Məhkəmə qərarları › İş №2(021)-586/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-586/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-586/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 17 mart 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən olunması, atasının X15, anasının Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X15 ilə 09 avqust 2018-ci tarixdə rəsmi olaraq ilə ailə həyatı qurmuş, birgə nikah dövründə bir övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 17 mart 2020-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Hal-hazırda doğum haqqında şəhadətnaməyə ehtiyac var. Onlar, bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etməsini məsləhət görülmüşlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bundan sonra ərizəçi X8 məhkəməyə həcminin artırılması barədə ərizə təqdim edərək, 17 mart 2020-ci il təvəllüdlü X2 doğum faktının müəyyən edilməsinə, X2 doğum haqqında şəhadətnaməsində ata qrafasında ata adı X15, ana qrafasında ana adı Ərizəçi kimi qeyd olmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi X8 ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahidlərin ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X10 AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhəri Vaqif küçəsi ev 9-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X10 AZE № 18511967 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X15 27.08.1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuşdur. Ağdam şəhəri M.F.Axundov küçəsi ev 100də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.11.2020-ci il tarixli, 5119 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Vaqif küçəsi ev 9-da yaşayır. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin X13 rayon X9 Hüquqi Şəxs tərəfindən verilmiş 08.09.2020-ci il tarixli, 1/81 saylı arayışdan görünür ki, Ərizəçi deməsinə görə X17 və Ərizəçi birgə yaşayış dövründə dünyaya gəlmiş 17.03.2020-ci il təvəllüdlü Fərhadova......Natiq qızı Bərdə TMX-nın Uşaq poliknikasında qeydiyyat götürüldü. İş materiallarına əlavə edilmiş Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İV İ№ 207691 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 13.11.2018-ci il tarixdə anadan olmuşdur. X6, anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ№279122 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə Ərizəçi 09.08.2018-ci il tarixdə, 897 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Fərhadov, arvada Fərhadova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bərdə Doğum evi Ultrasəs müayinəsi tərəfindən verilmiş tibbi sənəddən görünür ki, 21.09.2019cu il tarixdə, 1998-ci il təvəllüdlü Ərizəçi 13-14 həftəlik hamiləlik dövründə olub. İş materiallarına əlavə edilmiş 685-05/15 saylı, 09.12.2020-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Ərizəçi qonşusudur. Uşaq ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid X1 bildirdi ki, Ərizəçi qonşusudur. Uşaq ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişlər. X15 məhkəməyə ərizə təqdim edərək, arvadı Ərizəçi ilə 09 avqust 2018-ci tarixdə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahlarından bir övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 17 mart 2020-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Hal-hazırda ərizəçi ilə birlikdə yaşadığını, X2 atası olduğunu etiraf etmişdir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 17 mart 2020-ci il tarixdə X8 anadan olmuşdur. X6, anası isə Ərizəçidır. X2 doğum tarixinin 17.03.2020-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə ata adı X15, ana adı Ərizəçi kimi qeyd olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X2 doğum tarixinin 17.03.2020-ci il, doğum yerinin Bərdə şəhəri olması faktı müəyyən edilsin. X2 doğum haqqında şəhadətnaməsində ata qarafasında ata adı X19 oğlu , ana qrafasında ana adı Ərizəçi kimi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. AZƏRBAYCAN RESPUBLİKASİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar