Məhkəmə qərarları › İş №2(021)-570/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-570/2023

15.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-570/2023 15.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X3 iclas kаtibliyi, İddiaçı Bərdə regional X2 nümayəndəsi X4 və Cavabdeh iştiraklarıı ilə, İddiaçı Bərdə regional X2 Cavabdeh qarşı “meşə fondu torpağının istifadəsinin qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması ” tələbinə dair və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bərdə regional X5 və onun direktoru Qalib Həsənova qarşı “pul və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bərdə regional X6 Cavabdeh qarşı “meşə fondu torpağının istifadəsinin qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Şirvanlı kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə regional X2 Bük meşəbəyliyində özbaşına tutduğu meşə fondu torpağının istifadəsinə qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq Bərdə regional X5 təhvil verilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi verərək ilk iddianın rədd edilməsinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Bərdə regional X6 və onun direktoru Qalib Həsənovdan müştərək qaydada ona vurduqları hər bir ağacdan əldə edəcəyi faydaya və çəkdiyi xərcə görə cavabdehlərdən 1.358.000 manat müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bərdə regional X2 nümayəndəsi X7 iddianı müdafiə edərək, tələbinin təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, təmin olunmasını, ilk iddianın isə rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti tərəfindən xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış müqavilə surətindən görünür ki, Bərdə regional X6 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə 06 saylı müqavilə bağlanmış, Bərdə regional X2 Bük meşə sahəsi meşəbəyliyi gələcəkdə meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmuş 50 hektar meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri- meşə torpaqlarından sahə ayırmağı öhdəsinə götürərək, 15 il müddətinə Cavabdeh icarəsinə vermişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestriNdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı Departamentinin meşə fondu torpağı olan Bərdə şəhəri Bərdə rayon İnzibati Ərazisində yerləşən 50 ha torpaq sahəsi 15 il müddətinə xx.xx.2019- cu il tarixdən xx.xx.2031-ci il tarixə Cavabdeh icarəyə verilmişdir. İş materiallarından olan X10 Təsərrüfatı İdarəsinin müdiri Qalib Həsənov tərəfindən verilmiş 40 nömrəli, 07 iyul 2021-ci il tarixli əmrdən görünür ki, Mərkəzin Buk meşəbəyliyində 50 hektar aqrobağ salınması üçün Bərdə rayon Şirvanlı kənd sakini Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 69 qeydiyyat nömrəli bağlanmış icarə müqaviləsi icarə müqaviləsinin şərtlərinin pozulduğuna görə ləğv edilmişdir. İş materialına əlavə olunmuş vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi barədə elektron sistemdən müəyyən edilir ki, Cavabdeh vergi ödəyicisi olmaqla ********** sayl VÖEN-ə malikdir. Məhkəmə hesab edir ki, hazırkı tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olduğundan, iddia tələbinə məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, iddiaçı Bərdə regional X2 Cavabdeh qarşı “meşə fondu torpağının istifadəsinin qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması ” tələbinə dair mülki iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bərdə regional X1rşı “pul və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 31-32-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Bərdə regional X2 Cavabdeh qarşı “meşə fondu torpağının istifadəsinin qadağa qoyulması və zəbt edilmiş ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılması ” tələbinə dair mülki iş üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bərdə regional X1rşı “pul və ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar