməti ekspert rəyi ilə müəyyən edilmiş məbləğ götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı, 108.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə və 0.0926 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlərin çıxarılması və evin boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, yaşayış yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. İş materiallarından görünür ki, Cavabdeh3 və Cavabdeh4 tərəfindən imzalanmış notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən,Cavabdeh1 mülkiyyətində olan ipoteka predmetinə tutma (ödəniş) yönəldildikdə yaşayış evini dərhal tərk etməsi barədə öhdəlik götürmüşdür. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ipoteka predmetinin satışından əldə olunmuş vəsait kifayət etmədiyi təqdirdə qalan borcun ümumi qaydada tutulması tələbi təmin oluna bilməz. Çünki, həmin tələb iddia icraatı qaydasında yox, “İcra haqqında “qanuna əsasən tənzimləndiyindən icra zaman həll olunan məsələdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbini hərracın nəticələri üzrə alıcıya təvil verilməsi tələbi qeyri müəyyən tələbdir. Belə ki, alıcı həm mülkiyyətçi, həm ipoteka götürən (bank) , həm də kənar bir şəxs ola bilər ki, o da məhkəməyə bəlli olmayan şəxs ola bilər. Həmçinin hərracın nəticəsi üzrə müqavilə imzalanmaya da bilər ki, bu zaman alıcıdan söhbət gedə bilməz. Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Accessbank” QSC-nin iddiası qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 11840,13 manat məbləğində əsas kredit borcu, 2498.57 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14.638,7 manat və 08 dekabr 2017-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 17.295,94 manat məbləğində əsas kredit borcu, 2933,28 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla cəmi 20 729,22 manat «Accessbank” QSC -nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı , 108.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 32 000 manat müəyyən olunmalı, mənzil açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçilərinə qaytarılmalı, ipoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin ipoteka predmetindən çıxmazsa, onlar məcburi qaydada çıxarılmalı və fərdi yaşayış boşaltmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı «Accessbank” QSC-nin xeyrinə tutulmalıdır. İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı «Accessbank” QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC -yə ödəniməlidir. Məhkəmə-xətşünaslıq Ekspertiza tədqiqatının dəyəri 126 manat Cavabdeh1 qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2015-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 11840,13 manat məbləğində əsas kredit borcu, 2498.57 manat məbləğində faiz borcu və 300 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14.638,7 (on dörd min altı yüz otuz səkkiz manat yeddi qəpik) manat «Accessbank” QSC -nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 08 dekabr 2017-ci il tarixli 025R********** №-li Kredit Razılaşması üzrə 17.295,94 manat məbləğində əsas kredit borcu, 2933,28 manat məbləğində faiz borcu və 500 manat məbləğində cərimə borcu olmaqla cəmi 20 729,22 (iyirmi min yeddi yüz iyirmi doqquz manat iyirmi iki qəpik) manat «Accessbank” QSC -nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 mülkiyyətində olan Bərdə rayon Dəymədağıldı kəndində yerləşən 0.0926 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 54.5 kv.m yaşayış, 53.6 kv.m yardımçı , 108.1 kv/m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 32 000 (otuz iki min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxmazsa, onlar məcburi qaydada çıxarılsınlar və həmin fərdi yaşayış evini boşaltsınlar. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu , ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı alınaraq İddiaçı QSC -yə ödənilsin. Məhkəmə-mühasibatlıq Ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC -yə ödənilsin. Məhkəmə-xətşünaslıq Ekspertiza tədqiqatının dəyəri 126 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Qamət Əbilov