Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-58/2021 21.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, İddiaçı Oqtay qızının Cavabdeh Raqub oğlunun iştirakları ilə, İddiaçı Oqtay qızının Cavabdeh Raqub oğluna qarşı “cavabdehin evdən çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına, cavabdehin iddiaçıya məxsus evə gedib-gəlməsinə qadağan edilməsinə və iddiaçının evə köçmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İsmayılova X1 Möhübbət Raqub oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bərdə rayon Qazıqurdalı kəndində ona məxsus fərdi yaşayış evindən çıxarılmasına, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına, cavabdehin ona məxsus evə gedib-gəlməsinə qadağan edilməsinə, onun həmin evə köçürülməsinə və cavabdehdən ödənilmiş 10 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Oqtay qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri mülkiyyətin bölünməsinə dair Bərdə rayon Məhkəməsində iddia qaldırmışdır. Bərdə rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli 2(021)4966\2018 saylı qətnaməsi ilə Daşınmaz Əmlakın Reyestr Xidməti tərəfindən verilmiş RX № ******* saylı çıxarışa əsasən 1\2 paylı ona və 1\2 paylı Cavabdeh Raqub oğlunun mülkiyyətində olan Bərdə rayon Qazıqurdalı kəndində yerləşən 3 otaqlı , yaşayış sahəsi 42 kv.m, köməkçi sahəsi 23.1 kv.m, ümumi sahəsi 65.1 kv.m olan fərdi yaşayış evinin açıq hərraca çıxarılaraq satılması qət olunmuşdur. Cavabdeh hərracda pul vermədiyi üçün özü 12000 manat pul ödəmiş və evi öz adına almışdır. Bu barədə reyestr nömrəsi **********60- 10301, qeydiyyat nömrəsi ********** saylı Çıxarış da almışdır. Buna baxmayaraq cavabdeh onun evindən çıxmır. Odur ki, iddiasının təmin olumasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Oqtay qızı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Raqub oğlu iddianı qəbul etməyərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №16656157 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Oqtay qızı 11.10.1987-ci ildə Bərdə rayon Şirvanlı kəndində anadan olmuşdur. Bərdə rayon Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş, Yaşayış yeri üzrə qeyiyyat haqqında № ******* Arayışdan görünür ki, İddiaçı Oqtay qızı Bərdə rayon Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Seriya AZE №17262071 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh Raqub oğlu 29.07.1980-ci ildə Bərdə rayon Bala Qəcər kəndində anadan olmuşdur. Bərdə rayon Bala Qəcər kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 65.10 kv.m ümumi sahədən ibarət daşınmaz əmlak xüsusi mülkiyyət hüququ əsasında və 0.008960 ha torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ əsasında İddiaçı Oqtay qızının 08.08.2019-cu il tarixdə adına qeydə alınmışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1585\2020 saylı 30.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, iддиачы Cavabdehlər “X2” MMC- yə, İddiaçı Oqtay qızına, "xxxx" MMC –yə və üçüncü şəxslər Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 7 saylı Ərazi İdarəsinə qarşı “hərracın nəticələri haqqında yekun protokolun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” тялябиня dair iddiası təmin edilməmiş, həmin qətnamədən iддиачы Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin olunmamışdır. İş materiallarında olan qəbzdən görünür ki, iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, hazırkı iddia tələbi ilə bağlı olan mübahisəli mənzil tərəflərin paylı mülkiyyəti olmuş, məhkəmə qətnaməsi ilə ev hərraca çıxarılmış və hərracdan ev alınaraq İddiaçı Oqtay qızının adına reystrdən qeydiyyata alınmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülkiyyət hüququ ilə əlaqədar olduğundan aşağıda göstərilən maddi hüquq normalarına istinad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi cavabdehin evdən çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehin iddiaçıya məxsus evə gedib-gəlməsinin qadağan edilməsi, iddiaçının həmin evə köçürülməsi tələblərindən ibarətdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mübahisəli mənzilin yeni mülkiyyətçisi iddiaçı olduğundan cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı və cavabdehin iddiaçıya məxsus evə gedib-gəlməsi qadağan edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin mübahisəli mənzildən çıxarılma və iddiaçının evə köçürülmə tələbi də əsaslıdır. Sadalanan xüsusatlara və qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında mübahisəli evə dair mübahisəli evin üzərində Cavabdeh mülkiyyət hüququ itirilmiş, İddiaçı Oqtay qızının isə bu ev üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Odur ki, iddia təmin edilməli, Cavabdeh Bərdə rayon Qazıqurdalı kəndində İddiaçı Oqtay qızına məxsus fərdi yaşayış evindən çıxarılmalı, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, cavabdehin iddiaçıya məxsus evə gedib-gəlməsi qadağan edilməli, iddiaçı İddiaçı Oqtay qızı həmin mübahisəli evə köçürülməlidir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Oqtay qızının Cavabdeh Raqub oğluna qarşı “cavabdehin evdən çıxarılması, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına, cavabdehin iddiaçıya məxsus evə gedib-gəlməsinə qadağan edilməsinə və iddiaçının evə köçmə” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh Bərdə rayon Qazıqurdalı kəndində İddiaçı Oqtay qızına məxsus fərdi yaşayış evindən çıxarılsın, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulsun, cavabdehin iddiaçıya məxsus evə gedib-gəlməsi qadağan edilsin, iddiaçı İsmayılova X5 rayon Qazıqurdalı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinə evə köçürülsün. Ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh bdullayev Möhübbət Raqub oğlundan alınaraq İddiaçı Oqtay qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-58/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-58/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver