Məhkəmə qərarları › İş №2(021)-562/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-562/2023

02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-562/2023 02.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı Ərizəçi, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinı və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X6 ona miras qalmış Bərdə şəhəri, H.Aslanov küçəsi 8, döngə *8-də yerləşən evə vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinə və vərəsəlik hüququnun tanınması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X2* 08 mart 2022-ci ildə vəfat etmişdir. X*0 yeganə vərəsəsi qardaşı X*2 və odur. Mərhum anası X6 onlara Bərdə şəhər Həzi Aslanov küçəsi 8-də yerləşən ev miras qalmışdır. O, savadsız olduğundan ansı vəfat etdikdən sonra vaxtında vərəsəlik şəhadətnaməsi almamışdır. Mərhum anası vəfat etdikdən sora o, vərəsəlik şəhadətnaməsinin alınması barədə notariat kontoruna müraciət etməmişdir. Mərhum anası X** miras qalmış əmlaklı öz adlarına rəsmiləşdirə bilmirlər. Belə ki, anasından miras qalmış evi qardaşı Səfərov Şəhriyar və o, faktiki olaraq qəbul etmişdir və istifadəsindədir. Lakin həmin evi mülkiyyətlərinə qeydə aldıra bilmir. O, vərəsəlik şəhadətnaməsinin alınması üçün Bərdə rayon X39 Notariat ofisinə müraciət edib, lakin onlara bildiriblər ki, uzun müddət keçdikdən sonra vərəsəlik məhmkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məcbur olub məhkəməyə mürraciət etməli olub. Məhkəmə iclasında iddiaçı Ərizəçi iddianı müdafə edərək, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X*2 izahatında göstərdi ki, anası Səfərova Kifayət uzun müddətdir ki, vəfat edib, onun vəfatından sonra miras əmlak qalmışdır. Həmin mirası o, anasının vəfatından sonra miras əmlak kimi qəbul edərək, bu günə qədər də idarə edir. Vərəsəlik şəhadətnaməsi açılması barədə vaxtında müraciət etmiş və onun adına vərəsəlik şəhadətnaməsi açılmışdır. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan MA ******* nömrəli Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, X*0 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 0.0243 ha torpaq sahəsi və onun üzərində 85.50 kv.m-dən ibarət olan iki otaqlı ev qeydiyyata alınmışdır. İş materiallarında olan *7 noyabr 2022-ci il tarixli, *549-05/69 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 28 aprel 2022-ci ildə ölmüşdür. İş materiallarında olan İX-JQ 4*0720 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X23 xx xxxxxxxx *983-cü ildə doğulmuşdur, atası X*5, anası X7r. İş materiallarında olan AA 07394*0 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx *983-cü ildə doğulmuşdur. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *454 nömrəli, 22 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Gərənə kəndində yaşayır. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X27 ilə X24 *4 iyun *988-ci ildı 44 nömrəli akt qeydi ilə evlənmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş *6 yanvar 2023-cü il tarixli, 3-2*—3-46/2- *43/2023 saylı məktubdan müəyyən olunur ki, Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində əmlak qeydiyyata alınmamışdır. İş materiallarında olan Bərdə regional “Asan Xidmət” X2 tərəfindən verilmiş ərizədə X*0 vərəsəsi olmasına dair vərəsəlik şəhadətnaməsi açılmasını xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, X*0 mülkiyyətinə Bərdə şəhəri H.Aslanov küçəsində 85.50 kv.m ev qeydiyyata alınmışdır. İş materiallarında olan “Elektron notariat” X* vasitəsilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışın surətindən müəyyən olunur ki, X3 şəhəri, H.Aslanov küçəsi ev 8 –də qeydiyyatdadır. İş materiallarında olan “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X22 02 yanvar *960-cı ildə doğulmuşdur. İş materiallarında olan “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X28 *2 avqust *964-cü ildə doğulmuuşdur. İş materiallarında olan “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki,X*2 24 dekabr *993-cü ildə doğulmuşdur. İş materiallarında olan “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X22 08 mart 2022-ci ildə ölmüşdür, son yaşayış yeri Bərdə şəhəri, H.Aslanov küçəsi ev 8 olmuşdur. İş materiallarında olan “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X28 ilə X24 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. İş materiallarında olan “X9” AQİS-dən çıxarışın surətindən müəyyən olunur ki, X28 07 iyul 20*6-cı ildə ölmüşdür, son yaşayış yeri Tərtər rayonu, Mamırlı kəndi olmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 23 dekabr 2022-ci il tarixli, **********96 saylı məktubunda göstərilmişdir ki, Bərdə Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Bərdə şəhərindəki bir sıra küçə adları dəyişdirilmişdir. Ünvan Reyestri İnformasiya Sistemində sözügedən Həzi Aslanov küçəsi döngə *8 ev 8 ilə ünvan 1 ünvandır. İş materiallarında olan Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 3309/2022 saylı, 27dekabr 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, X*0 birinci növbədə vərəsəsi X8r. İş materiallarında olan Reyestrdə 2V-6* nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilmiş *6 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*0 vərəsəsi X8r. X*0 miras əmlak Bərdə şəhəri H.Aslanov küçəsində *8 nömrəli döngədə 0.0243 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 85.5 kv.m, yaşayış sahəsi 39.6 kv.m, yardımçı sahəsi 45.9 kv.m, 2 otaqlı olan fərdi yaşayış evidir. İş materiallarında olan 24 oktyabr *98*-ci il tarixli, 207 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X27 ilə X24 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan *4 iyul *988-ci il tarixli, 44 nömrəli boşanma haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X27 ilə X24 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan *0 oktyabr *993-cü il tarixli, 268 nömrəli nikahın bağlanması haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X29 ilə X*6 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan 03 yanvar *994-cü il tarixli, * saylı doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X*2 24 dekabr *993-cü ildə doğulmuşdur, atası X28, anası X*3r. İş materiallarında olan 26 may*952-ci il tarixli, 23 saylı Evlənmə haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X35 ilə X3* rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir, nikahdan sonra arvada Qasımova soyadı verilmişdir. İş materiallarında olan 67 nömrəli, 23 fevral *954-cü il tarixli doğum afkt qeydinin surətindən müəyyən olunur ki, X36 0* fevral *954-cü ildə doğulmuşdur, atası X42, anası X*7r. İş materiallarında olan *4 yanvar *960-cı il tarixli, 23 nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X24 09 yanvar *960-cı ildə doğulmuşdur, atası X37, anası X*7r. İş materiallarında olan 24 noyabr *983-cü il tarixli, 654 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X23 xx xxxxxxxx *983-cü ildə doğulmuşdur, atası X27, anası X*4r. İş materialarında olan avqust *959-cu il tarixli, *8* nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X*8 20 iyul *959-cu ildə doğulmuşdur, atası X35, anası X*7r. İş mateiallarında olan 25 iyul *95*-ci il tarixli, 30* nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X38 2* iyul *957-ci ildə doğulmuşdur, atası X43, anası X25r. İş materiallarında olan *2 iyul *962-ci il tarixli, 379 saylı doğum akt qeydinin surətindən müəyyən olunur ki, X30 22 iyun *962-ci ildə doğulmuşdur, atası X35, anası X*7r. İş materiallarında olan mart *967-ci il tarixli, *3* nömrəli doğum akt qeydinin surətindən müəyyən olunur ki, X26 9 mart *967-ci ildə doğulmuşdur, atası X43, anası X25r. İş materiallarında olan X58 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3* mart 2023-cü il tarixli, 3-*6-5/8 2*6/2023-cü il tarixli məktubda göstərilmişdir ki, X*0 ailə üzvləri əri X28, oğlu X4 ibarət olmuşdur. İş materiallarında olan X58 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən veilmiş- Ərizəçi ünvanlanmış 2924/2022 saylı, 22 noyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi bildirilmişdir. İddia tələbi üzrə məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin *52.*-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin *52.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəlləsinin *52.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəlləsinin *52.4-ci maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **59.*.*.-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin *243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Beləliklə, məhkəmə iddia tələbinin təmin edilməməsi qənaətinə gələrkən onu qeyd edir ki, 2022-ci ildə X22 vəfat etdikdən sonra ondan miras qalmış yuxarıda göstərilən daşınmaz əmlakı miras kimi faktiki olaraq oğlu X*2 qəbul etmiş, onları o, idarə və istifədə edib, hazırda da evi və onun hayatyanı torpaq sahəsini o, idarə və istifadə edir. İddiaçı anasının ölümündən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək anasından miras qalmış əmlaklara vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydada payların naturada bölünməsinə və vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən bu halları araşdıraraq xüsusi olaraq onu da qeyd edir ki, iddiaçı iddia müddətinin ötürülməsinə əsas verən üzürlü halların nədən ibarət olmasını əsaslandıra bilməmiş və mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. iddia təmin edilməməsi qənaətinə gəlmişdir. Göstərilənərə əsasən də məhkəmə iddianın təmin edilməməsini məqsədəmüvafiq və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*7.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 43-cü maddəsinin İ bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Mcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.*.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin *06.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin Mülki Prosessual Məcəlləsinin 2*8.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Ərizəçi cavabdeh Bərdə regional “Asan Xidmət” Mərkəzində notariat kontoruna qarşı vərəsəlik hüququnun tanınması ilə bağlı ötürülmüş müddətin üzürlü hesab edilib bərpa edilməsinə, vərəsəlik qaydasında payların naturada bölünməsinı və vərəsəlik hüququnun tanınması barədə iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar