Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-56/2024 04.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “qanunsuz müdaxilələrin qadağan edilməsi və əldən çıxmış fayda” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2unun Bərdə şəhəri, Bakı küçəsi ev 330-da yerləşən 0.06075 ha torpaq sahəsinin sərhədləri daxilində qazanxana binasının tikintisinə qanunsuz müdaxilələrin qadağan edilməsinə və cavabdehlərdən müşətərək qaydada əldən çıxmış fayda şəkilində 20.000 manat zərərin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri Bakı küçəsi 330-da yerləşən 0.06075 ha torpaq sahəsi və onun üzərində yerləşən 2233.3 kv.m qeyri-yaşayış binası onun tam mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyesterindən Seriya RX ******* saylı “Çıxarışdan” da göründüyü kimi sözügedən obyekt üzərində mülkiyyət hüquqları rəsmi qeydə alınmış və bu barədə “Texniki Pasport” da verilmişdir. Sözügedən torpaq sahəsi üzərində 42.5 X 12.4 kv.m ölçüsündə qeyri yaşayış binası (mehmanxana və klinika) inşa etmişdir. Həmin obyektləri istiliklə təmin etmək üçün ona məxsus torpaq sahəsinin tikinti olmayan 80.5 kv.m hissəsinin 18 kv.m hissəsində qazanxana inşa etdirmək istəyərkən, hazırkı iş üzrə cavabdehlər Bərdə Kollecinin direktoru Cavabdeh1 və kollecin mühasibi Cavabdeh2 qazanxananın tikilməsinə qanunsuz olaraq müdaxilə edərək, mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Qazanxananın alt hissəsində su çəni quraşdırılmış və qazanxanın tikilisi isə yekunlaşmaq üzərədir. Cavabdehlərin hərəkətləri nəticəsində külli miqdarda zərərə düşmüşdür. Mehmanxana və klinikanın fəaliyyətə başlaması üçün qazanxananın işləməsi ən vacib şərtdir. Artıq bir aydan çoxur ki, cavabdehlərin təqsiri ucbatından qazanxasının tikintisinin başa çatmasına imkan vermirlər. Dəfələrlə şifahi söhbətlər etsə də, mümkün olmamışdır. Cavabdehlər bildirirlər ki, onların rəsmi sənədi var, lakin nə qədər sənədi göstərmələrini tələb etsə də göstərməmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-56/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyri-yaşayış binası xüsusi mülkiyyət növü ilə İddiaçı tam mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********11-06301, invertar nömrəsi 10873 olan Texniki Pasportundan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yrləşən ümumi sahəsi 2233.3 kv.m qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********46-12101, invertar nömrəsi 1622 olan Texniki Pasportundan görünür ki, Bərdə rayon Bakı küçəsi 3 ünvanında yerləşən Əmlak Kompleksinin balans saxlayıcı Azərbaycan Respublikası Təhsil Nazirliyi, X4 Texnologiya Kolleci, hüquq subyekti X4 Texnologiya Kollecidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(021)- 1753/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsi TEKUİS məlumat bazasında mövcud, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********11 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətindədir. Qalan 4.61 kv.m hissəsi isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsinin 4.61 kv.m hissəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olmadığından cavabdehler tikintinin aparılmasına müdaxilə edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9247 nömrəli Ekspert Rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 3881/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: İddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsinin TEKUİS məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikildiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin 4.61 kv.m. hissəsinin iddiaçının mülkiyətinə verilmiş torpaq sahəsinə aid olmadığın və cavabdehlər tərəfindən tikilinin aparılmasına müdaxilə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən həyata keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 1 ünvanında 0.06075 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2233.3 kv.m qeyri-yaşayış binası - otel tikintisi başa çatmışdır. Həmin otelin qarşı tərəfi Bakı küçəsi, arxa tərəfi isə X6 və Texnologiya Kollecinin həyəti ilə qonşuluqda yerləşir. Həmin ünvanında yerləşən 0.06075 ha torpaq sahəsində yerləşən otel tikintisinin arxa tərəfinin 6.02 kv.m hissəsinin İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsidir. Mülki işin gedişatında iddiaçı tərəfindən tikilən qazanxana X6 və Texnologiya Kollecinin ərazisinə düşmüş, lakin sonradan həmin qazanxana sökülmüşdür. Həmçinin müəyyən edilir ki, otel tikilisinin binasından kənarda sağ və sol tərəfindən pilləkan vastəsilə düşmək və çıxmaqla X6 və Texnologiya Kollecinin ərazisinə keçid vardır. Otel tikilisinin binasından kənarda sağ və sol tərəfindən pilləkanlardan yan-yana cərgə ilə digər vətəndaşlara məxsus obyektlərdə yerləşir. Həmin keçidləri həm yoldan keçən vətəndaşlar , həmçinin kollecdə oxuyan şagirdlər tərəfindən zibillənmiş, üfunət iyi ətrafa yayılmışdır. İddiaçı hazırda otel tikintisinin arxa tərəfinin özünəməxsus 6.02 kv.m hissəsində qazanxana tikilisini tikmək üçün-burada həmçinin şagirdlərin təhlükəsizliyini təmin etmək üçün və otelin müştərilərini cəlb etmək üçün-burada həmçinin üfunəti aradan qaldırmaq məqsədi ilə sağ və sol tərəfindən pilləkanları daş hasarla hörmək istəyir ki, cavabdehlər buna müdaxilə edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, Bakı küçəsindən X6 və Texnologiya Kollecinin həyətinə başqa obyektlərin ara məsafəsindən də gediş –gəliş yolu mövcüddür. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən ibarətdir: cavabdehlər tərəfindən tikintinin qanunsuz müdaxilələrin qadağan edilməsinə və əldən çıxmış fayda. Məhkəmə iş üzrə ekspert rəyini və işin faktiki hallarını əsas götürərək hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən tikintinin qanunsuz müdaxilələrin qadağan edilməsi hisəsində təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı torpaq sahəsinə və onun üzərində yerləşən qeyri-yaşayış binasına qanunsuz müdaxilələrin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2(021)- 1753/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsi TEKUİS məlumat bazasında mövcud, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********11 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətindədir. Qalan 4.61 kv.m hissəsi isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsinin 4.61 kv.m hissəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinə aid olmadığından cavabdehler tikintinin aparılmasına müdaxilə edirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/9247 nömrəli Ekspert Rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-46/2- 3881/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir: İddiaçı tərəfindən aparılan 10.63 kv.m tikilinin 6.02 kv.m hissəsinin TEKUİS məlumat bazasına əsasən İddiaçı mülkiyyətində olduğu, qalan 4.61 kv.m hissəsinin isə iddiaçının mülkiyyətinə aid olmayan torpaq sahəsində tikildiyi müəyyən edilmişdir. Mübahisəli torpaq sahəsinin 4.61 kv.m. hissəsinin iddiaçının mülkiyətinə verilmiş torpaq sahəsinə aid olmadığı və cavabdehlər tərəfindən tikilinin aparılmasına müdaxilə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə həmçinin iddia tələbinin 20 000 manat əldən çıxmış fayda hissəsində iddiaçının hər hansı bir sübut təqdim edə bilmədiyindən iddia tələbinin həmin hissədə rədd edilməsi qənaətinə gəlir. Belə ki, iddiaçı iddia edir ki, qazanxana quraşdırılmadığından otel fəaliyyət göstərə bilmir, otel otaqlarının sayı və günlük qiyməti nəzərə alınmaqla əldən çıxmış fayda tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, otel hələki müştəri qəbul etməyib ki, illik gəlir müəyyən olunsun və bunun əsasında ortalama gəlir nə qədər olması müəyyən edilsin. Tələb qeyri müəyyən olduğundan məhkəmə hesab edir ki, təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ekspertiza xərci 100 manat cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “qanunsuz müdaxilələrin qadağan edilməsi və əldən çıxmış fayda” tələbinə dair iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bərdə şəhəri, Bakı küçəsi ev 330-da yerləşən 0.06075 ha torpaq sahəsinin faktiki tikinti işləri aparılan 6.02 kv.m hissəsində qazanxana binasının tikintisinə və hasarın hörülməsinə qanunsuz müdaxilələr qadağan edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Ekspertiza xərci 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-56/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-56/2024
04.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver