Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-565/2023 24.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi və vəkili X4 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, *7 noyabr 2022-ci il tarixdə Bərdə rayon Uğurbəyli kəndində anadan olmuş X5 doğum faktının, atasının X*0, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X*0 ilə 28.03.20*4-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Birgə nikahlarından *7 noyabr 2022-ci il təvəllüdlü Fateh adlı uşaqları anadan olmuşdur. Lakin bu günə qədər doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə həcmin artırılmasına dair ərizə tədim edərək, X5 doğum faktının müəyyən edilməsinə, X5 doğum haqqında şəhadətnaməsində ata qrafasında X*0, ana qrafasında Ərizəçi yazılmasını xahiş etmişdir Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkili X7 ərizəni müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA *232*66 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *985-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE *4280045 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*0 *8 aprel *988-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon Gəncə küçəsi ev 4/* ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 934558 saylı 22.**.2022-ci il tarixli Çıxarışdan görünür ki, X*0 ilə Ərizəçi ilə 28.03.20*4cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə İmanov, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası Radialogiya şöbəsinin Ultrasəs müayinəsi kabineti tərfindən verilmiş 3*.03.2022-ci il tarixli müayinə kağızından görünür ki, Ərizəçi həmin tarixdə 6-7 həftəlik hamilə olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Mərkəzi Xəstəxanası Radialogiya şöbəsinin Ultrasəs müayinəsi kabineti tərfindən verilmiş xx.xx.2022-ci il tarixli müayinə kağızından görünür ki, Ərizəçi həmin tarixdə *9-20 həftəlik hamilə olmuşdur. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X*3 tərəfindən verilmiş 22.**.2022-ci il tarixli 2526 saylı Tibbi Arayışdan görünür ki, *7 noyabr 2022-ci il tarixdə anadan olmuş Quliyev ........Aynur oğluna “sağlam” diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 2*.**.2022-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş 22.**.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən *00 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X*0 məhkəməyə ərizə təqdim edərək, *7 noyabr 2022-ci il təvəllüdlü Fatehin atası olmasını etiraf etdi. Məhkəmə iclasında şahid qismində iştiak edən X2 bildirdi ki, Ərizəçi onun bacısının gəlinidir. X*0 ilə Ərizəçi birgə nikahlarından *7 noyabr 2022-ci il təvəllüdlü Fateh adlı övladları vardır. Məhkəmə iclasında şahid qismində iştiak edən X8 bildirdi ki, Ərizəçi onun gəlinidir. X3 ilə Ərizəçi birgə nikahlarından *7 noyabr 2022-ci il təvəllüdlü Fateh adlı övladları vardır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Ərizəçi ilə X*0 rəsmi olaraq ailə qurmuşlar. Birgə nikahlarından *7 noyabr 2022-ci il təvəllüdlü Fateh adlı uşaqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, X** *7 noyabr 2022-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X*, anası Ərizəçidır. X5 doğum tarixinin “*7 noyabr 2022-ci il, doğum yerinin Bərdə rayon Uğurbəyli kəndi olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X*0, ana adı Ərizəçi kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X5 *7 noyabr 2022-ci il tarixdə Bərdə rayonu Uğurbəyli kəndində anadan olması faktı müəyyən edilsin. X5 X*, anası Ərizəçi olması müəyyən edilsin. Bu qətnamə X6 doğum haqqında şəhadətnamənin verilməsinə əsasdır. İş üzrə ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-565/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-565/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver