Məhkəmə qərarları › İş №2(021)-573/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-573/2022

29.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-573/2022 29.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, , İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6, X2, X3, X7, X8 qarşı “qanun üzrə vərəsəəlik hüququnun tanınması “tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X4 və anasının mərhum əri X1 miras qalan əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X9 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki,İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6, X2, X3, X7, X8 qarşı “qanun üzrə vərəsəəlik hüququnun tanınması “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bərdə regional ASAN xidmət mərkəzində notariat ofisinə, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X6, X2, X3, X7, X8 qarşı “qanun üzrə vərəsəəlik hüququnun tanınması “ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar