Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-566/2022 17.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbə oğlu Allahverdiyevin sədrliyi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi İddiaçı, cavabdeh İslam Allahyar oğlu Məmmədovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə verilmiş 24 mart 1999-cu il tarixli 3999 qeydiyyat aktı ilə, JN 0062 KOD 61023058 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə 2,26 ha kənd təsərrüfatı təyinatlı pay torpağından ona münasibətdə 0,29 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına və 100 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək hazırlıq iclasından sənədlərinin özünə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh hazırlıq iclasından sənədlərin iddiaçıya geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, İddiaçı ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma tələbinə dair vermiş olduğu iddia ərizəsi İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-566/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-566/2022
17.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver